Rəcəbli bu gün məhkəməyə müraciət etsə sabah ailə biznesi aşkarlanacaq
Story Code : 745378
Və yaxud varlığı pislik olan adamın xalqa pisliyi
Hadı Rəcəbli üzünə tüpürülməkdə bəlkə də Ginnesdi nədir, onu kitabına düşüb. Adamın bircə fotosunu sosial şəbəkələrdə paylaşmaq bəs edir ki, birinin iştahı qaçsın, o birini qarın ağrısı tutsun, bir başqasının konturu qurtarsın, nə bilim axır, qeyri-adi hadisələr baş versin.
Sayt yazıb ki, Hadı Rəcəbli od püskürüb. Nədir ki, sosial şəbəkələr yenə adamın fotosunu paylaşıblar və üzünə tüpürənlərin sayı milyon nəfəri keçib. Bu da durub camaatın ona dediyi sözü qayıdıb camaata deyir. Deyib ki, adamın şərəfi olar. Elə yazıq sosial şəbəkə istifadəçiləri də bu cür kişi söhbətini uzun müddətdir Hadı Rəcəbliyə başa salmaq istəyirdi. Görünür qoca qurd bunu çox gözəl bilib və qayıdıb camaata deyib.
Deyir ki, bütün həyatımı dövlətimə və millətimə həsr etmişəm. Hadı Rəcəbli kimi şərəf, ləyaqətdən əziyyət çəkən insanların dövlət, xalqdan məqsədləri həmişə diktator ailə klanı olub. Bu insan əvvəllər Heydər Əliyevin, sonralar İlham Əliyevin gözünə (başqa cür başa düşməyin, türkün məsəli zad yoxdur burda) girməkdən başqa bir görməyib.
Sonra deyir ki, materialları toplayıb hüquq muhafizə orqanlarına təqdim edəcəyəm. Güya sosial şəbəkə istifadəçiləri onu bu addımı atmağa məcbur edir. Əlbəttə edə bilmir, bilirsinizmi niyə? Çünki Hadı Rəcəbli kimi haramdan harınlayıb quduran qoca qurdlar gözəl bilir ki, sabah, biri gün adamın nəinki Azərbaycanda hətta xaricdə olan mülkləri, ailə biznesləri də ortaya çıxacaq. Onsuz da xaricdə yaşayan mühacirlər Hadı kimi alçaq tiplərin varidatını, ailə biznesini, daşınmaz əmlakını çəkib intenetdə yayır. Bir də ki, qoca qurd gözəl bilir ki, əgər məhkəməyə-zada baş vursa elə birinci qabağını illərdir qapısında quyruq buladığı ailə hakimiyyəti alacaq. Çünki Hadı kimi tiplərə tapşırılır ki, başını sal aşağı biznesinlə məşğul ol. Səsini də çıxartma. Ona görə ki, Rəcəbli kimilər azad fikir, mövqe sahibi olmur. Həmişə bu cür adamların ipi kimlərinsə əlində olur. Özü də cavanlara minnət qoyub deyir ki, pislik etmək istəmədiyi üçün hüquq mühafizə orqanlarına şikayət etmir. Adamın bütün vücudu pislikdir, başqasına pislikdən danışır. Amma pisliyə gəlincə elə Hadı Rəcəbli kimi insanlardır xalqa pislik edən. Deməli indiyədək cavanları söyüb, süpürgəçiyə "əla işdə işləyir" deyib, müəllimə daş hörməyi məsləhət görüb, əlilin maaşının çoxluğundan gileylənib, adamın girmədiyi kol yoxdur, durub deyir mən heç kimə pislik etməmişəm. Halbuki bu cür adamların Millət Məclisində kürsü almasının özü xalqa edilən ən böyük pislikdir. Bu adamın dövlətə və xalqa olan "xidməti" ancaq hakim ailəni tərifləməkdən ibarət olub. Bundan böyük pislik ola bilərmi xalq üçün?