Ayətullah Xamenei İnqilabın 40 illiyi münasibəti ilə İran gənclərinə bəyanat ünvanladı
Story Code : 778514
Ali Rəhbər Ayətullah Xamenei İslam İnqilabının Qələbəsinin qırxıncı ildönümü və İslam Respublikasının həyatın yeni bir fəslinə daxil olması münasibəti ilə ünvanladığı mühüm və strateji bir bəyanatda 22 bəhmən yürüşündəki düşmənsındıran əzəmətli iştirakına görə xalqa öz təşəkkürünü bildirmişdir. O, keçən qırx il ərzində qət edilmiş qürurverici yolun xüsusiyyətləri və əziz İranın xalqa layiq olan mövqeyə çatdırılmasında rol oynayan İslam İnqilabının heyrətamiz bərəkətləri haqqında məlumat vermişdir. Gələcəyə realist ümidin olduğunu və ideyalar istiqamətində ikinci böyük addımın atılmasında gənclərin əvəzsiz rol oynadığını vurğulayan Ali Rəhbər gənclərə və qüdrətli İranın qurucularına müraciət edərək bu böyük cihadın zəruri şərtlərini 8 hissədə bəyan etmişdir.
Maide.Az "Leader.ir" saytına isitnadən Ayətullah Xameneinin bəyanatının tam mətnini təqdim edir: Mərhəmətli və Bağışlayan Allahın adı ilə Seyydimiz Məhəmmədə, onun pak Əhli-beytinə, seçilmiş səhabələrinə və yaxşı işlərdə onlara tabae olan insanlara qiyamət gününə qədər salavat və salam olsun
Zülm altında olan bütün xalqlar arasında az xalq tapılar ki, inqilaba cəhd etmiş olsun. Ayağa qlxıb inqilab etmiş xalqlar arasında işi sona çatdırmış, hakimiyyətləri dəyişməklə yanaşı, inqilab ideyalarını qorumuş az xalq tapılar. Amma yeni əsrin ən böyük və ən demokratik inqilabı olan İran xalqının əzəmətli inqilabı yeganə inqilabdır ki, qürurverici bir qırxilliyi ideyalara xəyanət etmədən geridə qoymuş, müqavimət göstərilməsi qeyri-mümkün görünən bütün vəsvəsələr qarşısında öz böyüklüyünü və şüarlarının orijinallığını müdafiə etmişdir. Budur, artıq özünüdüzəlt, sosiallaşma və sivilizasiyanın ikinci mərhələsinə daxil olmuşdur. Bu millətə - başlayıb davam etdirmiş, habelə ikinci qırx ilin böyük və qlobal müstəvisinə daxil olmuş nəslə səmimi qəlbdən salam olsun!
Dünyanın maddi Şərq və Qərb arasında bölündüyü və heç kəsin böyük bir inqilabın baş verəcəyini güman etmədiyi bir gündə İran İslam İnqilabı qüdrət və əzəmətlə meydana ayaq basdı, çərçivələri sındırdı, stereotiplərin köhnəldiyini dünyaya göstərdi, din və dünyanı yanaşı təqdim etdi, yeni bir yüzilliyin başladığını elan etdi. Zülm və azğınlıq öndərlərinin reaksiyası təbii idi. Lakin bu reaksiya nakam qaldı. Modernizmin sağı və solu bu yeni və fərqli səsi eşitmədiyini göstərməkdən tutmuş onu boğmaq üçün həyata keçirilən irimiqyaslı və müxtəlif tipli fəaliyyətlərə qədər, nə etdilərsə, öz qaçılmaz əcəllərinə daha çox yaxınlaşdılar. Artıq İnqilabın 40 yubiley tədbiri və qırx Fəcr ongünlüyünün geridə qaldığı bir vaxtda iki düşmən mərkəzindən biri məhv olub, o birisi də axrının çatdığını xəbər verən problemlərlə əlbəyaxadır! İslam İnqilabı isə öz şüarlarını qorumaqla və ona sadiq qalmaqla irəli getməkdə davam edir.
Hər şey üçün faydalı ömür və istifadə tarixi fərz etmək olar. Amma bu dini inqilabın qlobal şüarları adıçəkilən qaydadan istisnadır. Onlar əsla yararsız və faydasız olmayacaq. Çünki insan fitrəti bütün əsrlərdə onlarla çulğalaşmışdır. Azadlıq, əxlaq, mənəviyyat, ədalət, müstəqillik, izzət, rasionallıq, qardaşlıq, heç biri bir nəslə və ya cəmiyyətə aid deyil ki, hansısa dövrdə parlayıb, başqa bir dövrdə sönsün. Elə bir xalq təsəvvür etmək olmaz ki, bu mübarək perspektivlərdən sıxılmış olsun. Əgər sıxıntı olubsa, səbəbi həmin dəyərlərə bağlılıq və onların həyata keçirilməsi üçün göstərilən səy və çalışma deyil, məsul şəxslərin bu dini dəyərlərdən üz çevriməsi olmuşdur.
İslam İnqilabı canlı və iradəsi olan bir fenomen kimi öz xətalarını düzəltməyə hazır olan bir elastikliyə malik olsa da, dəyişidirilməni və passivliyi qəbul etməmişdir. Tənqidlərə müsbət həssaslıq göstərir, onu Allahın neməti və əməlsiz söz sahibləri üçün xatırlatma hesab edir. Ancaq Allaha şükürlər olsun ki, xalqın dini imanı ilə çulğalaşmış dəyərlərdən heç bir bəhanə ilə uzaq düşmür. İslam İnqilabı sistemləşdirmə apardıqdan sonra ətaləd və durğunluğa düçar olmamış və olmayacaqdır. İslam İnqilabı inqilabçı coşğusu ilə siyasi və sosial sistem arasında təzad və uyğunsuzluq görmür, üstəlik “İnqilabçı sistem nəzəriyyəsi”ni əbədiyyətə qədər müdafiə edəcək.
İslam Rspublikası müxtəlif fenomen və mövqelərə qarşı hissiz, dərksiz və donuq deyil. Ancaq öz prinsiplərinə çox bağlıdır, rəqibləri və düşmənləri ilə olan sərhədlərinə qarşı çox həssasdır. Əsas xətlərinə qarşı etinasızlıq etmir, nə üçün və necə qalmaq onun üçün önəmlidir. Şübhəsiz ki, olmalılar və reallıqlar arasındakı hər hansı məsafə ideal istəyən vicdanlara həmişə əzab vermiş və verməkdədir. Ancaq bu, qət edilməyəcək bir məsafə deyil. Keçən qırx il ərzində bəzi məqamlarda dəfələrlə qət edilmişdir. Şübhəsiz ki, gələcəkdə mömin, bilikli və motivasiyalı gənc nəslin iştirakı ilə daha böyük bir qüdrətlə qət ediləcək.
İran xalqının İslam İnqilabı qüdrətli olmaqla yanaşı, mehriban, mərəmətli, hətta məzlum olmuşdur. Bir çox qiyam və hərəkatların utanc səbəbi olan ifratlara və həddi aşmalara yol verməmişdir. Heç bir müharibə meydanında, hətta ABŞ və Səddamla müharibədə ilk gülləni atan olmamışdır. Bütün hallarda düşmənin hücumundan sonra özünü müdafiə etmiş və təbii ki, cavab zərbəsini möhkəm endirmişdir. Bu inqilab başlanğıcdan bu günə qədər nə qəddar və qantökən olmuşdur, nə də passiv və qərarsız. Hegemonlar və mütəkəbbirlərin qarşısında açıq-aşkar və şücaətlə dayanmış, məzlumları və zəifləri müdafiə etmişdir. Bu inqilabçı alicənablığı və mürüvvəti, bu düzlük, şəffaflıq və iqtidar, dünya məzlumlarının yanında yer almaq dairəsinin qloballığı və regionallığı İran və iranlının başının ucalığına səbəb olmuşdur. Hər zaman da belə olsun!
Budur, artıq İslam Respublikasının həyatının yeni bir fəslinin başlanğıcıdır. Mən əziz gənclərlə - Böyük İran İslam Dövlətini yaratmaq məqsədinə xidmət edən böyük cihadın başqa bir mərhələsinə start vermək üçün əməl meydanına ayaq basmış bir nəsillə danışmaq istəyirəm. Birinci söhbət keçmiş haqqındadır.
Əzizlər! Bilmədiklərimizi yalnız ya öz təcrübələrimiz, ya da başqalarının təcrübələrini dinləmək sayəsində öyrənmək olar. Bizim gördüklərimiz və sınaqdan keçirdiklərimizin çoxunu sizin nəsil hələ görməyib və sınaqdan keçirməyib. Biz görmüşük və siz görəcəksiniz. Gələcək onilliklər sizin onilliklərdir. Öz inqilabınızı təcrübənizlə və böyük həvəslə qorumalı, bacardıqca onu yeni İslam mədəniyyətinin yaradılması və Böyük Vilayət Günəşinin (ruhumuz Oan fəda olsun) doğuşuna hazırlamaq olan böyük məqsədə daha çox yaxınlaşdırmalısınız. Gələcəkdə daha möhkəm addımlar atmaq üçün keçmişi düzgün tanımaq, təcrübələrdən dərs çıxarmaq lazımdır. Əgər bu strategiya diqqətdən kənarda qlarsa, yalanlar həqiqətin yerinə keçəcək və gələcək bilinməyən təhdidlərə məruz qalacaq. İnqilabın düşmənləri güclü bir şövqlə keçmiş, hətta indiki zamanla bağlı yalanlar uyduracaq, təhriflərə əl atacaq, bunun üçün pul və bütün vasitələrdən isitfadə edəcəklər. Fikir, əqidə və ayıqlıq yolunu kəsənlər çoxdur. Həqiqəti düşmən və ona məxsus qoşunun piyadasından dinləmək olmaz
İslam İnqilabı və ona əsaslanan dövlət sıfır nöqtəsindən başladı. Birincisi, hər şey bizim əleyhimizə idi. Buraya asılı, korrupsioner, müstəbid və hərbi qüvvələrin gücünə əsaslanmaqla yanaşı, özgələrin əli ilə İranda hakimiyyət başına gəlmiş ilk imperiya rejimi olan korrupsioner dikatura rejimi, ABŞ və digər Qərb ölkələrinin bəzisi, habelə çox əlverişsiz daxili şərait, elm, texnologiya, siyasət, mənəviyyat və istənilən digər dəyər sahələrində utancverici gerilik daxildir.
İkincisi, təcrübəmiz və qarşımızda qət edilmiş bir yol yox idi. Təbii ki, marksist qiyamları və bənzər hadisılər İslam inancı və maarifindən qaynaqlanan bir inqilab üçün meyar ola bilməzdi. İslam inqilabçıları heç bir meyar və təcrübə olmadan başladılar. Respublikaçılıqla islamçılığın sintezi, onu təşkil və inkişaf etdirən vasitələr yalnız ilahi hidayət, İmam Xomeyninin (r.ə) işıqlı qəlbi və böyük düşüncəsi sayəsində əldə edildi. Bu, İnqilabın ilk parıltısı idi.
Deməli, İran xalqının inqilabı o dövrdə iki qütblü olan dünyanı üç qütblü dünyaya çevirdi. Sonra SSRİ və onun peyklərinin süqutu, yeni güc qütblərinin meydana gəlməsi ilə formalaşmış “İslam və imperializm” adlı iki yeni qütbün qarşılaşması müasir dünyanın diqqət mərkəzində olan bir hadisəyə çevrildi. Bir tərəfdən, zülm altında olan xalqlar, dünyanın azadlıq istəyən cərəyanları, müstəqillik istəyən bəzi hökumətlərin ümid dolu baxışları, digər tərfdən də dünyanın bac-xərac tələb edən hegemon və quldur rejimlərinin bədxah və kinli baxışları ona zilləndi. Bu minvalla dünyanın istiqaməti dəyişdi, inqilab zəlzələsi yatağında rahat uyumuş fironları oyatdı, düşmənçiliklərə bütün kəskinlikləri ilə start verildi. Əgər bu xalqın böyük iman gücü və istəyi, habelə əzəmətli imamımızın səmavi və dəstəklənən rəhbərliyi olmasaydı, bütün bu düşmənçiliklər, bədbəxtliklər, məkr və mənfurluqlar qarşısında tab gətirmək mümkün olmazdı.
Bütün bu usandırıcı çətinliklərə baxmayaraq İslam Respublikası irəliyə doğru hər gün daha iri və daha möhkəm addımlar atdı. Bu qırx il İslam Respublikasında böyük cihadların, parlaq nailiyyətlərin və heyrətamiz inkişafların şahidi olmuşdur. İran xalqının qırx illik nailiyyətlərinin əzəməti o zaman yaxşı görünə bilər ki, bu müddət Fransa inqilabı, Sovet Oktyabr inqilabı və Hindistan inqilabı kimi böyük inqilabların bənzər müddətləri ilə müqayisə edilsin. İslam imanı və dahi İmamın bizə öyrətdiyi “Biz bacararıq” prinsipinə inamdan ilhamlanan cihad idarəetmələri İranı bütün sahələrdə izzət və tərəqqiyə çatdırdı.
İnqilab uzun bir tarixi tənəzzülə son qoydu. Pəhələvi və qacarlar dövründə təhqir edilmiş, həddən artıq geri qalmış ölkə sürətli inkişaf yolunu tutdu və ilk addımda rüsvayçı müstəbid imperiya rejimini xalq və demokratik hökumətə çevirdi, həqiqi və hərtərəfli inkişafın əsas canı olan milli iradə komponentini ölkə idarəçiliyinin əsas mərkəzinə daxil etdi. Sonra gəncləri hadisələrin əsas iştirakçısına çevirərək idarəetmə sisteminə daxil etdi, “Biz bacararıq” ruhiyyəsini və inancını hər kəsə ötürdü, düşmənlərin sanksiyası sayəsində daxili imkanlara əsaslanmağı hər kəsə öyrətdi. Bu isə böyük bərəkətlərin mənşəyidir:
1. Düşmənlərin ciddi təhdid hədəfi olan ölkənin sabitliyi və təhlükəsizliyi, ərazi bütövlüyü və sərhədlərinin qorunmasını sığortaladı, səkkiz illik müharibənin qələbə ilə nəticələnməsini, BƏƏS rejimi və onun ABŞ, Avropa və Şərq hamilərinin məğlubiyyətini reallaşdırdı.
2. Elm və texnologiya sahələrində, habelə həyati əhəmiyyət daşıyan, iqtisadi və təmir-bərpa infrastrukturlarının yaradılmasında ölkəni irəliyə doğru itələyən mühərriki oldu. Bu günə qədər də onun proqressiv səmərələri günbəgün daha da genişlənməkdədir. Elm əsaslı minlərlə şirkət, təmir-bərpa, transport, sənaye, energetika, mədən, səhiyyə, k/t, su və sair sahələrdə ölkə üçün zəruri olan minlərlə infrastruktur layihə, ali təhsili olan və ya ali təhsil alan milyonlala insan bütün ölkə üzrə minlərlə universitet, dünya üzrə birinci yerlərdə qərarlaşmaqla nüvə yanacaq dövrü, kök hüceyrələr, nanotexnologiya, biotexnologiya və sair kimi onlarla iri layihə, qeyri-neft ixracatının altmış dəfə artması, sənaye vahidlərinin on dəfəyə qədər artması, sənayeninin keyfiyyət baxımından on dəfə yaxşılaşması, montaj sənayesinin milli texnologiyaya çevrilməsi, müdafiə sənayesi kimi müxtəlif mühəndislik ixtisaslarında hiss olunan irəliləyiş, tibbin mühüm və həssas sahələrində inkişaf, bu sahədə müraciət mənbəyinə çevrilmə, inkişaf və tərəqqinin onlarla başqa nümunəsi İnqilabın ölkəyə ərməğan etdiyi o ruhiyyənin, iştirakın və kollektivlik hissinin məhsuludur. İnqilabdan əvvəlki İran elm və texnologiya istehsalı sahəsində sıfır idi, sənaye sahəsində montajçılıqdan, elm sahəsində də tərcüməçilikdən başqa heç bir qüdrəti yox idi.
3. Xalqın seçkilər kimi siyasi məsələlər, daxili fitnələrə qarşı mübarizə, milli arenalar və imperializmə qarşı mübarizədəki iştirakını zirvə nöqtəsinə çatdırdı. İnqilabdan əvvəl başlamış xeyriyyə və yardım kompaniyaları kimi sosial fəaliyyətlər artdı. İnqilabdan sonra təbii fəlakətlər və sosial çatışmazlıqların aradan qaldırılması işində yaxından iştirak etmə yarışında xalq sevgi ilə iştirak edir.
4. İnsanların siyasi baxışını və beynəlxalq məsələlərə yanaşmasını heyrətamiz şəkildə yüksəltdi. Qərbin, xüsusilə Amerikanın cinayətləri, Fələstin məsələsi və Fələstin xalqına qarşı edilmiş tarixi zülm, müharibə odunun alovlandırılması, quldur güclərin xalqların həyatına müdaxilələri, rəzalətləri və bu kimi məsələlərin siyasi təhlili və beynəlxalq məsələlərin qavranılmasının məhdud təbəqənin və ziyalı adlı qruplaşmanın manapoliyasından çıxardı. Sözügedən aydınlıq bütün ölkə əhalisi arasında və həyatın bütün strukturlarında cərəyan etdi və bu cür məsələlər hətta yeniyetmə və gənclərə də aydın və anlaşılan oldu.
5. Ölkənin ümumi imkanlarının bölgüsündə ədalət pərsəngini ağırlaşdırdı. Ədalətin İslam Respublikasının tacının misilsiz gövhəri olmalı olduğu halda, hələ də olmadığı üçün mənim bu yüksək dəyərin funksiyası ilə bağlı narazılığım ədalətin bərqərar olması sahəsində heç bir iş görülməməsi kimi başa düşülməməlidir. Reallıq ondan ibarətdir ki, bu dörd onillikdə ədalətsizliklə mübarizə sahəsində əldə edilmiş nailiyyətlər keçən heç bir dövrlə müqayisə edilə bilməz. Diktatura rejiminin hakim olduğu vaxt ölkənin xidmətləri və gəlirlərinin çox hissəsi paytaxt sakinləri və ya ölkənin bəzi nöqtələrində eyni statusda olan kiçik bir qrupun ixtiyarında olmuşdu. Şəhərlərin çoxu, xüsusilə ucqar şəhərlər və kəndlərin əhalisi sonuncu sırada yer alırdı. Onlar əsasən, ilkin infrastruktur təminatları və xidmətlərindən məhrum idilər. İslam Rspublikası xidmət və sərvətin ölkənin mərkəzindən ayrı-ayrı yerlərinə paylanması, şəhərlərin zənginlər yaşayan hissələrindən daha yoxsul yaşayan ərazilərinə ötürülməsində ən çox uğur qazanmış dövlətlərdəndir. Yolların salınması, evlərin tikilməsi, sənaye mərkəzlərinin yaradılması, kənd təsərrüfatı sahəsində islahatlar aparılması, ölkənin ucqar yerlərinin su, elektrik, müalicə mərkəzləri, universitetlər, bəndlər, stansiyalar və sairlə təmin edeilməsi həqiqətən, qürurvericidir. Şübhəsiz ki, bütün bunlar nə məsul şəxslərin yetərsiz təbliğatlarında öz əksini tapıb, nə də xarici və daxili bədxahların dilindən etiraf edilmişdir. Ancaq bu, Allah və bəndələri yanında ixlaslı və mübariz müdirlər üçün savabdır. Əlbəttə, Əli hökumətinin davamçısı kimi tanınmaq istəyən İslam Respublikasında gözlənilən ədalət bunlardan çox-çox yüksəkdə dayanır və onun icrasında ümidimiz daha sonra haqqında danışacağım siz gənclərədir.
6. İctimai mühitlərdə mənəviyyat və əxlaqın əyarı çox yüksək dərəcədə artıb. Bu mübarək fenomenə Həzrət İmam Xomeyninin rəftar və davranışı mübarizə dövrü boyunca və İnqilabın qələbəsindən sonra hər şeydən çox rəvac verdi. Maddi təmtəraqdan uzaq olan o arif və mənəvi insan əhalisinin iman sərmayəsi kifayət qədər köklü və dərin olan bir ölkənin başında yer aldı. Baxmayaraq ki, pəhləvilər dövrü boyunca fəsad və laqeydlik yayan təbliğatın uzun əlləri ona möhkəm zərbələr endirmiş, Qərbin əxlaqsızlıq palçığını orta təbəqənin insanları, xüsusilə gənclərin həyatının içərisinə çəkib gətirmişdi. Lakin İslam Respublikasının dini və əxlaqi strategiyası xüsusilə gənclərin istedadlı və işıqlı qəlblərini cəzb etdi və mühit din və əxlaqın xeyrinə dəyişdi. Gənclərin ağır meydanlardakı, o cümlədən “Müqəddəs Müdafiə” meydanındakı mübarizələri zikr, dua, qardaşlıq və fədakarlıq ruhiyyəsi ilə müşaiət olundu, İslamın ilk illərindəki hadisələri hər kəsin gözləri önündə canlandırdı. Atalar, analar və həyat yoldaşları dini vəzifə hissi ilə cihadın ayrı-ayrı cəbhələrinə tələsən əzizlərindən ayrıldılar, daha sonra onların qana boyanmış cəsədləri və ya xəsarət almış bədənələri ilə qarşılaşdıqda müsibəti şükürlə qarşıladılar. Məscidlər və dini məkanlarda misilsiz canlanma baş verdi. Etikaf üçün növbəyə durmuş minlərlə gənc, müəllim, qadın və kişilərin sıraları, cihad üçün, quruculuq cihadı və könüllü quruculuq üçün növbəyə durmuş minlərlə könüllü və fədakar gəncin sıraları doldu. Namaz, həcc, oruc, ziyarət yürüşü, müxtəlif dini mərasimlər, xeyriyyəçiliklər, vacib və müstəhəb sədəqələr hər yerdə, xüsusilə gənclər arasında daha çox artdu. Bu günə qədər də günbəgün daha çox artmaqda və keyfiyyətli olmaqda davam edir. Bütün bunlar Qərb və onun yandaşlarının əxlaqi tənəzzülünün, kişi və qadınları fəsad bataqlığına çəkmək üçün apardığı irimiqyaslı təbliğatlarının hər gün artmaqda davam edən və dünyanın əsas yerlərində əxlaq və mənəviyyatı bir küncə sığışdırdığı bir vaxtda baş verdi. Bu da inkişafda olan fəal İslam dövlətinin və İnqilabın başqa bir möcüzəsidir.
7. Dünyanın quldurları, hegemonları və imperialisltəri, onların da başında duran işğalçı və cinayətkar ABŞ-ın qarşısında zəhmli, əzəmətli və məğrur duruş günbəgün daha da artdı. Bütün bu qırx il ərzində təslim olmamaq, İnqilabı, onun ilahi heybət və əzəmətini qoruyub müdafiə etmək, təkəbbürlü və yekəxana hökumətlər qarşısında başını dik tutmaq İranın, iranlının, xüsusilə bu məmləkətin gənclərinin məşhur xüsusiyyətləri hesab edilir. Həyatlarını başqa ölkələrin müstəqilliyinə təcavüz etməyə və öz mənfur məqsədlərindən ötrü onların həyat mənafelərini məhv etməyə həsr etmiş dünyanın inhisarçı gücləri müsəlman və inqilabçı İran dövlətinin qarşısında bacarıqsızlıqlarını etiraf etdilər. İran xalqı İnqilabın həyat bəxş edən mühitində ABŞ-ın təyin etdiyi və xalqa xəyanət etmiş birinci şəxsi ölkədən qova, ondan sonra, bu günə qədər beynəlxalq quldurların ölkəni ikinci dəfə işğal etməsinin qarşısını qüdrət və qətiyyətlə ala bildi.
Əziz gənclər! Bunlar İslam İnqilabının qırx illik keçmişini əhatə edən əsas sərlövhələrin məhdud bir hissəsidir. Bu, Allahın yardımı ilə onun inkişafı istiqamətində sizin ikinci böyük addımı atacağınız əzəmətli, möhkəm və işıqlı İnqilabdır!
Qırx il səy və çalışmanın məhsulu gözlərimizin önündədir: Müstəqil, azad, qüdrətli, izzətli, dindar, elm sahəsində inkişaf etmiş, qiymətli təcrübələrlə zəngin, əmin və ümidvar, regionda əsaslı təsir gücünə malik, qlobal məsələlərdə güclü məntiq sahibi, elmi inkişaf sahələrinin sürətində rekordçu, nüvə, kök hüceyrələr, nano, kosmos və bu kimi mühüm elm və texnologiyalarda yüksək dərəcələrə nail olma rekordu olan, sosial xidmətlərin genişləndirilməsində liderlik, gənclər arasında cihad maraqlarına görə liderin, faydalı gənc cəmiyyət baxımından liderlik, inqilabın məhsulu, inqilabçılıq və mübarizlik strategiyasının nəticəsi olan bir çox qürurverici xüsusiyyətlərə malik bir dövlət və xalq.
Qüdrətli İran bu gün də İnqilabın ilk illərində olduğu kimi imperialistlərin yaratdıqları maneələrlə qarşı-qarşıyadır. Sadəcə, indiki maneələr tamamilə fərqli məzmun daşıyır. Əgər o dövrdə Amerika ilə olan problem yad muzdurların əlini ölkədən kəsmək, Tehrandakı sionist rejimin səfirliyini bağlatdırmaq və ya casus yuvasını ifşa etmək üstündə idisə, indi problem qüdrətli İranın sionist rejimin sərhədlərində yer alması, ABŞ-ın Qərbi-Asiya regionunda qeyri-qanuni nüfuzuna son qoyması, İslam Respublikasının işğal edilmiş ərazilərin düz ortasında Fələstin mücahidlərinin mübarizələrinə dəstək verməsi, Hizbullahın dalğalanan bayrağını müdafiə etməsi və bu regionun bütün nöqtələrində müqavimət göstərməsi üstündədir. Əgər o dövrdə Qərbin problemi İranın ibtidai silahlar almasının qarşısını almaq idisə, bu günkü problemi İranın daha modern silahlarının müqavimət qruplarına ötürülməsinin qarşısını almaqdır. O dövrdə ABŞ bir neçə özünü satmışla və ya bir neçə təyyarə və helikopterlə İslam dövlətinə və İran xaslqına qalib gələ biləcəyini güman edirdisə, bu gün İslam Respublikasına qarşı siyasi və təhlükəsizlik mübarizəsi aparmaq üçün onlarla indakar və hədə-qorxu gəlinmiş hökumətlərdən ibarət bir koalisiyaya ehtiyac duyur. Təbii ki, yenə də üzbəüz gələndə məğlubiyyətə uğrayır. İran İnqilabın bərəkəti sayəsində indi dünya əhalisinin gözündə uca və İran xalqına layiq bir mövqedədir və özünün əsas problemlərində bir çox çətin keçidləri adlamışdır.
Qət edilmiş yol, sadəcə, İslam Respublikasının yüksək ideyalara doğru istiqamət aldığı qürurlu yolun yalnız bir parçasıdır. Böyük ehtimalla keçmişdəki qədər çətin olmayan bu yolun davamı siz gənclərin əzmkarlığı, ayıqlığı, sürətli əməl və təşəbbüskarlığı ilə qət edilməlidir. Gənc müdirlər, gənc işçilər, gənc alimlər, gənc fəallar bütün siyasi, iqtisadi, mədəni, beynəlxalq arenalarda, habelə din, əxlaq, mənəviyyat və ədalət sahələrində çiyinlərini məsuliyyət yükünün altına versinlər, keçmiş təcrübə və ibrətlərdən nəticə çıxarsınlar, işlərinə inqilabçı baxış, inqilabçı ruhiyyə və mübariz əməl rəngi qataraq əziz İranı mütərəqqi İslam qövlətinin kamil nümunəsinə çevirsinlər.
Gələcəyin qurucularının diqqərt mərkəzində saxlamalı olacaqları mühüm bir nüans budur ki, onlar təbiət və insan potensialları baxımından nadir bir ölkədə yaşayırlar. Bu potensialların bir çoxu bu vaxta qədər aidiyyatı şəxslərin diqqətsizliyi ucbatından istifadə edilməyib və ya az istifadə edilib. Yüksk əzmkarlıqlar, gənc və inqilabçı maraqlar onları aktivləşdirəcək, ölkənin maddi və mənəvi inkişafı istiqamətində sözün əsl mənasında onlardan sıçrayış yaradacaqlar.
Ölkənin ən mühüm ümidverici potensialı dərin və və həqiqi din və iman bazasına malik olan istedadlı və işbilən işçi qüvvəsidir. Mühüm bir hissəsi 1360-cı illərdə yaradılmış cəmiyyət dalğasının nəticəsi hesab edilən 40 yaşdan aşağı gənc cəmiyyət ölkə üçün qiymətli bir imkandır. 15-40 yaş arası olan əhalinin sayının 36 milyon nəfər olması, 14 milyon ali təhsilli, elmlər və mühəndislik sahəsində təhsil alanların sayına görə dünya ikincisi olmaq, inqilab ruhiyyəsi ilə böyüyüb boya-başa çatmış və ölkə uğrunda mücahid fəaliyyətinə hazır gənclərin izdihamı, elmi, mədəni, sənaye və sair sahələrdə yaradıcı fəaliyyətlə məşğul olan tədqiqatçı və alim gənclərin böyük say göstəricisi, bütün bunlar ölkə üçün heç bir maddi sərvətin müqayisə edilə bilməyəcəyi böyük bi sərvətdir.
Bunlardan əlavə, ölkənin maddi imkanları uzun bir siyahını təşkil edir ki, işbilən, motivasiyalı və ağıllı müdirlər onlardan istifadə etməklə milli gəlirləri gözə çarpacaq sıçrayışla artıra, ölkəni zəngin və ehtiyacsız edə, sözün əsl mənasında özünə inanan edə və mövcud problemləri həll edə bilərlər. Əhalisi dünya əhalisinin 1%-ni təşkil edən İran dünyanın mədən ehtiyatlarının 7%-nə malikdir: böyük yeraltı mənbələr, şərq, qərb, şimal və cənub arasında müstəsna coğrafi mövqeyə malik olma, böyük milli bazar, 600 milyonluq 15 qonşu ilə böyük regional bazar, uzun dəniz sahilləri, müxtəlif tipli bağ və kənd təsərrüfatı məhsullarına malik məhsuldar torpaq, ayrı-ayrı sahələri ehtiva edən böyük iqtisadiyyat ölkə imkanlarının müəyyən hissələrini təşkil edir.
Potensialların bir çoxu toxunulmamış qalmışdır. Deyilənə görə, İran istifadə edilməmiş təbii və insan potensilları baxımından dünyada birinci yeri tutur. Şübhəsiz ki, siz mömin və çalışqan gənclər bu böyük nöqsanı aradan qaldıra biləcəksiniz. Perspektivin ikinci onilliyi keçmiş nailiyyətlərdən isitfadə, istifadə edilməmiş potensiallar üzərində mərkəzləşmə və ölkənin inkişaf dövrü olmalı, o cümlədən istehsal və milli iqtisadiyyat sahəsində yüksəliş əldə edilməlidir.
İndi isə siz əziz övladlarıma bir neçə bölmədən ibarət tövsiyələr verirəm. Bu bölmələr ibarətdir: elm və tədqiqat, mənəviyyat və əxlaq, ədalət və fəsadla mübarizə, müstəqillik və azadlıq, milli izzət və xarici əlaqələr, düşmənlə sərhədlərin müəyyən edilməsi və həyat tərzi.
Hər şeydən əvvəl mənim ilk tövsiyəm gələcəyə ümid və nikbin baxışla bağlıdır. Bütün qıfılların bu əsas açarı olmadan heç bir addım atmaq olmaz. Mənim dediyim həqiqi və obyektiv gerçəkliklərə əsaslanan bir ümiddir. Mən həmişə yalançı və aldadıcı ümiddən uzaq durmuşam. Ancaq özümü və hər kəsi yersiz ümidsizlik və yalançı qorxudan da çəkinməyə çağırmış və çağırıram. Bu qırx il ərzində - indi də həmişə olduğu kimi – düşmənin təbliğat və mediya siyasəti, ən fəal proqramları xalqımızda, hətta məsul şəxslər və müdirlərimizdə gələcəyə qarşı ümidsizlik yaratmaqdır. Yalançı xəbərlər, qərəzli təhlillər, gerçəklərin əksinə göstərilməsi, ümidverici hadisələrin gizlədilməsi, kiçik nöqsanların şişirdilməsi, böyük yaxşılıqların kiçik göstərilməsi və ya inkar edilməsi İran xalqının düşmənlərinin minlərlə radio, televiziya və internet kanallarının daimi proqramlarıdır. Əlbəttə, onların ölkə daxilində də öz azadlıqlarından istifadə edərək düşmənə xidmət göstərən ardıcıllarını görmək olar. Siz gənclər bu təbliğat mühasirələrini sındırmaqda öndə getməlisiniz. Özünüz və başqalarındakı gələcəyə ümid fidanını bəsləməlisiniz. Qorxu və ümidsizliyi özünüz və başqalarından qovub uzaqlaşdırmalısınız. Bu sizin birinci və ən köklü cihadınızdır.
Bəzilərini də qeyd etdiyimiz ümidverici əlamətlər gözləriniz önündədir. İnqilabın cazibələri qopub gedənlərindən daha yüksəkdir, əmanətdar və xidmətçi əllər və qəlblər cinayətkarlar, xəyanətkarlar və tamahkarlardan çoxdur. Dünya iranlı gəncə, iranlının qətiyətliyinə, iranlı təşəbbüslərinə bir çox arenalarda hörmətlə baxır, ehtiram göstərir. Öz qədrinizi bilin, Allahın bəxş etdiyi qüdrətlə gələcəyə doğru irəliləyin və qəhrəmanlıq yaradın. Tövsiyələr:
1) Elm və tədqiqat: Elm hər bir ölkənin izzət və qüdrətinin ən aşkar vasitəsidir. Elm və biliyin digər üzü qüdrət və bacarıqdır. Qərb dünyası öz elmi sayəsində özünə iki yüz illik sərvət ,nüfuz və qüdrət əldə edə bildi. Əxlaq və inanc bünövrəsində yoxsulluğun olmasına baxmayaraq, Qərbə məxsus olan həyat tərzini elm karvanından geri qalmış cəmiyyətlərə transfer etməklə onların siyasi və iqtisadi ixtiyarını əlinə aldı. Biz Qərbdə olduğu kimi, elmdən sui-istifadə edilməsini tövsiyə etmirik. Ancaq ölkənin ehtiyacını nəzərə alaraq öz aramızda elm çeşməsinin qaynadılmasını israr edirik. Allaha şükürlər olsun ki, xalqımızın elm və tədqiqat istedadı dünyanın orta göstəricisindən yüksəkdir. İndi artıq iki onillikdir ki, ölkədə elmi dirçəliş başlamış və beynəlxalq müşahidəçiləri heyrətləndirən bir sürətlə (dünyadakı orta elm sürətindən on bir dəfə artıq sürətlə) irəli getmişdir.
Bu müddət ərzində dünyanın iki yüzdən artıq dövləti arasında bizi on altıncı pilləyə yüksəltmiş, beynəlxalq müşahidəçilərin heyrətinə səbəb olmuş, bəzi yeni və həssas sahələrdə bizi ilk pillələrə qaldırmış elm və texnoloji nailiyyətlərimizin hamısı ölkənin maliyyə və elmi sanksiyalara məruz qaldığı bir vaxtda baş verdi. Biz düşmənin yaratdığı axının əks istiqamətində üzərək böyük rekorlara imza atmışıq. Bu böyük nemətdir. Buna görə gecə-gündüz Allaha şükür etməliyik.
Demək istədiyim odur ki, qət edilmiş bu yol bütün əhəmiyyəti ilə yalnız bir başlanğıc olmuşdur, ondan artıq olmamışdır. Biz hələ dünyanın elm zirvələrindən çox geridəyik, zirvələrə yüksəlməliyik. Ən mühüm sahələrdə elmin indiki sərhədlərini aşmalıyıq. Biz hələ bu mərhələdən çox geridəyik.Biz sıfırdan başlamışıq. Dünyanın elmi yarışının başladığı bir vaxtda pəhləvi və qacarlar dövrünün utanc gətirən elmi geriliyi bizə ağır zərbə vuraraq bizi bu sürətli karvandan kilometrlərlə geri saldı.
Biz indi hərəkətə başlamışıq və sürətlə irəliləyirik. Ancaq bu sürət ildən-ilə artırılaraq davama etdirilməlidir ki, gerilik ortadan qalxsın. Mən həmişə universitetlərə, universitetlərin müəllim, tələbə və elmi heyətlərinə, tədqiqat mərkəzlərinə və tədqiqatçılara bu barədə qəti və ciddi xəbərdarlıq edir, çağırış edirəm. İndi mənim siz gənclərdən ümumi istəyim budur ki, bu yolu daha böyük məsuliyyət hissi ilə və bir cihad kimi qət edin. Ölkədə elmi bir inqilabın binasının daşı qoyulmuşdur. Bu inqilab nüvə şəhidləri kimi şəhidlər də verib. Qalxın və sizin elmi cihadınızdan bərk qorxan bədxah və kinli düşməninizin arzusunu ürəyində qoyun.
2) Mənəviyyat və əxlaq: Mənəviyyatın mənası fədakarlıq, təvəkkül, özünə və cəmiyyətə inam kimi mənəvi dəyərləri devizə çevirməkdir. Əxlaq isə xeyirxahlıq, güzəşt, ehtiyacı olana yardım göstərmək, düzlük, şücaət, təvazö, özünə güvənmək və digər gözəl keyfiyyətlərə riayət etməkdir. Cəmiyyətin əsas ehtiyacı olan mənəviyyat və əxlaq bütün fərdi və ictimai hərəkət və fəaliyyətlərə yön verir. Onların olması, maddi çatışmazlıqlara baxmayaraq, yaşayış mühitini cənnətə çevirir. Onların olmaması, maddi rifahın olmasına baxmayaraq, həyatı cəhənnəmə çevirir. Mənəvi şüur və etik vicdan cəmiyyətdə nə qədər çox inkişaf edərsə, daha çox səmərəsi olar. Şübhəsiz ki, bunun üçün mübarizə, səy və fəaliyyətə ehtiyac var. hökumətlərin yardımı olmadan bu sahədə elə də uğur qazanmaq olmaz. Əxlaq və mənəviyyat təbii ki, əmr və göstərişlə əldə edilmir, hökumətlər də onu zor gücünə yarada bilməzlər. Ancaq ilk olaraq özləri əxlaqi və mənəvi davranış və həyat tərzinə malik olmalı, ikincisi, onun cəmiyyətdə geniş vüsət almasına zəmin yaratmalı, sosial qurumlara bu sahədə meydan verməli və yardımlarını əsirgəməmli, əxlaq və mənəviyyata zidd olan mərkəzlərə qarşı ağıllı və məntiqli şəkildə mübarizə aparmalı, xülasə, cəhənnəmliklərin insanları aldadaraq zorla cəhənnəmlik etməsinə icazə verməməlidirlər.
Qabaqcıl və əhatə dairəsi geniş olan media vasitələri əxlaq və mənəviyyata zidd olan mərkəzlərə çox təhlükəli imkanlar yaratmışlar. Hal-hazırda düşmənlərin bu vasitələrdən isitfadə edən gənclər, yeniyetmələr, hətta uşaqların da pak qəlblərinə davamlı olaraq hücum etdiklərini öz gözlərimizlə görürük. Bu məsələdə səlahiyyətli hökumət qurumlarının üzərinə ağır vəzifələr düşür ki, onlar da öz vəzifələrinə ayıq və tam məsuliyyətlə əməl etməlidirlər. Təbii ki, bu da adi şəxsləri və qeyri-hökumət təşkilatlarını məsuliyyətdən azad etmir. Növbəti dövrdə bu istiqamətdə hərtərəfli qısa və orta müddətli proqramlar tənzimlənib icra edilməlidir. İnşallah.
3) İqtisadiyyat: İqtisadiyyat təyinedici açar bir nöqtədir. Güclü iqtisadiyyat ölkənin nüfuz və boyunduruq qəbul etməyən güclü nöqtəsi və mühüm faktorudur. Zəif iqtisaidyyat düşmənlərin müdaxilə, nüfuz və hegemonluğuna zəmin yaradan zəif nöqtədir. Yoxsulluq və zənginlik insanların maddiyatı və mənəviyyatına təsir göstərir. İqtisadiyyat təbii ki, İslam cəmiyyətinin hədəfi deyil. Ancaq elə bir vasitədir ki, o olmadan məqsədlərə çatmaq olmaz. Ölkənin iri həcmli və keyfiyyətli istehsala, ədalətli bölgüyə, israfsız və lazım olan qədər istehlak və rasional idarəetmə münasibətlərinə əsaslanan müstəqil iqtisadiyyatının gücləndirilməsi ilə bağlı israrımızın, son illərdə mənim bunu dəfələrlə vurğulamağımın səbəbi budur ki, iqtisadiyyat cəmiyyətin bu günkü və sabahkı həyatına dərin bir təsir göstərə bilər.
İslam İnqilabı diktatura dövrünün zəif, asılı və korrupsioner iqisadiyyatından xilas olmağın yolunu bizə göstərdi. Lakin zəif fəaliyyətlər ölkə iqtisadiyyatını daxildən və xaricdən maneələrlə üzləşdirib. Xarici maneə düşmənin sanksiya və təhrikləridir. Daxili problemlər həll ediləcəyi təqdirdə bu maneənin təsiri az olacaq, hətta heç bir təsiri olmayacaq. Daxili maneə struktur nöqsanları və idarəetmə zəifliyi ilə bağlıdır.
Ən böyük qüsurlar iqtisadiyyatın neftdən asılılığı, dövlət vəzifələrinə aid olmadığı halda, iqtisadiyyatın bəzi sahələrinin dövlətləşdirilməsi, daxili imkan və potensiala yox, xaricə göz dikmək, ölkənin işçi qüvvəsinin imkanlarından az istifadə edilməsi, qüsurlu və balanslaşdırılmamış büdcə bölgüsü, iqtisadiyyatın icra siyasətlərinin qeyri-sabitliyi, prioritetlərə riayət edilməməsi, artıq xərclərin olması, hətta hökumət qurumlarının bəzisində israfa yol verilməsidir. Bunların nəticəsində xalqın məişətində problemlər yaranır. Gənclərin işsizliyi, zəif təbəqənin yoxsulluğu və sair bu qəbildəndir. Bu problemlərin həlli yolu müqavimət iqtisadiyyatı siyasətləridir. Onun bütün sahələri üçün icra proqramları işlənib hazırlanmalı və hökumətlər tərəfindən qüdrət, yüksək əhval-ruhiyyə və məsuliyyət hissi ilə həyata keçirilməlidir. Ölkə iqtisadiyyatının endogenliyi, istehsalçı olması, elmi prinsiplərə əsaslanması, iqtisadiyyatın xalqın srəncamına verilməsi, dövlətin mülkədarlıq etməməsi, daha öncə işarə etdiyimiz potensiallardan isitfadə etməklə kənara diqqət ayrılması bu həll yollarının mühüm hissələrindəndir. Şübhəsiz ki, dövlətin daxilində gənc, savadlı, mömin, iqtisadi biliklərə sahib olan bir kompleks bu məqsədlərə nail ola biləcək.
Ölkənin bütün əziz gəncləri bilsin ki, bütün həll yolları ölkənin daxilindədir. Kimsə iqtisadi problemin sırf sanksiyadan qaynaqlandığını, sanksiyanın səbəbinin də imperializmə qarşı mübarizə və düşmən qarşısında təslim olmamaq olduğunu, həll yolunun da düşmən qarşısında diz çöküb canavar pəncəsini öpmək olduğunu düşünürsə, bağışlanmaz səhvə yol verir. Bu təhlil başdan-ayağa yanlışdır. Bu təhlil bəzi daxili məlumatsızların dilindən və qələmindən çıxsa da, mənşəyi onu min bir dillə ölkənin qərar qəbul edən, qərar verən qurumlarına və ümumi fikrə təlqin edən xarici planlar və fikir mərkəzləridir.
4) Ədalət və fəsadla mübarizə: Bu ikisi bir-birinin zəruri şərtidir. İqtisadi, əxlaqi və siyasi pozğunluq ölkələrin, dövlətlərin çirkin kütləsinə və hökumətlərin strukturlarına daxil olarsa, onların qanuniliyinə sarsıdıcı zərbə vurar və dağıdıcı zəlzələ effekti yaradar. Sosial məqbulluqdan daha əsaslı və ənənəvi qanunilikdən daha üstün qanuniliyə ehtiyacı olan İslam Respulikası kimi bir dövlət üçün bu, digər dövlətlərdən daha fundamental və daha ciddidir. Mal, məqam və rəyasət vəsvəsələri tarixin ən ali hökumətinin, yəni Həzrət Əmirül-mömininin (ə) də hökumətində müəyyən şəxsləri azdırdı. Deməli, bu təhdidin bir zamanlar müdirləri və məsul şəxsləri inqilabçı zahidliyi və sadə həyat tərzi yarışına çıxmış İslam Respublikasında da olması mümkün olmuş və olacaqdır. Bu da effektiv qurumların iti baxışla və qətiyyətli davranışla daim üç qurumda olmasını, sözün həqiqi mənasında korrupsiya ilə, xüsusilə hökumət qurumları daxilindəki korrupsiya ilə mübarizə aparmasını tələb edir.
Əlbəttə, digər ölkələrlə, xüsusilə başdan ayağa qədər fəsad və korrupsiyaya batmış diktatura rejimləri ilə müqayisədə İslam Respublikasının hökumət işçiləri arasında korrupsiya faizi çox azdır. Allaha şükürlər olsun ki, bu dövlətin məmurları, əsasən, öz sağlamlığını qoruyub saxlayıblar. Lakin hər nə qədər varsa, qəbuledilməzdir. Hər kəs bilməlidir ki, iqtisadi təmizlik İslam Respublikasının bütün hökumət işçilərinin qanunilik şərtidir. Hər kəs tamah şeytanından uzaq durmalı, haram tikədən qaçmalı, bu yolda Allahdan yardım istəməli, dövlət və nəzarət orqanları qətiyyət və həssaslıqla korrupsiya nütfəsinin təşəkkülünün qarşısını almalı və onun inkişafına mane olmalıdır. Bu mübarizənin imanlı və mücahid insanlara, əlləri təmiz və qəlbləri işıqlı olan uca insanlara ehiyacı var. Bu mübarizə İslam Respublikasının ədalətin bərqərar edilməsi yolunda həyata keçirməli olacağı hərtərəfli fəaliyyətin effektiv hissəsidir.
Ədalət bütün ilahi missiyaların başlıca hədəflərinin başında dayanır. İslam Respublikasında da elə həmin mövqeyə malikdir. Bu, bütün zamanların və məkanların müqəddəs sözüdür və yalnız Həzrət Vəliyyi-Əsrin (ruhumuz ona fəda olsun) hökumətində tam şəkildə reallaşacaq. Ancaq nisbi şəkildə hər yerdə və hər zaman hər kəsin, xüsusilə hakimlərin və güc sahiblərinin mümkün və vacib vəzifəsidir. İran İslam Respublikası bu yolda böyük addımlar atmışdır. Daha öncə onlara qısa işarə etdik. Təbii ki, onun izahı və şərhi üçün daha çox iş görülməli, hal-hazırda İnqilabın düşmənlərinin ciddi proqramı olan dezinformasiya, ən azı sükut və gizlətmə planı məhv edilməlidir.
Bütün bunlara baxmayaraq, ölkənin gələcəyi olan, ümid gözlərinin dikildiyi əziz gənclərə açıq şəkildə deyirəm: “Bu günə qədər olanla olmalı olan arasında dərin məsafə var. İslam Respublikasında məsul şəxslərin qəlbi daim məhrumiyyətlərin aradan qaldırılması üçün çırpınmalı, təbəqələrarası dərin uçurumların yaranmasından bərk qorxmalıdır. İslam Respublikasında sərvət toplamaq günah deyil, əksinə stimul verilən bir işdir. Ancaq ədalətsizliklə nəticələnən ümumi mənbələrin bölüşdürülməsində ayrıseçkilik etmək və spekulyativliyə meydan verilməsi və iqtisadi fırıldaqçılarla mülayim davranmaq qəti qadağandır. Bundan əlavə, himayəyə ehtiyacı olan təbəqələrin diqqətdən kənarda qalması heç bir halda məqbul deyil. Bu fikirlər siyasətlər və qanunlar qəlibində dəfələrlə təkrar edilmişdir. Ancaq onların layiqli icrası üçün ümid siz gənclərədir. Əgər dövlətin ayrı-ayrı sahələrinin idarəçiliyi mömin, inqilabçı, elmli və işbilən gənclərə (Allaha şükürlər olsun ki, az deyilsiniz) həvalə edilsə, bu ümid reallaşacaq, İnşallah.
5) Müstəqillik və azadlıq: Milli müstəqilliyin mənası millətin və hökumətin imperialist güclərin diktə və hədəsindən azad olması deməkdir. Sosial azadlığın mənası cəmiyyətin bütün fərdlərinin qərar qəbul etmək, əməl etmək və düşünmək haqqına malik olması deməkdir. Bu ikisi İslamın dəyərlərindəndir. Bu ikisi Allahın insanlara bəxş etdiyi nemətlərdir və heç biri hökumətləri xalqdan üstün etmir. Hökumətlər bu ikisini təmin etməyə borcludurlar. Azadlıq və müstəqilliyin hansı dərəcədə olduğunu onların uğrunda döyüşənlər daha çox bilirlər. Özünün qırx illik cihadı ilə İran xalqı həmin şəxslərdəndir. İran İslam dövlətinin indiki azadlığı və müstəqilliyi yüz minlərlə uca, şücaətli və fədakar insanın – əsasən, gənc olsalar da insanlığın ən yüksək zirvəsində olan insanların - qanı bahasına əldə edilmiş bir nailiyyətdir. Pak inqilab ağacının bu meyvəsini sadəlövh, bəzən də qərəzli izah və yozumlarla təhlükəyə atmaq olmaz. Hər kəs, xüsusilə İslam Respublikası onu bütün varlığı ilə qorumağa borcludur. Təbii ki, müstəqillik ölkənin siyasəti və iqtisadiyyatını öz sərhədləri arasında həbs etmək deyil. Azadlıq əxlaq, qanun, ilahi dəyərlər və ümumi hüquqa qarşı çıxmaq kimi izah edilməməlidir.
6) Milli izzət, xarici əlaqələr, düşmənlə sərhədlərin müəyyən edilməsi: Bunların hər üçü beynəlxalq münasibətlərdə izzət, hikmət və məsləhət prinsipinin bölmələridir. Beynəlxalq aləm bu gün gerçəkləşmiş və ya gerçəkləşməkdə olan hadislərin şahidi oldu: İslam oyanışı hərəkatının yeni hərəkəti ABŞ və sionizmin hegemonluğuna qarşı müqavimət meyarına əsaslanır; ABŞ siyasətlərinin Qərbi-Asiya regionunda iflasa uğraması və onların regiondakı xain həmkarlarının ilfic olması; İslam Respublikasının Qərbi-Asiyadakı qüdrətli iştirakının genişlənməsi və bunun imperiya dünyasının hər tərəfində geniş şəkildə əks olması.
Bunlar İslam Respublikasının izzətinin təzahürlərinin bir hissəsidir və yalnız mücahid müdirlərin şücaəti və hikməti sayəsində əldə edilir. İmperialist sistemin liderləri narahatdır. Onların təklifləri ümumilikdə yalan, fırıldaq və kələyi ehtiva edir. Bu gün İran xalqı cinayətkar ABŞ-la yanaşı Avropa dövlətlərinin bir çoxunu da fırıldaqçı və etibarsız hesab edir. İslam Respublikası onlarla olan sərhədlərini diqqətlə qorumalıdır, öz milli və inqilabçı dəyərlərindəm bir addım da geri atmamalı, onların puç təhdidlərindən qorxmamalı, bütün hallarda ölkənin və millətin izzətini diqqət mərkəzində saxlamalı, hikmətlə və inqilab mövqelərinin məsləhətinə uyğun olan davranışla özünün həll edilməsi mümkün olan problemlərini həll etməlidir. ABŞ məsələsində həll olmayan heç bir problem yoxdur, onunla danışıqlar maddi və mənəvi ziyandan başqa heç nə verməyəcək.
7) Həyat tərzi: Bu barədə danışılası söz çoxdur. Onu başqa bir vaxta saxlayır və bir cümlə ilə kifayətlənirəm: Qərbin İranda yaymağa çalışdığı Qərb dünyasına xas olan həyat tərzi ölkəmizə və xalqımıza sağalmaz əxlaqi, iqtisadi, dini və siyasi ziyanlar vurmuşdur. Onunla mübarizə hərtərəfli və ayıq bir cihad tələb edir ki, bu məsələdə də yenə ümid siz gənclərədir.
Sonda Böyük İslam İnqilabının qırxıncı ildönümü münasibəti ilə 22 bəhmən tarixindəki qürurverici və düşmənsındıran iştirakına görə əziz xalqımıza təşəkkür edir və Haq-taala qarşısında şükür səcdəsi edirəm.
Salam olsun Həzrət Bəqiyyətullaha (ruhumuz ona fəda olsun)!
Salam olsun uca şəhidlərin pak ruhuna!
Salam olsun dahi İmamın pak ruhuna!
Salam olsun əziz İran xalqına və xüsusilə salam olsun gənclərə! Sizin duaçınız
Seyyid Əli Xamenei