0
Monday 10 September 2018 - 16:19

Pozğunların konsertləri, telekanalizasiyaların şouları deyil, Aşura uşaq psixologiyasını pozur?

Story Code : 749452
Pozğunların konsertləri, telekanalizasiyaların şouları deyil, Aşura uşaq psixologiyasını pozur?
Bir neçə gündür sözün həqiqi mənasında erməni dəyirmanına su tökən bir dəstə insan Aşura günü ilə mübarizə aparmağa başlayıb. Yerindən duran deyir ki, Aşura günü uşaqların psixologiyasına mənfi təsir edir.
Allahşükür Paşazadə Lənkəranda keçirilən tədbirdə deyir ki, Aşura məclislərində azyaşlıların iştirakı məqsədəuyğun deyil. Baxır kimin məqsədinə uyğun deyil. Bəli, erməninin məqsədinə uyğun deyil. Çünki belə məcislərdə Mübariz İbrahimovlar böyüyüb erməninin atasını yandırır.
Aşura məclislərinin keçirilməsindən məqsəd şəhadət ruhunu, mənəviyyatı yüksəltməkdirsə nə üçün azyaşlıların belə məclislərə gətirilməsi məqsədəuyğun olmasın. Hansı ki elə ötən il QMİ nümayəndəsi Qəni Axundzadə belə demişdi: "Uşaqların Aşura mərasiminə getməsinə pis baxmaq olmaz. Uşaqlar harda olmalıdır? "Uşağın məscidə getməsi qadağandır" demək düzgün deyil. Mənim tanıdığım məscidə gələn uşaqların əksəriyyəti savadlıdır, yüksək davranış qabiliyyətinə malikdirlər. Uşaq Aşura günü məscidə gedirsə, əxlaq öyrənirsə, dini ayinlərdə iştirak edirsə, bu, çox gözəl haldır."
Fazil Mustafa kimi erməni, nurçu, vəhabi dəyirmanına su tökən bir başqa zillət vəkili Sədaqət Vəliyeva bir hay-şivən qaldırıb ki, gəl görəsən. Deyir ki, din alimlərimiz də buyurur, qanun da deyir ki, azyaşlı uşaqlar Aşura məclislərinə buraxılmamalıdır. Güya belə məclislərdə qan çıxarılır, baş yarılır, zəncir vurulur. Din alimləri adından yalan danışan bu insanın deputatxanada da saxtakarcasına oturması məlum olur. Bu cür təyinatla deputatxanada oturan vicdansız, saxtakar insanlardan soruşasan ki, axırıncı dəfə Aşura məclislərinə nə vaxt qatılmısan? Sən ki, Aşura məclislərini dəhşətli yer adlandırırsan bu ağılla gedib bir dəfə belə məclislərdə iştirak etmisənmi?
Dini Qurumların sədr müavini Siyavuş Heydərov da bu axmaq kompaniyaya qoşulub. Deyir heç el arasında uşaqlar yas məclislərinə aparılmır. Bu cür anlamaz insanlar elə bilir ki, Aşura məclisləri adi yas məclisidir. Daha sonra deyir ki, İslam özü buyurur ki, alimin mürəkkəbi şəhidin qanındna üstündür. Bəs uşaqlar məktəbdə olmalıdır. Elə bilir ki, hədisdəki "alim" bugünün dünyəvi Azərbaycan məktəblərində dərsdən qaçan, oxumayan, uşaqlıqdan bu ölkədə yaşadığı üçün bədbəxt olan uşaqlarımıza aiddir. Heç bir hədis Coğrafiya, Fizika aliminin mürəkkəbini şəhidin qanından üstün bilmir.
Məlumdur ki, zillət vəkili Fazil Mustafa, Sədaqət Vəliyeva, nə də Allahşükür Paşazadə ilə Siyavuş Heydərov və onların zehniyyətində olan insanlar bir dəfə pozğunların, erməni Zaranın Azərbaycanda konsert verməsinə etiraz etməyib. Bütün günü telekanalizasiyalardan yayımlanan əxlaqsız şou verilişlərindən ötrü niyə etiraz edib demirsiniz ki, evdə azyaşlı uşağın psixologiyasını pozur. Çünki belə məqamlarda hünəriniz çatmır, diliniz girir qarnınıza. "Dövlətçiliyin əleyhinə olar" deyib qaçıb siçan deşiyi axtarırsınız.
Hamıya məlumdur ki, adları çəkilən bu insanların özləri Aşura məclislərində iştirak etməyən adamlardır. İştirak edənlərdən nə cür bəhrələndiklərini soruşmurlar, iştirak etməyənlər sinəsini qabağa verib Aşura ilə müharibəyə qalxıb.
Source : Nur-az.com
Comment