İslaminSesi bildirir ki, dünən sabah ABŞ Çinin 130 məhsuluna 25% vergi qoymaqla və buna Çinin də 11 saat sonra 106 ABŞ məhsuluna həmin cavabı verməklə dünya birjaları çökdü. ABŞ və Çinlə yanaşı bütün dünya birjaları bu hadisənin kölgəsinə düşdü. Dollar avrodan gerilədi, yuan həftənin ən kritik məzənnəsini yaşadı və dünya birjaları itirdi.
Bəs əslində nə baş verir?ABŞ prezidenti Donald Tramp Çinə qarşı olan 375.2 milyard dollarlıq ticarət açığından çox narahatdı. Tramp bu açığı qapatmaq üçün cəhd edir. Lakin bu hələ də mümkün görünmür. Mütəxəssislər bildirirlər ki, ABŞ-ın həmləsi Amerika ixracatında 506 milyard dollar dəyərində olan malların 2,5 maliyyə artışı ilə 12,5 milyar dollarlıq təsirə malikdir.
Lakin Çinin vergi qoyduğu mallar isə simvolikdir. Məsələn, təyyarə, soya paxlası viski kimi məhsullardır.Yəni Çin hələ tərpənməyib. Analitiklər Çinin istiqraz bazarını vurmasından təlaşlanırlar. Dünyada ABŞ istiqrazlarına ən çox malik olan ölkə Çindir. 1 trilyon 168 milyar dollarlıq istiqraz Çinin əlindədir. Çin o kartdan istifadə etsə sadəcə olaraq dəhşət yaşanacaq.
Tramp prezident olduqdan sonra birjalarda qorumaçılıq populyarlaşdı. Nəhayət növbə Çinə çatdı. ABŞ ilk öncə polad istehsalına vergi gətirdi, daha sonra yeni bir siyahı hazırladığını elan etdi.İstiqraz məsələsində Meksa Strateji Araşdırmaçısı Zeynəb Balçı baş verəcəkləri belə izah edir: "Yaşananlar hələ bu müharibənin ilk mərhələsidir. Əgər Çinlə ABŞ arasında ticarət müharibəsi qızışsa görəsən Çin əlindəki istiqrazları azaldacaq? Bu hal maliyyə birjaları üçün daha zərərli ola bilər. Xatırlayırsınızsa əgər Çin təkzib edənə qədər yanvar ayında media və birjalar istiqraz xəbəri ilə silkələnmişdi. Hazırda hər iki ölkə bir-birindən asılıdır. Bu halın ticarət müharibəsindən çıxıb maliyyə müharibəsinə çevrilməsi elə də asan deyil".
Beynəlxalq birjaların dünənki halı isə dəhşətverici oldu: Türkiyədə lirə 4 dollar bahalaşdı, İstanbul birjası itki ilə bağlanıb. Eyni vəziyyət ABŞ, Yaponiya və Fransa birjalarında da yaşanıb.
Hazırda ABŞ-ın Çindən aldığı malların sıyahısı
Nüvə reaktorları
Torium və uran
Aliminum
Qaz trubinləri
Soba
Hava və qaz mayeləşdirici aparatlar
Laktik maya
Bəzi dərmanlar və peyvəndlər.
Çinin siyahısı:Soya paxlası
Qarğıdalı və qarğıdalı unu
Makaron üçün buğda
Təzə və soyuq inək əti
Tütün, siqar və siqaret.
Dondurulmuş portağal suyu
Viski
Müxtəlif avtomobillər və yük maşınları
45 kilodan yüngül təyyarələr.