Türk işğalını durdurun !"Yeni osmanlı imperatoru" indidə İraqa soxulmağa hazırlaşır
http://az.truthngo.org , 26 Mar 2018 17:48
İslamtimes - ABŞ-ın göndərdiyi silahları PKK-ya ötürən Ərdoğan indi isə onlara qarşı “mübarizə aparır”…
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ötən axşam etdiyi çıxışında PKK terrorçularının İraqın Şimalındakı Sincar və Kandil rayonlarından çıxmayacaqları təqdirdə İraqa daxil olaraq orada bu terrorçulara qarşı əməliyyat keçirəcəklərini elan edib.
O, PKK terror təşkilatının Mənbijə (Suriyanın şimalı) girdiyi 2016-cı ildə Barak Obamanın dövründə, ABŞ başçılarından, xarici işlər və müdafiə nazirlərinə, milli təhlükəsizlik müşavirlərindən baş qərargah rəislərinə qədər hər səviyyədə verilən sözləri xatırladıb və qeyd edib ki, “Rəhbərlik dəyişə bilər, amma dövlətdə davamlılıq əsasdır. Bunun üçün Amerika bir an əvvəl Mənbijin nəzarətini terror təşkilatından alıb, regionun həqiqi sahiblərinə təhvil verməlidir. Əgər terror təşkilatı buradan çıxardılmasa, onda bu işi bölgə xalqı ilə birlikdə biz görmək məcburiyyətində qalarıq.”
Ərdoğan, eyni vəziyyətin İraqın şimalındakı PKK terrorçularına şamil olduğunu və onların Qandil və Sincar rayonlarından dərhal çıxarılmayacağı təqdirdə bu işi şəxsən görmələrinin qaçılmaz olacağını bildirib.
O, çıxışında həmçinin Suriyanın şimalındakı Afrində kürd separatçılarını təmizlədikdən sonra bu işi Təl Rıfat rayonunda da edəcəklərini açıqlayıb. Hər üç əməliyyat ölkələrin suverenliyinin qorunması əsasında keçiriləcək.
Story Code: 714042