QR CodeQR Code

Əhlibeyti yenidən təfsir etmək, tanımaq lazımdır

Islamazeri , 6 Oct 2019 12:08

Islamtimes - “Niyə Əhlibeyt (ə), xüsusilə də İmam Hüseyni (ə) tanımağımız lazımdır?”, - sualı həmişə veriməkdədir.



“Niyə Əhlibeyt (ə), xüsusilə də İmam Hüseyni (ə) tanımağımız lazımdır?”, - sualı həmişə veriməkdədir.
Məhərrəm və Səfər ayı İmam Hüseyni (ə) tanıma ayıdır. Səqəleyn hədisi bizlərə bu əmri verməkdədir.
Səqəleyn hədisində vurğulanan iki dəyərli əmanətdən biri Əhlibeytdir.
Əhlibeyt Quran və sünnətdən sonra dinin qaynağıdır. Dini maarifi Peyğəmbərdən sonra öyrənəcəyimiz mənbə Əhlibeytdir.
Məsumlar canlı, danışan, yaşayan İlahi höccətlər olduqları üçün Quran kimi tanınmaları lazımdır. Çünki Quran İlahi mesajın yazılı halıdır və Əhlibeyt bu İlahi mesajın necə praktik olaraq istifadə ediləcəyini həyatları ilə göstərən İlahi Höccətdir.
İlahi mesajın həm məktub(yazılı) halı, həm də praktikada istifadə edilmiş forması insanlara çatdığı üçün əməl etmək üçün höccət tamam olmuşdur.
Buna görə də İlahi mesajın yazılı – məktub halını öyrənmək üçün Quranı tanımaq vacib olduğu kimi, ilahi mesajın praktikada istifadə edilməsini öyrənmək üçün də məsum imamları tanımaq zəruridir.
Əhlibeyti yenidən təfsir etmək, tanımaq lazımdır
Quran ümumbəşəri kitab olduğu üçün hər zaman və coğrafiyada keçərlidir.Heç bir cəmiyyət və millət ondan ehtiyacsız deyildir. Hər insan ona möhtacdır. Heç bir cəmiyyət, millər və insan mənim Qurana ehtiyacım yoxdur deyə bilməz. Buna görə, təfsir alimləri Quranı hər zamanda o zamanın insanlarının ehtiyaclarına görə yeni təfsirini edərlər. Yəni hər əsrdə yeni bir təfsir edilməkdədir. Zamanın getməsi, insanları təkamülə çatması, elmi, qəli, fəlsəfi inkişaflar çərçivəsində daha geniş təfsir və şərhlər edilməkdədir ki, insanların həyatlarına istiqamət verə bilsin.
Əhlibeyt də Quran kimi bir zamana və məkanda məhdud deyildir, ümumbəşəridir, dolayısı ilə hər zamanın insanlarının səviyyələrinə görə təfsir edilməlidir. Yeni təfsirlər, yeni analizlər, yeni şərhlər təqdim olunmalıdır. Əks təqdirdə Əhlibeytin təfsiri, Quranın təfsirindən ayrılmış olacaqdır.
Səqəleyn hədisi bu həqiqəti bizə başa salır; madam ki, Qiyamətə qədər bu əmanətlər ayrılmayacaqlar, ona görə də, eyni özəlliklərə sahib olmaları lazımdır
Bəziləri Quranı alıb, Əhlibyti tərk edərək Əhlibeytə zülm etmişlər, bəziləri Əhlibeyti seçib Quranı tərk edərək Qurana zülm etmişlər, bəziləri isə Quran və Əhlibeyti nataraz, tərs-mütənasib təfsir edərək bir olmalarına zərər vermiş və lazım olan faydayı əldə edə bilməmişlər.
İmam Hüseyn (ə), Kərbəla, Aşura, Məhərrəm/Səfər də hər əsrdə olduğu kimi əsrimizdə yeni təfsir və şərhi edilməlidir.
Hər il İmam Hüseyn (ə) və Kərbəladakı Aşura qiyamı bir öncəki ilə görə daha kamil bəyan edilməlidir. Hər il yeni təfsir və şərhlər bəyan edilməyən cəmiyyətlər inkişaf edə bilməz, təkamülə çatmazlar.
Hər il eyni şeyləri təkrarlamaq İmam Hüseyni (ə) tanımaq və ya anlamaq üçün yetərli deyildir, sadəcə yad etməkdir.
Yeni təfsir və şərh demək – keçmişdəkilərin səhv olduğunu demək deyildir. Yeni təfsirdən məqsəd budur; dünya surətli şəkildə dəyişir, insanın həyatına təsir edən, yön verən və dəyişdirən elm, mədəniyyət bəşəri ideologiyanın nəzarətində bütün cəmiyyətlərə təsir edir və qoloballaşdırır.
Buna görə, İmam Hüseynin (ə) Kərbəla və Aşurası insanların həyatına təsir etməsi, yönverməsi və â€Hayati Tayyibe“yi təqdim etməsi üçün zamana görə təfsir edilməsi lazımdır, İmam Hüseyn qiyamı həm mədəniyyətləşməli, həm də qloballaşmalıdır.
Nəticə olaraq bu nöqtəyi qeyd etmək istəyirik ki, muvəhhidlərin həyat kitabı olan Quran necə zamana görə həmişə yeni təfsir edilmədisə, danışan, canlı yaşayan Quran olan Əhlibeyt də o cür yeni təfsir edilməsi lazımdır.
Vesselamu aleykum ve rahmetullahi ve berekatuh
 Rasthaber /Berlin
Səbahəddin Türkyılmaz
 


Story Code: 820442

News Link :
https://www.islamtimes.com/az/article/820442/əhlibeyti-yenidən-təfsir-etmək-tanımaq-lazımdır

Islam Times
  https://www.islamtimes.com