"Exo" qəzetində "Novruz bayramı, "süni toyuq yumurtaları və düyü" Azərbaycanda" sərlövhəli məqalə oxumaq olar.
Müəllif qida təhlükəsizliyi məsələsini Azad İstehlakçılar Birlyinin (AİB) sədri Eyyub Hüseynovla gündəmə daşıyır.
Müəllif son zamanlar Azərbaycanda sosial şəbəkə istifadəçiləri və yerli forum fəallarının belə bir video-çarxı sosial şəbəkələrdə geniş tirajladığını bildirir:
"Vətəndaşlar düyüdən hansısa yemək hazırlamaq istəyir, düyü qəfil əriyir və ya bişmiş yumurta anlaşılmaz plastik məmulata çevrilir. Bu video-çarxlarla bağlı minlərlə vətəndaş şərhlərində onların da belə hallarla rastlaşdıqları deyir, həm də bu "süni toyuq yumurtaları və düyü"nun paytaxtın məşhur supermarketlərindən alındığı iddia edilir".
Azad İstehlakçılar Birlyinin sədri Eyyub Hüseynov da belə halların olduğunu təsdiqləyir: "Təəssüf ki, yerli bazarda saxta məhsullar çoxdur və onlar ölkənin aparıcı supermarketlərində satılır. Məs, kim tənbəllik etmirsə "İvanovka" firmasının adı ilə məhsul satır, amma bu məhsulların adı çəkilən firmaya hər hansı aididyyatı yoxdur".
Onun fikrincə, saxta məhsullar aşkar olunduqda Qida Təhlükəsizliyi Agentliyi belə məhsulların ləğvi zamanı media mənsublarını da dəvət etməlidir ki, həmin məhsulların "hansısa satış nöqtəsinə getməsi" barədə söz-söhbət olmasın.
E.Hüseynov Novruz bayramı ərəfəsində təşkil olunan yarmarkaların fəaliyyətini də dəyərləndirərək onların təşkilini diqqəti qiymətə nəzarətdən yayındırmaq manevri hesab edir.
QHT sədri bayram ərəfəsində təşkil olunan yarmarkalardakı qiymətlərin bahalığından da şikayət edir və deyir ki, dövlət fermerə yetişdirdiyi kartofu hansı qiymətə satmasını diqtə edə bilməz.
Eyni zamanda E.Hüseynov haqqında danışılan yarmarkaları rəsmi qurumların təşkil etdiyini vurğulayaraq burada qiymət bahalığını hansısa rəsmi qurumun yaratdığını bildirir.
E.Hüseynova görə, yarmarkalarda qiymətlərin baha olması ilə yanaşı, daha bir problem satılan məhsulların çoxunun keyfiyyətinin aşağı olmasındadır.
AİB sədri indiki qiymət bahalığı şəraitində bayram süfrəsi hazırlanmasının vətəndaşa neçəyə başa gəlməsi barədə də danışır.
E.Hüseynova görə, 4 nəfərdən ibarət azərbaycanlı ailəsinə ortabab Novruz bayramı süfrəsi hazırlaya bilməsi üçün ən azı 200 manat lazımdır.
AİB sədri deyir ki, bu məbləğ ancaq Novruz bayramına aid bişintlərə dair məbləğdir, digər ərzaq məhsullarına aid deyil.