QR CodeQR Code

İbadətin ləzzətini dadmaq üçün nə edək?

Nur.az.com , 9 Mar 2018 20:51

İslamtimes - İnsan namaz vaxtı öz ətrafına dəmirdən, tikanlı simdən “hasar” çəkməlidir


Möhsün Qərəvian nəql edir: Ayətullah Behcətdən soruşdum: “Ağa ömrümüz keçdi, amma indiyə qədər ibadətlərimizdə, xüsusilə də namazlarımızda bir ləzzət hiss edə bilməmişik. Sizcə nə edək ki, məsumların buyurduqları ibadətin ləzzətini azacıq da olsa biz də dadaq?”
O, zikr və duaya məşğul olduğu halda başını qaldırıb mənalı bir ifadə ilə mənə baxdı. Sonra–bu hamımızın mübtəla olduğu bir dərddir–deyə buyurdu.
–Ağa, hər halda dərəcəsi var, aşağısı–yuxarısı var; nisbi bir məsələdir; bəziləri–sizin kimi–ali mərtəbəyə sahibdir. Amma bizim heç nəyimiz yoxdur. Biz nə edək?
–Bəlkə də mən sizin dərəcənizin təmənnasındayam!
–Ağa, təvazökarlıqdan keçib, bu bir həqiqətdir ki, deyirəm.
O yenə də xüsusi təvazökarlıqla: Mən də sizin kimiyəm–dedi.
Çox israr etdikdən sonra nəhayət buyurdu: Namazdan həzz almaq üçün bir-neçə miqəddiməyə diqqət yetirmək lazımdır. Onlardan bir hissəsi namazın xaricindədir (namazdan qabaq), bir hissəsi isə namazın özündədir. Namazdan qabaq diqqət yetiriləsi və əməl ediləsi məsələ budur ki, insan günah etməsin, qəlbini qaraltmasın. Günah ruhu qara dumana bürüyür, qəlbin nurunu aparır. Namaz vaxtı diqqət ediləsi məsələyə gəldikdə isə insan namaz vaxtı öz ətrafına dəmirdən, tikanlı simdən “hasar” çəkməlidir ki, Allahdan qeyrisi ora daxil ola bilməsin. Allahdan başqa bütün şeyləri fikrindən çıxarmalıdır. Zehnini Allahdan qeyri heç bir şeyə məşğul etməməlidir. Əlbəttə, qeyri-ixtiyari olaraq fikri bir yerə getsə eybi yoxdur. Amma elə ki, iltifat tapıb diqqətini cəmlədi, Allahdan qeyrilərini qəlbindən çıxarmalıdır. (“Dər məzhəre büzürqan”, Möhsün Qərəvian, c. 2, səh. 69-70)


Story Code: 710200

News Link :
https://www.islamtimes.com/az/article/710200/ibadətin-ləzzətini-dadmaq-üçün-nə-edək

Islam Times
  https://www.islamtimes.com