İlham Əliyevə heç nə deməyin, əvəzində Hacıbalanın yeddi arxa dönənini...
Nur.az.com , 30 Mar 2018 23:27
İslamtimes - Saxta müxalifət özünü hey müxalifət kimi göstərməyə, hökümətdən narazı imiş kimi aparmağa çalışsa da...
Həqiqi müxalifəti Cəmil Həsənli birləşdirir, saxta müxalifəti parçalayırdı
Bu il prezidentliyə namizədlik verən insanların demək olar hamısı – bir nəfərdən savay – ötən seçkilərdə də namizədlik vermişdi. Onların budəfəki çıxışlarına baxanda adamda belə bir fikir formalaşır ki, onlar ötən seçkilərdə hökümətin əleyhinə sərt tənqidlər deyəcəkdilər, amma Cəmil Həsənli buna imkan vermirdi. Əslində iqtidar Cəmil Həsənliyə təşəkkür etməlidir ki, orada Zahid Oruc, Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Araz Əlizadə kimilərin oxlarını hədəfdən yayındırırdı. Bu mənada ki, bu dəfəki seçkilərdə olduğu kimi ötən seçkilərdə də höküməti sərt tənqid etmək istəyən "müxalifət" Cəmil Həsənlinin İlham Əliyevə ünvanladığı tənqidləri eşidib İlham Əliyevin müdafiəsinə qalxırdılar. Zira bildiyimiz kimi hazırda Azərbaycanda iki müxalifət mövcuddur. Biri həqiqi müxalifətdir ki, iqtidar əleyhinə alovlu çıxışlarına, mitinqlərinə ara vermir, hər fürsətdə iqtidarın yarıtmaz siyasətini tənqid atəşinə tutur. İkinci müxalifət isə saxta müxalifətdir ki, ərsəyə gətirilməsindən məqsəd Milli Şuradan fikirləri yayındırmaqdır. Bunu anlamaq çox sadədir. Məsələn Milli Şurada təmsil edilən müxalifətçilər iqtidarı başından tənqid edirlər. Amma müxalifətə alternativ olaraq yaradılan və Zahid Orucdan, Hafiz Hacıyevdən, Qüdrət Həsənquliyevdən, Araz Əlizadədən, Razi Nurullayevdən ibarət olan saxta müxalifət isə icra başçılarına və baş nazirə qədər tənqid etməyə qalxsalar da İlham Əliyevə bir söz deməyə özlərində heç cür cürət tapa bilmirlər. Əslində "tapa bilmirlər yox", onlar məhz İlham Əliyevi tərifləmək üçün yaradılıblar. Halbuki baş naziri də, digər nazirləri də, icra başçılarını da İlham Əliyev şəxsən təyin edir. Saxta müxalifət isə özünə yaxşı üslub tapıb. Kimi gəldi danlayırlar, Hacıbalanı, Artur Rəsizadəni, icra başçılarını itdən əksik edirlər, amma onları təyin edən şəxsə heç nə demirlər.
Əvvəlki seçkilərdə də belə hallar çox baş verib. Milləti elə bu vəziyyət bezidirb. Ölkənin iki müxalifət lideri olan İsa Qəmbərlə Əli Kərimli mübarizəyə birgə atılanda insanlarda inam əmələ gəlirdi. Bəzən bu müxalifətçilər seçkilərə blok, təşkilat şəklində gedirdilər. Bəzən isə hansısa namizəd tapılıb səsləri parçalamaqla məşğul olurdu. İndiki "müxalifətə" baxanda sanki adam belə düşünür ki, onlar bir olub höküməti tənqid edəcəkdilər, amma Cəmil Həsənli hər dəfə danışanda hökümət bir qıraqda qalır, başlayırdılar Həsənli əleyhinə danışmağa. Ya da belə deyək ki, bütün bu saxta müxalifət İlham Əliyevi müdafiə etməkdən ötrü meydana çıxmışdı. İndi ötən seçki təşviqatı kompaniyasında Həsənlinin dediyi sözləri Zahid Oruc, Hafiz Hacıyev, Araz Əlizadə deyir. Amma nə qədər səmimi görsənməyə çalışsalar da saxtakarlıqları tez özünü biruzə verir.
Əlbəttə bu ssenarini düşünürəm ki, Prezident Aparatı özü bu cür yazıb, Zahid Oruc, Hafiz Hacıyev, Razi Nurullayev, Araz Əlizadə kimi aktyorlar isə öz vəzifələrini yerinə yetirir. Ssenari bundan ibarətdir ki, İlham Əliyevə heç nə deməyin, bunun əvəzində Hacıbalanın yeddi arxa dönənini, Abid Şərifovun, Əli Həsənovun, Artur Rəsizadənin ənkə böyüyünü də söyə bilərsiz. Təbii ki, bu da birdən birə meydana çıxmayıb. İcra başçıları, məmurlar, nazirlər nə karədirlər ki, onlar öz sahələri üzrə xalqa xidmət göstərsinlər. Həmçinin deputatlar da bu qəbildəndir. Hətta əgər xalqa xidmət etmək bu cür insanların xislətində olsaydı belə onların qulağından tutub atacaqdılar bayıra. Bütün güclərini xalqı əzməyə istiqamətləndirən bu hakimiyyət gözəl bilir ki, icra hakimlərindən bezən insanlar sonda prezidentə müraciət etməli olacaq. Beləliklə də prezidentə imic qazandırmağa çalışırlar. Xalq da gözəl başa düşür ki, bu insanları təyin edən prezidentdir, amma çarə yoxdur, icra başçılarının kələyindən canlarını qurtarmaqdan ötrü Prezidentə müraciət edir, dərdlərini deyirlər.
Bununla da saxta müxalifət özünü hey müxalifət kimi göstərməyə, hökümətdən narazı imiş kimi aparmağa çalışsa da heç vaxt təbii çıxmır, adları ancaq iqtidar yaltaqları kimi çəkilir. Bununla da Milli Şuranın ötən seçkilərdə həqiqi müxalifəti birləşdirdiyinin, saxta müxalifəti isə parçaladığı görürük.
Story Code: 714793