QR Code
Ali Məqamlı Rəhbərin baxışında qonşu ölkələr
Nur.az.com , 23 May 2018 00:59
İslamtimes - Ali Məqamlı Rəhbərin baxışında qonşuluğun əhəmiyyəti İslam dini əsasında təkid olunur
Ali Məqamlı Rəhbərin baxışında geniş strategiyalarda qonşu ölkələrlə, xüsusilə də Türkiyə və Azərbaycanla bağlı iki prinsip mövcuddur:
1. Bizim qonşularımız düşmənlərimizə yaxınlaşmasın;
2. Bizimlə qonşu kimi yaxın əlaqələr qursunlar.
“Təsnim” – İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah əl-üzma Xamenei İranın ən ali siyasi rəsmisi olaraq ölkənin xarici siyasəti barədə qərar verməkdə əvəzedilməz rola malikdir. Bu rol (müxtəlif dövlətlərin baxışlarının dəyişilməsi ilə müqayisədə) strukturlaşdırılmış, sabit, stabil, uyğun şəkildə yerinə yetirilməsi mümkün, dini və inqilabi mövzuda olduqda daha çox əhəmiyyət kəsb edir. Bu istiqamətdə bir sıra ekspertlərin, o cümlədən politoqların və təcrübəli diplomatların fikirlərini öyrənməyə çalışdıq.
Doktor Əlirza Bigdili, İranın Türkiyədəki sabiq səfiri
Ali Məqamlı Rəhbərin qonşu ölkələrlə, xüsusilə də Türkiyə və Azərbaycan kimi ölkələrlə bağlı hərtərəfli strategiyada baxışında iki prinsip mövcuddur: Biri budur ki, bizim qonşularımız düşmənlərimizə yaxınlaşmasınlar; ikincisi isə bizimlə qonşu kimi yaxın əlaqələr qursunlar. Görürük ki, düşmənlərimiz bizim xarici siyasətimizin hər iki strateji prinsipində qarşımızda dayanırlar. Biz elə qonşuluq siyasəti seçməliyik ki, o siyasətinin çərçivəsində qonşularla qarşılıqlı dərk etmə və anlaşma olsun. Mənim fikrimcə, Ali Məqamlı Rəhbərin çıxış və tövsiyələrində qonşuluq siyasəti üçün lazım olan bütün məsləhətlər mövcuddur. Baxmayaraq ki, indiyə kimi bu işdə əlaqəli bir siyasət olmayıb. Amma bu siyasət hazırlanmalıdır.
Ali Məqamlı Rəhbərin baxışında qonşuluğun əhəmiyyəti İslam dini əsasında təkid olunur. Bu açıqlamalar cümə namazı xütbələrində və ümumi görüşlərdə bəyan edilmişdir. Ali Məqamlı Rəhbərin məktublarında da qonşuluğa diqqət bir siyasət kimi vurğulanır. O cümlədən ölkənin şəhərsalma mövzusunda külli siyasətlərin çatdırılmasında bu anlam nəzərdə tutulub. Ona görə də belə nəticəyə gəlmək olar ki, qonşuluq anlamı ictimai dairələrdən daha geniş bir məfhumdur və onu beynəlxalq sahələrə də aid etmək olar.
Ali Məqamlı Rəhbərin baxışında iki növ külli kataqoriya vardır: biri geniş mövzu olaraq din, İslam, İslam İnqilabı; digəri isə sivilizasiya və dövlət-xalqlar.
Bundan əlavə, Ali Məqamlı Rəhbər bəzi vaxtlar öz çıxışlarında qonşuluq problemlərinə də toxunub. O cümlədən İsrail-Fələstin, İsrail-Livan qonşuluğu və İsrailin öz qonşularını incitməsi ilə bağlı.
Ali Məqamlı Rəhbərin bizim qonşularımızın İrana qarşı davranışları ilə bağlı da gileyləri vardır. Doğrusu budur ki, qonşuluq məsələsinin tam əsilliyi yoxdur. Məsələn Ermənistanın Azərbaycana qarşı hərəkətləri bağlı deyir ki, Ermənistan Azərbaycan üçün problem yaradır və bu ölkəyə təcavüz edib.
Elm adamları Ali Məqamlı Rəhbərin baxışlarında mövcud olan məsləhətlərdən bir nəticə almalı, bir çərçivə yaratmalıdır və bu, qonşuluq siyasəti kimi diplomatlara və dövlət xadimlərinə təqdim edilməlidir. Xüsusilə də Türkiyə ilə bağlı. Bu ölkə İslam aləmindəki əhəmiyyətinə görə, Ali Məqamlı Rəhbərin diqqətindədir. Türkiyə İslam İnqilabından ən şiddətli şəkildə təsirlənmiş ölkələr sırasındadır. İslam İnqilabından 10 ay sonra bu ölkədə çevriliş baş verdi və bu çevriliş konkret olaraq İslam İnqilabını və onun bu ölkədəki təsirlərini boğmaq üçün idi. Türkiyə islamçıların və sekularların fikirlərinin qarşı-qarşıya dayandığı bir ölkə olaraq bizim regionumuzda xüsusi mövqeyə malikdir. Rəhbərin çıxışlarında bu ölkə ilə iqtisadi əməkdaşlıq edilməsi tövsiyə olunub. Bu əməkdaşlıq müəyyən qədər müsəlmanların rifahına və onların bir-birilə yaxınlaşmasına xidmət edir. Habelə, Türkiyə ilə bağlı görüşlərində mədəniyyətə aid məsələlər toplusuna təkid etmişdir. O cümlədən qarşılıqlı hörmət, mədəniyyətlər, fars dilinə hörmətlə yanaşma ortaq əməkdaşlıq amilləri, islami vəhdət, məzhəblərin yaxınlaşması, düşmənlərin təfriqə salmağa təlaşının və şiə-sünni məsələsinin ortaya atılmasının qarşısını almaq kimi məsələlər Ali Məqamlı Rəhbərin sözlərində daim vurğulanmışdır.
Doktor Məhəmmədbaqir Xürrəmşad, politoloq, İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sabiq direktoru
Qonşular mövzusu bugünləri dövlətlərin xarici siyasətində o qədər önəmli olmuşdur ki, “qonşuluq siyasəti” ədəbiyyatını formalaşdırmışdır. Ola bilsin ki, bütün ölkələrin əlaqəli qonşuluq siyasəti olmasın, amma hər bir ölkənin qonşuluq siyasəti mövcuddur. Digər tərəfdən də ölkələr arasındakı qonşuluq münasibətləri insanlar arasındakı qonşuluq münasibətləri kimi deyil ki, dəyişmək mümkün olsun. Ölkələr üçün belə bir imkan mövcud deyil və ölkələr bir-birinin yanında yaşamağa məcburdur. Bu məcburluq qonşuluq siyasətini ortaya gətirir. Avropa Birliyi ölkələri bu məsələdə yaxşı işlər həyata keçirdilər. Digər ölkələr arasında inkişafda etməkdə olan Çin və Rusiya da əvvəllər bir çox ölkələri özündə birləşdirən iki qüdrətli ölkə olaraq, indi onlardan ayrılmış ölklələrlə qonşuluq siyasətlərinə sahibdir. Bugünləri İranın da qonşuluq siyasətinə ehtiyacı vardır. Əlbəttə, bizim kimi çoxlu qonşuları olan bütün ölkələrin qonşuluq siyasətinə ehtiyacı vardır. Bu siyasət həm bəsit olmalıdır, yəni biz qonşu ölkələrin hər biri ilə vəzifəmizi ayırd etməliyik; həm də regional qonşuluq siyasətimiz olmalıdır. Məsələn bütün Orta Asiya ilə birlikdə, bütün Qafqazla, Fars körfəsi və s. Bu regonlarla necə qonşuluq etməyimiz və siyasətimiz ayırd olmalıdır. Qonşuluq siyasəti çərçivəsində qonşuluq siyasətinin prinsip və qaydaları kimi bir sıra məsələlər də ortaya çıxır. Bu qayda-qanunların bəziləri şərti olsa da, bəziləri qonşuluq siyasətini tərcübə etmiş dövlətlərin məhsuludur. Onların siyasətləri uğurlu olduğu üçün bir prinsipə çevrilmişdir. Onlardan bəzilərini bu izahla sadalamaq olar: qonşuluq siyasəti geniş və hərtərəfli baxışa malik olmalıdır; ölkənin ehtivaedici yanaşması ilə lazım olan harmoniyaya malik olmalıdır və ölkənin geniş xarici siyasəti çərçivəsində tərif olunmalıdır; qonşularla ikitərəfli və çoxtərəfli münasibətlər qurmaq, başqa sözlə regional koalisiya qurmaq üçün ölkənin bütün potensiallarından fayadalanmaq lazımdır.
Təcrübə sübut etmişdir ki, qonşuluq siyasətində ən öndə dayanan məsələ iqtisadi əməkdaşlıqdır. Bundan sonra siyasi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlıqlar əhəmiyyət daşıyır. (Əlbəttə bunun dərəcələrə bölünməsi ölkələr və qonşulara görə fərqli ola bilər.) Amma bu əməkdaşlıqlarda sabit və davamlı olmaq lazımdır. Qonşuluq siyasəti həm özünün, həm də qonşu ölkənin ərazi bütövlüyünə riayət etmək əsasında qurulmalıdır. Bu məsələ çoxlu qonşusu olan İran üçün çox əhəmiyyət daşıyır. Bizim şimal qonşularımızın Fars körfəzinə çıxış əldə etməyə ehtiyacı var, cənub qonşularımızın da şimalın bazarlarına ehtiyacı var. Məsələn Orta Asiya bir çox ölkələrin, o cümlədən Hindistan və Çinin diqqətini özünə çəkmişdir. İranın öz coğrafi, geopolitik və geostrateji mövqelərindən faydalanmaq üçün qonşularına diqqət etməsi böyük əhəmiyyət daşıyır.
Doktor Davud Kiyani, beynəlxalq münasibətlər kafedrasının dosenti, İran və Avrasiya Araşdırmalar Mərkəzinin direktoru
Qonşuluq siyasətinin iki cəhətdən əhəmiyyəti vardır. Birinci cəhət İranın xarici siyasətində qonşuluq kataqoriyası və qonşuluq baxışıdır. İndiyə qədər buna elə də diqqət olunmayıb və İranın xarici siyasəti baxımından bu məsələdə irada yer vardır.
İranın xarici siyasətində qonşularla bağlı iki əsas baxış mövcuddur. Bir baxış belə inanır ki, İran öz geopolitik mövqeinə görə ümumilikdə müflisləşmiş, zəif və inkişaf etməkdə olan ölkələrlə qonşudur. Ona görə də bu qonşuluq mühitindən İran üçün təhlükəsizlik və inkişaf əldə etmək olmur. Deməli, İran 19-cu əsrin əvvəlindən təcrübə etdiyi və daxil olduğu beynəlxalq siyasətdə öz maraqlarını izləməlidir.
İkinci baxış isə qonşularla münasibətlərin əhəmiyyətini nəzərdə tutur. Hər halda İran qurudan və dənizdən 15 ölkə ilə qonşudur. Bu ölkələrin hamısı ilə yaxın və yaxşı münasibətlərimiz olmalıdır. Bu yaxşı münasibət bizim inkişafımıza kömək edər. Amma qonşularla əlaqə yaratmamaq, yaxud onlara etinasızlıq təhlükəsizlik baxımından bir sıra problemlər yarada bilər.
Bu arada Orta Asiya regionu fövqəladə əhəmiyyət daşıyır. Amma burada da yenə iki qrup təhlilçi ilə qarşılaşırıq. Bəzi iranlı ekspertlər belə inanır ki, Orta Asiya digər regionlarla müqayisədə elə də əhəmiyyət daşımır. Burada digər bir məsələyə diqqət yetirmək lazımdır və o da Yaxın Şərq, onun İranın milli təhlükəsizliyi və qüdrət kataqoriyaları ilə sıx bağlılığıdır. Bəzi təhlilçilər İranın xarici siyasətinin Yaxın Şərqlə tərif olunduğunu düşünürlər. Habluki, Yaxın Şərqin əhəmiyyətini və onun İranın milli təhlükəsizliyini nəzərə alsaq, belə deyil. Eyni halda məsələ burasındadır ki, Orta Asiya bizim güc və milli təhlükəsizliyimiz mövzusunda olmasa da, milli inkişafımız ilə əlaqəlidir. Sözügedən istiqamətdə Ali Məqamlı Rəhbər bu baxışlara diqqət etməklə həmişə İranın bu regionlarla bağlı xarici siyasətində balansı və tarazlığı qorumağa təlaş edir. Habelə, Ali Məqamlı Rəhbər SSRİ-nin parçalanmasından sonra Avrasiya regionuna xüsusi diqqət yetirmişdir.
Story Code: 726711
Islam Times
https://www.islamtimes.com