QR CodeQR Code

Arifoğlunun NÜMUNƏ anlayışına "quzu kəsim"

Nur.az.com , 30 Apr 2018 17:05

Islamtimes - İlham Əliyevə heç vaxt öz xalqına NÜMUNƏ olmaq xoşbəxtliyi qismət olmayıb


və ya İlham Əliyevə heç vaxt qismət olmayan NÜMUNƏ olmaq xoşbəxtliyi

"Yeni Müsavat"ın baş yazarı, redaktoru, təsisçisi, "xilaskarı, nümunəvi lideri" olan Arifoğlunu bundan qabaq da ayıltmışdıq. O isə qəflətdə batıb getməkdə israrla davam edir. "İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə" yazısını qəzetdə oxuyub o qədər güldüm gəl görəsən. Onun xilaskar, nümunə anlayışlarına pulum olan kimi alıb "quzu kəsəcəm"
Nə var Ermənistanda baş nazir istefa verib deyə Arifoğlu İlham Əliyevi tərifləməyə başlayıb. Əslində məqalədə bir-iki nüans diqqətimi çəkdi. Məqaləsi heç, atsan atılmaz, satmaz satılmaz. Əsil "apar tulla" sinfindəndir. Nüanslara gəlincə, bu barədə qısa yazıb keçirəm İlham Əliyevin NÜMUNƏ olma məsələsinə.
Məqalədə deyilir: "Çünki İlham Əliyev hakimiyyəti 2003-cü ildən bəri ölkənin siyasi sabitliyinə qarant kimi çıxış edir" Qəzet Arifoğlunun 2005-ci ildəki çıxışında (çıxışı yutubda "Arifoğlu – dünən və bu gün" yazıb tapa bilərsiz) saldığı şüvənliyi baltalayır. Çünki hörmətli "nümunəvi" və "xilaskar qəzetçi "ölkənin siyasi sabitliyinə qarant olan" İlham Əliyevi yıxıb sürüyürdü. Üstündən 13 il keçib tüpürdüyünü yalamaqla məşğuldur. İkinci nüans budur ki, Arifoğlu durub İlham Əliyevi bütün dünyada rüsvay edir. Çünki Sərkisyan bundan əvvəl Əliyevin erməni həmkarı idi. Prezidentlik vaxtı bitəndən sonra bizdəki kimi fırıldağ edib kürsüdə qalmadı. Baş nazir oldu. Amma çox qalmadı. Arifoğlu isə İlham Əliyevi müqayisə etməyə avropa məmləkətindən bir düz-əməlli adam tapa bilmədiyi üçün Sərkisyanla müqayisə etdi. Bu cümləni oxuyanda isə gülməkdən öldüm: "Xüsusilə bəzi hallarda siyasi məhbus və demokratiya adı altında pərdələnmiş beynəlxalq institutlar ölkəyə kənardan “demokratiya ixracı”na həvəsləndilər. Amma bu dəfə də İlham Əliyev Azərbaycanın daxili işlərinə kənardan müdaxilələrə sərt cavab verdi." Heç orta məktəbdə oxuyan şagirdə belə qəbul etdirə bilməzsiniz ki, İlham Əliyev xalqın səsiylə seçilib və xarici dövlətlərdən qorxmur. Əlbəttə qorxmur. Çünki Rusiyanın "dabrosuna" hakimiyətdə qalıb. Bu cümlədə elə biz deyəni təqribən bir başqa şəkildə deyib: "Əvvəla, Ermənistanda xalq nə yeni prezident Armen Sərkisyanı, nə də köhnə prezident Serj Sərkisyanı seçki məntəqəsinə gedərək ölkə rəhbərliyinə seçməyib." Biz də onu demək istəyirik. Demək istəyirik ki, İlham Əliyev də zəhmət çəkib karusel əməliyyatları düzəltməsin, müəllimləri təhqir edib öz çirkin əməllərinə alət etməsin. Elə Sərkisyansayağı Zahid Oruc, Sərdar Əlizadə, Qüdrət Həsənquliyev kimi deputatlarla işi həll eləsin. Onsuz da bütün parlamentdə prezident aparatının razılıq verdiyi adamlar oturur.
NÜMUNƏ məsələsi isə ağ yalandır. Heç bir həqiqəti əks etdirmir. Bilirsiz niyə? Çünki İlham Əliyevə heç vaxt öz xalqına NÜMUNƏ olmaq xoşbəxtliyi qismət olmayıb. Qabaqcadan deyim ki, biz öz dövlətimizi, vətənimizi çox sevirik. Bu vətənin, bayrağın, müqəddəs dəyərlərin, müstəqilliyimizin uğrunda canımızı verməyə hazırıq. İlham Əliyevi tənqid ediriksə bunu dövləti, vətəni, xalqı zərərverici hakimiyyətdən xilas etmək üçün edirik. İlham Əliyev və onun yarıtmaz hakimiyyəti isə nə dövlətdir, nə xalq, nə də vətən! Ancaq Arifoğlunun zehniyyətində olan insanlar İlham Əliyevi dövlət, vətən, bayraq, qanun hesab edə bilərlər. Sərkisyanın isə işğalçı, qaniçən, körpə qatili olması bütün dünyaya məlumdur. Bunu ona görə yazdıq ki, bundan sonra yazacağım cümlələr yanlış anlaşılmasın. Sərkisyanı Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi, uşaq qatili olduğu üçün lənətləyirik. İlham Əliyevi isə 15 ildir (buna 7 il də əlavə olundu) hakimiyyəti qəsb etdiyi, ölkənin 80 faiz ərazisini işğal etdiyi, yarıtmaz hakimiyyətə başçılıq etdiyi, azad insanları, haqqı deyənləri, ruhaniləri, dindarları şərləyərək həbs etdiyi, xalqı kasıbçılığa mübtəla etdiyi, uzun illərdir Qarabağın bir qarışını belə ala bilmədiyi, rüşvətxorluğu ölkənin dörd bir tərəfində yaydığı, yürütdüyü yaramaz xarici və daxili siyasətdən ötrü tənqid edirik. Digəlki insafən demək lazımdır ki, Sərkisyan qatil olsa da öz xalqı üçün İlham Əliyevə baxanda nümunəvi lider idi. Çünki ən azından adam Qarabağ müharibəsində iştirak edib. İlham Əliyev hərbi xidmətdə olmayıb. Qarabağ müharibəsində Türkiyə, Rusiya kimi ölkələrdə bizneslə məşğul olub. Sərkisyan prezident olmazdan qabaq bir neçə mühüm dövlət postlarında nazir kimi işləyib. İlham Əliyev isə prezident olana qədər yiyələndiyi bütün postlara atasının şotuna yiyələnib və prezident olub. Sərkisyan iki dövrə prezidentlik müddəti başa çatan kimi prezidentlikdən çəkildi. İlham Əliyev isə qanunu öz xeyrinə döndərib ailə hakimiyyətlərini əbədiləşdirməklə məşğuldur. Sərkisyan ona təzyiq göstərən müxalifət lideri ilə danışıqlara başlayıb, onu razı salmağa başladı. İlham Əliyev müxalifət liderlərini tez-tez öz çıxışlarında zibilliyə layiq görür. Sərkisyan müxalifətin və xalq kütlələrinin təzyiqlərini görüb geri çəkildi. İlham Əliyev 2003-cü ildə hakimiyyəti qəsb etdi, etirazçıları dubinka altına verdi. Bu günə qədər də xalq onun repressiya hakimiyyətindən əziyyət çəkir. Sərkisyana etiraz edənlər öz xalqı idi deyə onların qanını tökməyib, istefa verdi, Əliyev hər fürsətdə xalqı döydürür, zindana salır, qohum-əqrəbasına əziyyət verir. Sərkisyan düşmənə (bizə) qarşı amansızdır, Qarabağın bir qarışını da qaytarmadı. İlham Əliyev öz xalqına qarşı qəddar, Ermənistana qarşı yumşaqdır. Qarabağı bir qarışını da ala bilmir.
Qəzet deyir ki, 2003-cü ildən İlham Əliyev ölkənin siyasi sabitliyinin qarantıdır. O zaman (2005) isə Arifoğlu İlham Əliyevi sərt tənqid edirdi. Yaxşı indi necə bilək? Arifoğlu o zaman yalan deyirdi, indi düz deyir? Yox əgər indi yazdıqları doğrudursa onda deməli o vaxt yalandan boğazını yırtırdı? Beləsinə nə ad vermək olar?


Story Code: 721736

News Link :
https://www.islamtimes.com/az/article/721736/arifoğlunun-nümunə-anlayışına-quzu-kəsim

Islam Times
  https://www.islamtimes.com