Suriyanın şərqindəki hadisələr Ərəbistanı Yəməndə necə dizə çökürür?
Islamtimes , 7 Apr 2018 00:00
İslamtimes - Ərəbistan anlayıb ki, Yəməndə keçirilən əməliyyatlar səmərəsiz olub.
Yəmən və Suriya hadisələri, eləcə də regiondakı durumun tələbləri Səudiyyə Ərəbistanını yeni variantlar axtarmağa vadar edir. Riyaz istəməsə belə şəraitin tələblərinə tabe olmağa məcburdur.
Ovqatul-Şam informasiya agentliyi region üzrə siyasi ekspert Ənəs Vəhib Əl-Kürdinin məqaləsini dərc edib. Məqalədə deyilir: Belə görünür ki, Yəmən müzakirələrin yeni mərhələsinə qədəm qoyub.
Regiondakı hadisələr ortaya yeni tələblər qoyur. Ərəbistan anlayıb ki, Yəməndə keçirilən əməliyyatlar səmərəsiz olub. Suriyada Rusiyanın geniş miqyasda əməliyyatlara başlaması Türkiyə ilə Ərəbistan arasında yaxınlıq yaratsa da, Amerikanın mövqeyindəki dəyişikliklər yeni fikir ayrılıqlarına səbəb oldu. Nəticədə Türkiyə Suriya məsələsində Rusiya ilə ittifaqa girdi, Ərəbistanla və Əmirliklə münasibətləri pozuldu. Belə bir şəraitdə təbii ki Ərəbistan üçün Yəməndə əməliyyatları davam etdirmək asan olmayacaq.
Story Code: 716104