Tənha qalmış Yəmən xalqı və ya “demokratların” timsah göz yaşları
Story Code : 761180
Artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
Ölkədə aclıqdan hər gün onlarla uşaq ölür. Bir neçə gün öncə sosial şəbəkələrdə aclıqdan ölən körpəsini son dəfə bağrına basan ananın videosu yayılmışdı. Daha sonra ardıcıl olaraq qazılan onlarla qəbrin fotoları dərc edildi. Amma...
Dünya sanki bütün bunları görmür. Suriyada bir uşağın üzünə qan ləkəsi adı ilə boya yaxıb efirə çıxardanda özlərini “demokrat” adlandıranlar səs-səsə verib Əsəd rejimini ittiham edir, regionda “sülhün carçısı” kimi çıxış edirdilər. Lakin...
Yəmən yerləşdiyi coğrafi mövqe kimi sanki gözlərdən də uzaqdır. Burda baş verənlər dünyanı maraqlandırmır. Hər gün səhər evdən çıxanda yediyi bahalı yeməyin artığını həyətdə saxladığı harınlamış itə atan qərbli “demokratlar” Yəməndə acından ölən körpəni düşünmək belə istəmir. Bu əslində təbiidir. Çünki imperialistlər qarşısında müqavimət göstərən yəmən xalqı onlar üçün təhlükədir. Qabağına artıq yemək atdığı itlər kimi qarşısında quyruq bulanmağını istəyir. Ancaq...
Bütün bu çətiliklərə baxmayaraq, yəmənlilər silahsız, ac-susuz olaraq imperialistlər qarşısında müqavimət göstərir.
Bu arada Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın təcavüzü altında olan Yəmənin Hudeydə şəhərində təcili atəşkəs əldə olunması barədə çağırış edib.
BMT baş katibinin müavini Mark Lukuk bildirib ki, Yəmənin strateji əhəmiyyətli Hudeydə limanının zərər görəcəyi halda milyonlarla insan aclıqla üzləşə bilər, buna görə də tərəfləri təcili atəşkəs bağlamağa çağırırıq.
Yuxarıda qeyd etmişdik ki, Yəməndə olan aclıq kimsəni maraqlandırmır. BMT kimi nüfuzlu qurum isə sadəcə sözdə çağırış edir. Yəmənə göndərilən humanitar yardımların qarşısı alır. Demək olar ki, hər hansı yardım etmir. Bu söz oyunu ABŞ rəsmilərinin də istifadə etdiyi “silahdır”. Səudiyyənin son hücumundan cəmi bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp hücumların dayandırılmasını “tələb etmişdi”. Buna cavab olaraq, Yəmən Husilərinin lideri Əbdülməlik Husi açıqlamasında bildirmişdi ki, “növbəti hücum" gözləyirlər və buna hazırlaşırlar. Çünki ABŞ nə zaman çağırış etsə, ardınca genişmiqyaslı hücüm həyata keçirilir”.
Görünən odur ki, BMT-nin bu “aclıq qayğısından” sonra Yəmənə göndərilən humanitar yardımların qarşısı alınacaq. Yəmən isə təkbaşına, ac-susuz, silahsız müqavimətini davam etdirəcək...