0
Friday 25 May 2018 - 14:49

Sədrin qələbəsi Ərəbistanın qələbəsi deyil!

Story Code : 727668
Sədrin qələbəsi Ərəbistanın qələbəsi deyil!
Sədrin qələbəsi Ərəbistanın qələbəsi deyil!
Movzuya Qərbi Asiya üzrə siyasi ekspert Sədullah Zarei münasibət bildirib. Ekspert deyib: Əgər bu qələbəni Ərəbistanın qələbəsi kimi dəyərləndirsək, deməliyik ki, Ərəbistan 2004-cü ildən siyasi meydanda qalibdir. Çünki Sədrlər seçkilər boyu parlamentdə əhəmiyyətli sayda səs qazanıb. Ömrü başa çatan parlamentdə  Sədrlərin  35 kürsüsü olub. Keçmiş hökumətdə 6 və hazırki hökumətdə 5 nazir postunu Sədrlər tutub.  Belə bir fikir formalaşdırmaq istəyənlərin məqsədi Sədrlərə qarşı etimadsızlıq yaratmaqdır. Əslində Ərəbistan böyük pullar xərcləyib ki, Əyyad Ələvini irəli çəkə bilsin.  Beləcə, Səudiyyə Ərəbistanı İraqdakı seçkilərdə uduzmuş tərəf sayılmalıdır.
Xatırladaq ki, İraqda parlament seçkilərində Sairun (Müqtəda Sədr)  54, Fəth (Hadi Əl-Amiri)  47, Nəsr (Heydər Əl-İbadi) 42, Qanun (Nuri Əl-Maliki)  26, KDP (Bərzani)  24, Vətəniyyə (Əyyad Ələvi)  22, Hikmət (Əmmar Əl-Həkim) - 19, KYB (Tələbani)  18, Qərar (Üsamə əl-Nüceyfi)  14, Ənbar  6, Goran  5, Yeni Nəsil  4 kürsüyə sahib olub.
Source : İslamtimes
Tagged
iraq
Comment