QR CodeQR Code

Ərəbistan Yəməndə sionist rejiminə xidmət edir

Nur.az.com , 30 Apr 2018 01:18


Cari il mart ayının 26-da Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı müharibəsi 4-cü ilə daxil oldu. Riyad başçıları elə düşünürdü ki, çox qısa bir zamanda qələbə çalacaq və Ənsarullah qüvvələrini Yəmənin siyasi səhnəsində siləcəklər. Amma bu hərbi təcavüzdən 4 il ötdüyü bir vaxtda cəsarətlə demək olar ki, müharibəni başlayanlar özlərinin heç bir məqsədlərinə çata bilməmişdir.
Ərəbistan Yəmənə qarşı müharibədə bir sıra müsəlman və ərəb ölkələrindən kömək alaraq koalisiya yaratsa da yenə istəyinə nail ola bilmədi. Ali-Səud rejiminin arxalandığı Mərakeş, Misir və Pakistan ölkələri də müxtəlif bəhanələrlə Ərəbistana əsgər göndərməkdən boyun qaçırdı. Bu arada yalnız Birləşmiş Ərəb Əmirlikləri Yəmənə qarşı müharibədə Riyadın yanında qaldı. Əlbəttə, onun da niyyəti Ərəbistana kömək etmək deyil, Yəmənin cənubunda neft və qaz mənbələrinə yiyələnmək idi.
Bu bir neçə ildə Yəmən xalqını bombalaması və qətliam etməsinə görə, dünyanın ictimai rəyində Ərəbistanın abrının getməsi və etibardan düşməsini də onun nakamlıq siyahısına əlavə etmək lazımdır. Ərəbistan üçün yaranmış belə bir vəziyyətdə onun hələ də puç müharibəni davam etdirməsinin səbəbini bilmək daha çox əhəmiyyət daşıyır. Bu səbəbləri araşdırmaq üçün aşağıdakı mətləbləri izah edirik.
Ərəbistanın Ənsarullahı rəsmi olaraq tanımaq istəməməsi
Atəşkəsin yaranması və Yəmən-Yəmən danışıqlarının baş tutması istiqamətində ən əsas manelərdən biri Ərəbistanın reallığı qəbul etməkdən qorxması, Abdullah Saleh rejiminin devrilməsindən sonra Yəmənin siyasi balansında Ənsarullahın rol oynamasını qəbul etmək istəməməsidir. Xüsusilə də Abdullah Salehin həlak olmasından sonra Ənsarullahın bu mövqei daha da möhkəmlənmişdir.
Ənsarullah Hərəkatının təkcə Sədə əyalətində deyil, Yəmənin şimal və Ərəbistanla sərhəd bölgələrində iqtidarlı hüzuruun görmək, Sənada heç bir razılaşmanın Ənsarullah olmadan baş tutmamasını qəbul etmək Ali-Səud rejimi üçün çox çətindir.
Yəməndə Ərəbistana bağlı olan çox kiçik sayda bir qrupdan başqa, heç bir kəs, yaxud qrup, hətta “İxvani-İslam” Partiyası da Ərəbistanın qanunsuz istəkləri və tamahı qarşısında müqavimət göstərməkdən geri çəkilmədi və çəkilməyəcək də. Hamı gördü ki, Abdullah Saleh gizlində Riyadla anlaşdıqda necə tək qaldı və sonda həlak oldu. Ona görə də Ənsarullahı Yəmən xalqının iradəsinin şirəsi və simvolu bilmək lazımdır.
Amerika və İngiltərənin dəstəyi; sionist rejimin maraqlarının qorunması
Bu 4 il müddətində, istər Obama dövründə olsun, istərsə də Tramp dövründə Yəmənə qarşı müharibənin davam etməsində ABŞ Ərəbistana dəstək vermişdir. İngiltərə də ABŞ-la çiyin-çiyinə dəstəklərini əsirgəməmişdir. Riyada verilən bu mükafatlar onun Yəməndə vasitəçilik müharibəsinə və bu ölkələrlə milyardlıq silah müqavilələrinə görədir.
Bu mövzu ilə yanaşı unutmaq olmaz ki, Ərəbistan müharibənin əsas səbəbini Mənsur Hadi dövlətini himayə etmək və Yəmən sərhədlərində öz təhlükəsizliyinə görə narahatlıq adlandırsa da, bütün bunlar sionist rejimin təhlükəsizliyini təmin etmək istiqamətində baş tutur.
Əgər Babül-Məndəb boğazı qərbin əlindən çıxsa və Ənsarullah Yəməndə qətiyyətli qələbə əldə etsə, onda öz ehtiyaclarını bu boğaz və davamında Süveyş kanalı vasitəsilə təmin edən İsrailin təhlükəsizliyi üçün probelm yaranacaq, işğal edilmiş Fələstin ərazilərində Hayfa limanı faktiki olaraq istifadəsiz qalacaq. Bu məsələlərə diqqət etdikdə Ərəbistanın Yəmənə qarşı müharibəsinin səbəblərini daha yaxşı xarakterizə etmək olur, onun Təl-Əvivin maraqları və istəyi istiqamətində hərəkət etdiyini aydın görmək olur.
Nəticə
Bu günləri və Ərəbistanın öz cənub müsəlman qonşusuna hərbi təcavüzündən sonra aydındır ki, yaranmış böhranın müzakirə və anlaşmadan başqa bir çıxış yolu yoxdur. Amma bu müzakirələrin ön şərti əvvəl atəşkəs və Yəməni bombalamağa son qoymaq, sonra da Ərəbistan başçılarının Yəmənə yuxarıdan aşağı baxmasını qırağa qoymaqdır.
Yəmənin və regionun hazırkı durumu neçə il bundan öncəki vəziyyətdən çox fərqlidir, Ərəbistan və onun hamiləri istəsələr də keçmiş məntiqlə problemləri həll edə bilməzlər. Bu arada ən mühüm məsələ Yəmən xalqını tanımaq, bu ərsədə Ənsarullahı əsas və rəqibsiz oyunçu kimi qəbul etməkdir.
Belə nəzərə gəlir ki, Yəməndə baş verən hadisələr prosesi, xüsusilə də Yəmən ordusu və Ənsarullah qüvvələrinin düşmənin qarşısını ala bilən, həm də hücum xarakterli daha müasir silahlar istehsal etməsinə nail olması, gec-tez təcavüzkar Ərəbistanı Ənsarullahla müzakirəyə məcbur edəcək.

Əmir Hüseyn Rəcəbi Memar


Story Code: 721370

News Link :
https://www.islamtimes.com/az/article/721370/ərəbistan-yəməndə-sionist-rejiminə-xidmət-edir

Islam Times
  https://www.islamtimes.com