1
Sunday 15 April 2018 - 12:10

"Hər kəs zalım bir şəxsin yaşamağını istəsə, onu tərifləsə..."

Story Code : 718068
"Hər kəs zalım bir şəxsin yaşamağını istəsə, onu tərifləsə..."
Günaha şərait yaradan ictimai amillərdən biri də günaha və zülmə kömək etməkdir. Çünki günahkara və zalıma etdiyi işdə kömək etmək onu öz yolunda daha da qüdrətli və sırtıq edir. Bu isə cəmiyyətdə günahın və zülmün çoxalmasına səbəb olur.
Məsələn: Hicabsızlıq ictimai bir günahdır. Başqalarının hicabsızlığa imkan yaratması bu günahın adi bir şəklə düşməsinə səbəb olacaqdır. İslam dinində zülm və günahın yayılmasına kömək etmək qadağan olunub və bu barədə çoxlu xəbərdarlıq verilmişdir. Bu haqda olan bir neçə ayəni nəzərinizə çatdırırıq:

«Maidə» surəsinin 2-ci ayəsində oxuyuruq: «Yaxşı işlər və təqva yolunda bir-birinizlə həmkaralıq edin. Günah və düşmənçilik yolunda heç vaxt bir-birinizlə həmkarlıq etməyin».

Həqiqətdə də belədir. Yaxşı işlərdə həmkarlıq olunsa və pis işlərdə həmkarlıqdan çəkinilsə, cəmiyyətdəki çətinliklərin çox hissəsi həll olar və çoxlu günahların qarşısı alınar.

«Hud» surəsinin 113-cü ayəsində oxuyuruq: «Zalımlara meylinizi salmayın, yoxsa od tutarsınız».

Yəni zalımlarla həmkarlıq etmək, dost olmaq və onların işinə qarşı razı olmaq günahdır. Onlardan uzaq olun və onlarla bütün əlaqəni kəsin.

“Ənam» surəsinin 68-ci ayəsində oxuyuruq: «Diqqətli olduqdan sonra zalımlarla oturma».

«İnsan» surəsinin 24-cü ayəsində oxuyuruq: «Onlardan kafir və günahkar olan şəxsin sözünə baxmayasan.»

Ümumiyyətlə, “sözünə baxma”, “sözünə baxmayın” və “tabeçilik etmə” kəlmələri gələn Quran ayələrində zalımlara və günahkarlara kömək etmək qadağan olunmuşdur.
Bu barədə hədislərdə də geniş bəhs olunmuşdur. Burada bir neçə hədisə diqqət yetirək:

Hər kəs zalım bir şəxsin yaşamağını istəsə, onu tərifləsə və yaxud ona təzim etsə, onun (zalımın) zülmündə şərikdir. Cəhənnəmdə isə Hamanın (tarixdə cinayətkar bir şəxsdir) kənarında olacaqdır. (Vəsailüş-şiə, 12-ci cild, 133, 134-cü səh.)

Zalım padşahdan məvacib alan (yəni ona xidmət edən) şəxs qiyamət günü donuz sifətində məhşur olacaqdır. (Biharül-ənvar, 75-ci cild, 374-cü səh.)

Zalım padşahın üzünə diqqətlə baxmaq böyük günahlardan hesab olunur. (Biharül-ənvar, 75-ci cild, 374-cü səh.)

Zalım bir şəxsin padşah olmasına razı olmaq zülmə kömək etməkdir. Allahın lənəti də belə şəxsə şamildir.

Qiyamət günü zalımlara və onlara kömək edən şəxslərə, hətta zalımlara kağız-qələm hazırlayanlara belə xitab olunar: «Birlikdə cəhənnəmə daxil olun.» (Vəsailüş-şiə, 12-ci cild, 131-ci səh.)

Zalım padşahın əmrini yerinə yetirən insan ən çətin əzabla cəhənnəmə daxil edilər. (Vasailüş-şiə, 12-ci cild, 130-cu səh.)

İmam Riza (ə) uzaq yoldan gəlmiş iki qonaqdan birinə buyurdu: Sən namazını bütöv qıl! Çünki zalım padşahın görüşünə gəlmisən.» (Çünki günah işdən ötrü səfər etmiş şəxs namazını qəsr yox, bütöv qılmalıdır).

Zalım padşahın sarayında Quran oxuyan şəxsə oxuduğu ayələrdəki hərfin hər birinə görə 10 dəfə lənət olunur. Eləcə də onun oxuduğu Qurana qulaq asan adama hər hərfinə görə 1 dəfə lənət olunur. (Biharül-ənvar, 75-ci cild, 380-cı səh.)
Source : Nur-az.com
Comment