Aşura məclislərində Mübariz İbrahimovlar yetişirsə erməni əvəzinə siz niyə narahat olursunuz?
Story Code : 751681
Şeyxülislamı – Allahtərəfi – indiyədək dini kitab yazan, minbərdə oturub moizə edən, bəlkə də əlamətdar günlərdən başqa hətta namaz qılan halda görmək çətindir. Bəlkə də mümkünsüz həddədir. Etiraz edənlərə sual verirəm: Şeyxülislamı Mehriban Əliyevanın daha çox təriflər deyən halda görmüsünüz, yoxsa namazda Allaha təsbih deyən yerdə? Onu Heydər Əliyevin fəaliyyətlərini daha çox mədh edən insan kimi tanıyırsınız, yoxsa Allah Rəsulu (s)-in fəzilətlərindən danışan bir din xadimi kimi?
Bilirsiniz niyə bu barədə yazdım? Məsələ burasındadır ki, qəfildən, hətta proqramlı şəkildə, əvvəlcədən xəbərdarlıq etmək şərtiylə (çünki şeyxi qəfildən harada tutmaq olur ki?) şeyxülislamdan İmam Hüseyn (ə) barədə müsahibə alsanız dini savadı, bilgisi olmadığı üçün "təkərə" düşüb, özünü itirəcək və vəziyyətdən çıxış yolunu uşaqlıqdakı dindarlığından danışmaqla hasil edəcəkdir. Başlayacaq ki, biz hələ uşaq ikən, sovetin qılıncının dalı-qabağı kəsən vaxtda Aşura günləri məscidlərə gedərdik. Bunu da özünün və ətrafının qəhrəmanlığı kimi danışar. Amma YAP hakimiyyətinin qılıncının dalı-qabağı kəsdiyi bir vaxtda şeyxülislam deyir ki, uşaqların Aşura məclislərinə getməsi məqsədəuyğun deyil. Adamı yandıran budur ki, hələ keçən il QMİ rəsmisi deyirdi ki, uşaqların məscidlərə getməsində bir problem yoxdur. Təbii ki, keçən ilə qədər belə bir problem yox idi. Çünki belə bir problem olsaydı bu il aradan qaldırmaq istədikləri kimi elə ötən il aradan qaldırardılar. Bu ilki sayıqlamaları elə ötən il sayıqlayardılar və builki qadağaları ötən il təyin edərdilər. Bəs yaxşı bu ilə qədər qadağa yoxuydusa deməli balalarımız məscidlərə və aşura məclislərinə gedirdilər. Əgər bu təhlükəli idisə niyə vaxtında əncam çəkmədiniz?
Biz qanmazlara qandırmağa çalışırıq ki, İmam Hüseyn (ə) məclislərində böyüyən uşaqlardan gələcəkdə Mübariz İbrahimovlar çıxacaq ki, ermənilər onun nəşindən belə qorxub qollarını bağlamışdılar. Amma qanmazlar deyir ki, yox, bu məclislərdən Hacı Talelər çıxıb bizim hakimiyyətimizi məhv etməyə çalışacaqlar. Deməli, biz bu məclislərdə Mübariz İbrahimovlar yetişdiririk, onlar isə zorla özlərini Yəzidin yerinə qoyub deyirlər ki, biz Yezidik, bu məclislərdə 13 yaşlı Qasim ibn Həsənlər (ə), Hüseyn Fəhmilər yetişib bizim dədəmizi yandıracaq. Sonra da deyirlər ki, Azərbaycanda radikal dindarlar var, xaricdən idarə olunurlar. Siz özünüz radikalsınız, vəhşisiniz. Məscidlərə kameralar quraşdırıb ora gələn azyaşlıları (atalarını) cərimələməklə məşğulsunuz. Siz özünüz xaricdən (sanki əməvi sarayından) idarə olunursunuz. Niyə özünüzü Yəzidin, Rza şahın yerində təsəvvür edib də Aşura məclislərində böyüyənləri özünüzə potensial təhlükə olaraq görürsünüz. Yoxsa Yəzid, Şureyh qazi olduğunuzu etiraf edirsiniz?