Bağdadi ABŞ-ın öz oğludu, ondan qurtulublarsa… - Politoloq
Axar , 28 Oct 2019 11:40
İslamtimes - ABŞ-ın sələfi təşkilatları və siyasi-radikal qruplaşmaların təlimlərində oynadığı rol Əfqanıstandakı savaş zamanı aydın şəkildə göründü. İŞİD də bu qruplaşmalardan biridir. Elə Bağdadi də İraqın Bukka həbsxanasında saxlandığı zaman radikallaşıb.
Axar.az xəbər verir ki, bu sözləri suriyalı politoloq Əhməd Dərzi deyib.
Onun sözlərinə görə, 20-ci əsrdə meydana gələn bütün radikal hərəkatlar ABŞ-ın gündəminə uyğun gəlir. Hazırda isə ABŞ İŞİD qruplaşmanın strukturunu dəyişdirməyə çalışır.
ABŞ Prezidentinin bəyanatının Vaşinqtonun qruplaşmalarla münasibətlərində yeni bir mərhələ yaşandığını göstərdiyini qeyd edən Dərzi bildirib:
“İndi onların yeni adı, yeni rəhbərliyi olacaq. Ancaq məqsəd yeni görünsə də, Vaşinqtonun beynəlxalq nizamda dəyişikliklərə və xüsusən Rusiya və Çinlə bağlı yeni dünya nizamının yaradılmasına izn verməmək vasitəsi olaraq qalacaq”.
Politoloq Bağdadinin ölümü ilə bağlı məlumatların dəqiqliyinin şübhə doğurduğunu vurğulayıb:
“Çünki o, ABŞ-ın uşağıdır. Əgər ondan qurtulublarsa, bu, ABŞ siyasəti üçün adi bir addımdır, onların nə müttəfiqi, nə də dostu var. Ancaq onu harasa gizlətmiş də ola bilərlər. Yəni Bağdadi gizli bir yerdə yeni bir həyata başlamış da ola bilər. İstənilən halda ABŞ hədəflərini həyata keçirmək fürsəti tapıb. Bağdadinin ölüm “kozır”ı Trampın uğurlarından biri kimi istifadə ediləcək. Tramp bundan məğlubiyyət təhlükəsi olan prezident seçkiləri zamanı istifadə edəcək”, - ekspert qeyd edib.
Story Code: 824328