Azərbaycan hakimiyyətinin əxlaqsızlığı təbliğ edib, paklığa qarşı apardığı mübarizənin səbəbi
Story Code : 722671
Öz xalqına deyil nəfsini doyurmağa xidmət edən hakimiyyətə necə bir vətəndaş sərf edir: ağlı başında olub haqqını tələb edən, yoxsa ağlı müxtəlif saxta ideologiyalara qarışıb, nəfsini ləzətlərə, əyləncələrə sərf edən vətəndaş?!
Əlbəttə, ikincisi. Çünki xalq həqiqəti başa düşsə, o halda haqqını tələb edib hakimiyyətdən aşağıdakıları soruşacaq:
– Məgər 9 milyonluq xalqın içərisində yalnız bir sülalə və onun qohum-əqrəbalarından savay ölkəni idarə edə biləcək digər layiqli şəxslər yoxdur?!;
– Məgər 100-200 minlik bir rayon əhalisi arasında öz həmyerlilərinə rəhbərlik edən bir şəxs yoxdur ki, hansısa bədən tərbiyəsi müəllimini, uşaq bağçası zavxozunu, Türkiyəyə sumka daşıyan alverçini və s. Naxçıvanın ucqar dağ kəndindən gətirib, ölkəyə minlərlə alim, ziyalı və savadlı mütəxəssislər bəxş edən rayonlarının İcra Hakimiyyətlərinə rəhbər təyin edirsiz?!;
– Ölkə Konstitusiyasında – “gündəlik gəliri 80-100 manatdan yuxarı olan iş yerlərində və vəzifələrdə yalnız əslən Ermənistanlı və naxşıvanlı olan azərbaycanlıların işləməsinə” dair bənd varmı?! – Və s…
Təbii ki, öz xalqına deyil, nəfsinə xidmət edən və bu nəfsi hakmiyyətdə saxlamaqdan üçün özü kimi – nəfsini doyurmaqdan ötrü nəinki hər buyurulan əmri, hətta hər cinayəti belə yerinə yetirməyə hazır olan – insan qiyafəsində olan məxluqlardan istifadə edən bir hakimiyət üçün bu cür suallar arzuedilməzdir. Bu səbəbdən də, diqqəti əsas hədəfdən yayındırmaqdan ötrü, hakimiyyət xalqın başını müxtəlıf əyləncələr, saxta ideologiyalar, nəzəriyyələr, hərəkatlar və dini təriqətlərə qatmalıdır ki, nəfsini doyuran hökmranlığını davam etdirə bilsin.
Azərbaycan müstəqillik əldə edəndən sonra bu respublikada müşahidə edilən:
– Yüz illərlə şiə təriqətində olmuş və bütün şərəfli tarixinin, tarixi şəxsiyyətlərinin, alim və şairlərinin şiə təriqətində olduğu Azərbaycan Respublikası ərazilərində birdən-birə vəhhabilik, nursilik, krişnalıq, ibrahimilik, Yehova şahidləri və s. kimi İblisə itaət edən sionizm tərəfidən yaradılmış digər saxta dinlərin və təriqətlərin peyda olması; – Lap qədimdən hətta siqaret çəklməsinin belə ədəbsizlik hesdab olunduğu bir məmləkətdə birdən-birə narkomaniyanın vüsət alması, polisin gözü özündə narkotik vasitələrin satışının həyata keçirilməsi, amma dövlətin hüquq-mühafizə orqanlarının buna nəinki mane olmaması, hətta yayılmasına şərait yaratması (narkotik maddə alverçilərinin tam əksəriyyətinini polislə əlaqələri olan şəxslər olduğunu yəqin müşahidə edibsiz); – Əzəldən bəri toylarda müğənnilik edən qadınlara pis baxıldığı, onların əxlaqsız hesab edildiyi və qadın müğənnilərlə heç kimin ailə həyatı qurmadığı Azərbaycan Respublikasında birdən-birə Aygün Kazımovalar, Röyalar, Rəqsanələrin və s. peyda olması və gənc qızların bu cür qadın müğənniləri öz ideallarına çevirməsi; – Və s. kimi müşahidə etdiyimiz – mənəviyyat aşınmalarından xəbər verən təzahürlər, hakimiyyəti əlində saxlamağa çalışan qüvvələrin xalqı əsas hədəfdən yayındırmağa yönəlmiş xəyanətkar siyasətlərinin göstəricisidir.
Yalnız öz cibinə və onu hakimiyyətdə saxlayan xarici qüvvələrə xidmət edən Azərbaycan hakimiyyətinin ölkənin düşünən beyinlərini, həqiqi ziyalılarıni, imanlı, qeyrətli, ismətli və namuslu cavanlarını məhv etmək planını var gücü ilə hətaya keçirmək siyasətlərinin arxasında məhz yuxarıda qeyd etdiklərimiz durur: haqqını tələb edənləri məhv etmək, vətəndaşların diqqətini – hakimiyyətin öz xalqına qarşı tutduğu düşmən siyasətlərindən yayındırmaqdan ötrü ölkədə əxlaqsızlıq, narkomaniya, rüşvətxorluq, yaltaqlıq, qorxaqlıq və s. kimi çirkinlik toxumları səpmək və cücərtmək.
Hakmiyyətin haqqı deyən həqiqi ziyalılara, ağlı başında olan vətəndaşlara, dindarlara və insandan haqqını müdafiə etməyi tələb edən dinə qarşı amansız mübarizəsi yuxarıda bütün sadaladığımız məsələlərin bariz nümunəsidir.
Azərbaycan hakimiyyətinin öz xalqına qarşı murdar və alçaq mübarizə medotu isə – məhz inanclı şəxsləri ləkələmək yolu ilə məhv etməyə çalışmasıdır. Bu medotdan istifadə edən hakimiyyətin və bu siyasəti yerinə yetirən əlaqədar təşkilatların və şəxslərin nə insanlığı var, kişiliyi var və nə də qeyrəti! Bir neçə gün əvvəl hakimiyyət orqanları daha bir qeyrətli və imanlı gənci – İranın Qum şəhərində təhsil alan Cəlilabad rayon sakini, “SizinYol.com” saytının əməkdaşı, Mənəviyyat bölməsinin müxbiri Şamxal Eyvazovu şərləyərək həbs etdi.
Bir müddət əvvəl elə bu zalım rejim, xaricdə yaşayan və hakimiyyətin yeritdiyi siyasətə müxaliflik edən bir vətəndaşdan qisas almaqdan ötrü, onun valideyninin qəbrini təhqir etməklə hər bir şərəfsizliyə hazır olduğunu sübut etdi. Bu dəfə də eyni ssenaridir: Şamxal Eyvazovu – onun xaricdə yaşayan yaxın qohumunun hakimiyyətin öz xalqına qarşı yeritdiyi siyasətlə barışmaması və buna qarşı mübarizə aparmasından qisas almaq məqsədi ilə həbs ediblər. Xaricdə yaşayan müxaliflərə əli çatmayan murdar rejim, onların ölkə ərazisindəki qohumlarını şərləyib həbs etməklə öz işini bitmiş hesab edir. Amma əsas məsələni yaddan çıxarır: İlham Əliyev rejimini hakimiyyətdə saxlayan sionizm və digər İslam düşməni olan xarici qüvvələrdir. Yəni hakimiyyət bu düşmənlərin sifarişi ilə hərəkət şahidi olduğumuz cinayətləri törədir.
Azərbaycan hakimiyyətinin şərləyərək zindanlara saldığı dindar cavanların himayədarı isə Böyük olan Allahdır. Və bu cavanlar Allahın yolunu getdikləri üçün zindanlara salınırlar. Bəli, məhz Allah yolunu getdikləri üçün! Bunu sadə bir misalla sübut edə bilərik. Tutaq ki, Allah eləməmiş, Şamxal Eyvazov inanclı deyil, nəuzubillah narkoman olaydı. Sizcə hakimiyyət orqanları, xaricdə yaşayan müxalif qohuma görə narkomanı zindana salacaqdımı?! Tam əminlilə deyə bilərik ki, YOX! Deməli, Şamxal Eyvazov məhz dindar olduğu üçün, Allah yolunu getdiyi üçün həbs edilib. Yəni, hakimiyyətin davası – əslində xaricdə yaşayan müxaliflərlə deyil, məhz Allahladır. Allahla mübarizəyə qalxmaqdan AXMAQ əməl ola bilərmi? Bir məxluq nə qədər maymaq olmaqlıdır ki, Allahla mübarizəyə qalxsın? Sizcə Allahla mübarizəyə qalmış axmaq rejim nə qədər hakimiyyətdə qala bilər?! Misir Fironu, Səddam Hüseyn, Hüsnü Mübarək və s. kimi Allaha qarşı müharibə edənlər nə qədər qala bildi ki, 9 milyonluq xalqı boğaza yığan bir allahsız qəbilə də onlardan artıq qala bilsin?!..