0
Saturday 26 January 2019 - 14:29
Təyyib Hacı Rzayi belə şəhid oldu

Lotu şəhid

Story Code : 774379
Lotu şəhid
Heç kim İran şahı ilə eyni süfrədə oturub yemək yeməyə cəsarət etməzdi. Amma Təyyibə bu izin verilmişdi. O Tehranın məşhur lotularından idi. Məhəmməd Rza Şah bir məclisi dağıtmaq istədiyi zaman Təyyib haradadır soruşardı. Bir gün şah Təyyibə belə deyir: “Bu dəfə sənə mühüm bir tapşırıq verəcəyəm. Bir yeri, yəni bir məclisi səndən dağıtmağını istəyirəm”.

Təyyib Hacı Rzayi soruşdu: “Haranı dağıdacağam, kimin məclisini?”
Şah dedi: “Filan yeri, Seyyid Ruhullah Xomeyninin məclisini”.
Mahmud yerinde dondu ve belə dedi: “Kimi dedin, Seyyidi dedin?”
Şah: “Bəli”.

Təyyib belə cavab verdi: “Xeyir. Biz belə işə getmərik. Biz Həzrəti Fatımənin övladı ilə baş-başa gəlmərik!”
Bu söhbət gedən zaman təyyibin İmam Xomeyni ilə heç şəxsi tanışlığı yox idi, ümumi eşitmişdi adını.
Şah bərk qəzəbləndi: “Sənə işgəncə verdirərəm, səni edam edərəm!”

Təyyib dedi: “Əlindən geləni edə bilərsən, nə edirsən elə. Mən Həzrəti Fatimənin övladı ilə baş-başa gəlmərəm!”
Şahın kefi çox pozulmuşdu. Təyyibə ağır işgəncələr verildi və sonra onu edam etməyə apararkən, bir nəfər ondan soruşdu: “Seyyid Xomeyniyə çatdırılası bir sözün varmı?”.

Təyyib belə dedi: Mən o Seyyidi yaxşı tanımıram. Ona sadəcə bunu deyin ki: “Təyyib dedi ki, cəddindən axirət aləmində mənə şəfaət etməsini istəsin”.
Bu sözü İmam Xomeyniyə çatırdıqları zaman, İmam Xomeyni belə dedi: “Onun məndən və mənim kimidən şəfaat istəməsinə ehtiyac yoxdur. O (yəni, Təyyib), Qiyamətdə mənim tərəfdarlarıma şəfaət edəcək”.

Məhəmməd Rza Şah Təyyibi edam elədi. Təyyib altmış illik ömründə nə namaz qılmış, nə də oruc tutmuşdu. Sadəcə Allahla öz arasında həya pərdəsini yırtmamış və Həzrəti Fatiməyə xatir bir seyyidə, bir alimə qarşı bu cür ədəbli əməl etdi. Onun bu ixlaslı əməli Allah yanında böyük məqama layiq idi.
Bu ədəb və əməlinə görə, təyyib edam edildikdən sonra Qum şəhərindəki din tələbə və alimləri bölüşərək Təyyibin altmış illik qəza namazlarını qıldılar və qəza oruclarını tutdular. Allah rəhmət eləsin!
Source : facebook
Comment