QR CodeQR Code

Səud rejimi sifarişli cinayətlər törədir - BƏYANAT

Maide , 28 Apr 2019 14:35

Islamtimes - AİP Səudiyyə krallığının yol verdiyi vəhşilikləri müsəlmanlara qarşı düşmənçilik hesab etdi.


Səudiyyə Ərəbistanı krallığı azadlıqsevər müsəlmanlara qarşı cinayət əməllərini davam etdirir. Qəddarlıqda qeyri-insani əməlləri ilə fərqlənən rejim son günlər ölkəsinin 37 vətəndaşını terrorçuluqda günahlandıraraq haqlarında çıxardığı ölüm hökmünü icra etmiş, başları kəsilmişdir .

Yəmən, Suriya, Tunis əhalisinə qarşı qanlı terrorlar törədən, məktəbləri, xəstəxanaları bombalayan, körpələri qətliam edən, Camal Qaşıqçı əməliyyatının müəllifi sayılan Səud rejiminin bəşəri cinayətlərinə beynəlxalq aləmdə layiqli müqavimətin olmaması eyni tipli əməllərin təkrarına səbəb olur.

Səud rejiminin törətdiyi bu cinayətlərin sifarişli olması özünü göstərir. ABŞ-ın Səud sülaləsinə hakimiyyətlərini qorumaq öhdəliyi hələ çox başların kəsilməsilə nəticələnə bilər. Səudiyyənin ABŞ, ABŞ-ın isə Səudiyyə qarşısında bu öhdəliklərini doğuran səbəblər aydındır. Məşhur 11 sentyabr hadisələrində Amerikanın Səudiyyəni günahlandırması bu ölkənin siyasi strateji cəhətdən tam nəzarətə götürülməsi ilə nəticələndi. Artıq bu gün Səudiyyə Ərəbistanında hakimiyyətin təyinatını Tramp adminbistrasiyası yönəldir. Regionda stabilliyin pozulmasından başlamış, daxili fəalların, antimilli və antiİslami qüvvələrə təslimçilik göstərməyən insanların, xüsusən şiə məzhəbli müsəlmanların, alimlərin qətlə yetirilməsi ABŞ Dövlət Departamentinin xüsusi hazırladığı ssenarilər əsasında həyata keçirilir ki, bu ssenari, eyni zamanda qitənin təsiri altında olan bir sıra digər dövlətılərdə də icra olunur.


Hesab edirik ki, Səudiyyə krallığının ölkə əhalisinə qarşı bu qisasçı əməlləri həm də İslamın fundamental əsaslarına qarşı yönələn düşmənçilikdir. Krallığın ayrı-ayrı bölgələrində yaşayan Əhli-beyt tərəfdarlarının fiziki məhvi düşünülmüş addımdır. Bu addım müsəlman dünyasında qarşıdurmaların, yeni müharibə ocaqlarının yaranmasına xidmət edir. Acınacaqlı şərait yalnız İslam düşmənlərinin maraqlarına ölçülür və müsəlman dünyasının daha çox parçalanmasına aparır. Səudiyyə Ərəbistanında, ümumən müsəlman ölkələrində hər cür terrorun, qətliamların qarşısını almaq üçün dünya ictimaiyyətini günahkar və asılı rejimləri ittiham etməyə çağırırıq.


Azərbaycan İslam Partiyası


Story Code: 791123

News Link :
https://www.islamtimes.com/az/article/791123/səud-rejimi-sifarişli-cinayətlər-törədir-bəyanat

Islam Times
  https://www.islamtimes.com