Bütün ölkə hakim ailənin “iqra” həvəsinin əsirinə çevrilib
Story Code : 720473
Formula deyilən avtomobil idman yarışları tüği-lənət olub keçib Bakı şəhərinin boğazına. Şəhərin rahatlığı pozulub. Xüsusi ilə Bakının mərkəzi küçələrində yaşayan ailələr böyük narahatlıq içindədir. Sement beton lövhələrlə mühasirəyə alınmış şəhər məktəbində yerləşən ali və orta məktəblərin tədris həyatı, idarə və müəssisələrin iş ritmi pozulub. 1961-ci il böhranından sonra Berlinin başına gələnlər son bir neçə ildir Bakının başına gəlir. Şəhərin mərkəzi küçələrinin yolları dəmir beton divarlarla əhatə olunub. İnsanlar evindən küçəyə qədəm qoyan kimi işğal olunmuş şəhər həyatı ilə qarşılaşmalı olur. Paytaxtın on minlərlə sakini işgəncə həyatı yaşayır, Əliyev rejiminin kaprizlərinin qurbanı olur. Biz idmanın əleyhinə deyilik. Amma idman deyilən şey zövq mənbəyi, insanların qəlb rahatlığının stimulu olmalıdır, işgəncə mənbəyi yox. Ölkənin özünə aid olmayan, vətəndaşının məşğul olmadığı idmana ev sahibliyi yapmasının adını qoy oxucular desin. Təkərləri özündən hündür olan bu yapalaq maşınların şütüməsini tək-tük azərbaycanlı uşaqlar pleysteyşində izləyir. Bu idmanın ölkəyə ancaq bu qədər dəxli var. Hər sentinə ölkə vətəndaşının, pensiyaçısının, əlilinin, zəlilinin ehtiyac duyduğu milyonlarla vəsaitin Formula adı ilə keçirilən bu yarışlara sərf edilməsinin bircə adı var: Qudurğanlıq. Ölkənin ərzisinin 20 faizi düşmən işğalındadır. Hər həftə cəbhədə düşmən gülləsindən əsgər həyatını itirir. Bakı küçələrini mühasirəyə alan bu beton divarlar döyüş bölgəsində səngərləri möhkəmləndirmək, əsgərin həyatın daha etibarlı qorumağa xidmət etməli halda 100 milyonlarla vəsait hesabına başa gəlmiş bu müdafiə istehkamları paytaxt sakinlərin həyatını, gününü, güzaranını cəhənnəmə çevirib. Soruşan yoxdur ki, bu yapalaq maşınlar hər tərəfdən beton istehkamlarlarla əhatə edilmiş Bakı küçələrində şütüsə nə olacaq, şütüməsə nə olacaq? Əliyevlər özlərinə imic formalaşdırmaq üçün ədədi silsilə ilə hər il davam edən mənasız formulaları ölkənin boğazına keçiriblər. Bunlar anlamırlar ki, hüdudsuz korrupsiyaları, büdcə talançılığı, tarnsmilli rüşvət şəbəkısi, ölkənin müdafiəsi üçün ayrılmış vəsaitləri natəmiz yollarla ələ keçirməklə ölkənin də, özlərinin də immigini elə dərin bir quyuya sallanıblar ki, indi həmin imici bu yapalaq maşınlarla xilas etmək mümkün deyil. Bunlar tək idmançıları deyil, belə mənasız yarışların azarkeşlərin də xaricdən gətirirlər, bunlar tək London orkestrini deyil, onun verdiyi konsertin dinləyicilərini də bu millətin pulu hesabına xaricdən gətirirlər. Yerli azarkeşi olmayan bahalı idman yarışları ilə bunlar ölkəyə göz dağ çəkirlər, öz “iqra” ehtirasların söndürürlər. Formula yapalaqlarının Qoşa qala meydanına təsadüf edən döngəsində elə bu yarışlara ilk start verilən il Qarabağ qazısı Zaur Həsənov özünə od vurub yandırdı. Hələ ki, İlham Əliyev Zaur Həsənovun yanan bədənindən ərşü-əlayə qalxan tüstünün acısını deyil, hər tərəfdən müdafiə istehkamı ilə əhatə olunmüş Bakı küçələrində şütüyən yapalaq maşınların özündən böyük təkərlərindən qalxan tüstü dumanının həvəsini yaşayır. Bütün ölkə bir ailənin “iqra” ehtiyacının əsirinə çevrilib.