QR CodeQR Code

Türkiyənin Afrin əməliyyatından öncə Rusiyanın YPG-yə etdiyi təklif rədd edilibmiş - TƏFƏRRÜAT

Islamazeri , 22 Jan 2018 10:38

İslamtimes - Türkiyə tankları Suriyanın Afrin bölgəsinə daxil olub və "Azad Suriya ordusu" müxalifət birləşmələrinə dəstək göstərir.


İslamazeri.com xəbər verir ki, Türkiyənin Afrin əməliyyatına Rusiyanın nyə müdaxilə etməməsinin təfərrüatları məlum olub.

Belə ki, Suriya ərazisində fəaliyyət göstərən "Demokratik Cəmiyyət uğrunda Hərəkat"ın üzvü Aldar Xəlil bu haqda mediaya açıqlama verib. Onun sözlərinə görə, Rusiyanın Afrindəki YPG rəsmilərinə etdiyi təklif qəbul olunsaymış, Türkiyə bu əməliyyatlara başlaya bilməyəcəymiş.

Kürd mediasının bildirdiyinə görə, Aldar Xəlil bu haqda deyib: "Ruslar bizə təklif etdilər ki, əgər Afrini Suriya rejiminə (Bəşər Əsədin nəzarətindəki hökümətə) versəniz, Türkiyə Ordusunun hücumunu dayandıracağıq."

"Demokratik Cəmiyyət uğrunda Hərəkat"ın üzvü Aldar Xəlilin sözlərinə görə, bu təklif rədd edilib və YPG bildirib ki, kürd qüvvələri Afrini müdafiə edəcəklər.

Qeyd edək ki, YPG komandiri Bahət Abdu Türkiyənin hücumundan əvvəl açıqlama verərək, Bəşər Əsəd rejiminin Afrinə qayıtmasına izin verməyəcəklərini bildirmişdi.

Onu da qeyd edək ki, YPG yaydığı bəyanatda Rusiyanı sərt tənqid etmişdi. Bəyanatda deyilirdi: "Beynəlxalq güclərin, başda Rusiyanın, hansıki Afrində rus əsgərləri də var - onların razılığı olmadan bu hücumların həyata keçməsi mümkün olmadığını yaxşı bilirik. Buna görə də, bu hücumlardan və həyata keçən qətliamdan, Türk dövləti qədər Rusiya da məsuliyyət daşıyır. Afrin Xalq Müdafiə Birlikləri komandanlığı vətənpərvər xalqımıza, bütün Şimali Suriya və Afrin sakinlərinə çağırışımız budur; Türk dövlətinin oyunları ilə məğlub olmayacağıq. Bu günə qədər görüldüyü kimi, heçbir şəkildə Afrin xalqı yerini tərk etmədi və düşmənin planlaşdırdığı kimi Afrini tərk etməyəcək.


Story Code: 698806

News Link :
https://www.islamtimes.com/az/article/698806/türkiyənin-afrin-əməliyyatından-öncə-rusiyanın-ypg-yə-etdiyi-təklif-rədd-edilibmiş-təfərrüat

Islam Times
  https://www.islamtimes.com