0
Saturday 5 May 2018 - 17:54

Gülənin rəsmi saytı olan fgulen.az Azərbaycanda niyə bloklanmayıb?

Story Code : 722634
Gülənin rəsmi saytı olan fgulen.az Azərbaycanda niyə bloklanmayıb?
İslamazeri.com xəbər verir ki, qardaş Türkiyədə 2016-cı il 15 iyul tarixində hərbi çevrilişin sifarişçisi, FETO terror qruplaşmasının lideri Fətullah Gülənin rəsmi saytı Azərbaycanda bloklanmayıb.

Yüzdən çox mülkü vətəndaşın ölümünə səbəb olan, bir çox şəhərlərin infrakstrukturuna ciddi ziyan verən birinin "AZ" domeninin bloklanmasını ilk öncə "Azərbaycanda internet azaddır" kimi cavablandırmaq olar.

Lakin...

Lakin Azərbaycanda bir neçə sayt bloklanmış vəziyyətdədir ( o cümlədən islamazeri.az da bloklananlar siyahısındadır), bu fetocu liderinin saytının bloklanmaması isə qardaş ölkə ilə əlaqələrə mənfi təsir göstərə bilər.

Ola bilsin, bu sayt diqqətdən yayınıb və təsadüf nəticəsində sayt bloklanmayıb və ya bu saytın sadəcə onun rəsmi saytı deyil. onun sevənlər tərəfindən yaradıldığını da iddia edə bilərlər. Ancaq fgulen.az saytını Azərbaycanda internet xəttində yazdıqdan sonra, digər əməliyyat zamanı sayt terrorbaşı Gülənin rəsmi saytı olan https://fgulen.com -a yönlənir.

fgulen.az Abdulla Ilkin Mustafa adlı şəxs tərəfindən qeydiyyatdan keçib və http://whois.az saytlnda bu şəxs haqqında məlumatlar mövcuddur.
Source : İslamazeri
Comment