“20 Yanvar” faciəsi – Heydər Əliyevin hakimiyyətə gətirilməsi və İsrailin neftlə təmini üçün törədildi
Story Code : 698530
Söhbət – Azərbaycanı sionizmə tabe edə biləcək ən “bacarıqlı” şəxsin – Heydər Əliyevin hakimiyətə gətirilməsi və İsrailin Azərbaycan nefti ilə təmin edilməsi mexanizmindən gedir ki, hadisələrin gedişatına qısaca nəzər salmaqla bunun şahidi olmaq olar.
20 Yanvar hadisəsinə qədər harda olduğunu heç kim bilməyən və çoxdan unudulan Heydər Əliyev, 20 Yanvar günü – hazırda Azərbaycan Respublikasında hakimiyyətdə olan bir qrup şəxsin (məsələn, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi və sözü gedən şöbənin müdiri Əli Həsənov kimi) müşaiyəti ilə Azərbaycan SSR-nın Moskvadakı səfirlyində peyda olur, heç kimə lazım olmayan kommunist biletini cırır, sionist Mirzə Xəzər kimni yəhudilər Heydər Əliyevin bu addımını var-gücü ilə “Azadlıq radiosu”nda reklam edir, Heydər Əliyevdən müsahibələr alaraq onu xalqa “ürək yrandıran rəhbər kimi” təqdim edir və s. Sionizm, bu kimi addımlarla, 1986-cı ildə siyasi koryerası bitmiş Heydər Əliyevi yenidən siyasi səhnədə dirildir.
Amma kommunist rejiminin dağıdıldığı də kommunist “işğalından” yenicə azad olacaq Azərbaycana birbaşa olaraq bir nömrəli kommunisti rəhbər kimi gətirmək qeyri mümkün idi. Çünki xalq: “Biz kommunizmdən və Moskvanın işğalından xilas olmaqdan ötrü “20 Yanvar” kimi faciə yaşayıb şəhidlər verdik, yenidən Moskvadan gətirilən kommunistin hakimiyyətdə nə işi var?!”, – deyə sual edəcəkdi. Bu səbəbdən də hakimiyyəti yalancı “xalq nümayəndələrinə”, yəni AXC-yə vermək lazım idi . Onlar da öz növbələrində ölkəni elə günə qoymalı idilər ki, xalq – hətta “Şeytanın belə onlara prezident seçilməsinə” razı olsun, təki bu “vəhşilər” dəstəsi (AXC) hakimiyyətdən getsin. AXC ölkədə hərc-mərclik yaratmaqla sionizmin öhdəsinə qoyduğu vəzifərləri layiqincə yerinə yetirirdi: “Boz Qurd” adlı lotular dəstəsi Bakı küçələrində və Azərbaycanın rayonlarında reketlik edir, xalqın pullu nümayəndələrini soymaqla camaatın əlindəki pulları alırdılar ki, ölkəyə taxıl gətirib sata biləcək pullu olmasın və ya kimsə – pullarının üzə çıxacağından qorxaraq buna cürət etməsin. Beləliklə də AXC xalqı bezdirmək üçün mühüm olan və öhdəsinə qoyulan iki vəzifəni yerinə yetirdi:
1) Xalqın təhlükəsizliyini pozaraq, onların təhlükəsizliyinə zəmanət vermədiyini camaata çatdırdı. AXC xalqı hətta küçələrdə, avtobus və metrolarda tutaraq cəbhəyə göndərməklə hədələyirdi və göndərirdi də. Ölkədəki təhlükəsizliyin pozulmasının pik nöqtəsi isə Surət Hüseynovun AXC-yə qarşı qondarma “Gəncə qiyamı” idi və bu oyun xalqı – “Azərbaycanın güya parçalanacağı” ilə hədələməyə hesablanmışdı. Bu hadisə Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün son addım oldu.
2) Ölkədə aclıq yaratdı. AXC hakimiyyəti xalqı qara çöərəyə belə möhtac etdi. İş o yerə çatmışdı və ölkədə unu elə qıtlaşdırmşdılar ki, Bakıda bişirilən çörək qatar və avtobuslarla ucqar dağ kəndlərinə qədər gedib çıxırdı. Çünki oralarda çörək bişirmək üçün un və taxıl yox idi. AXC unu Bakıda saxlayır və ciddi nəzarətlə, “yolçu payı” halında xalqa verirdi.
Belə bir şəraitdə xalq, yuxarıda dediyimzi kimi, hətta Şeytanın özünün belə hakimiyyətə gəlməsinə razı idi, o ki qala kommunist Heydər Əliyev ola!.. Və elə də oldu: içki düşkünü və psixi xəstə olan Əbüfəz Əliyev öz yarıtmaz komandası ilə hakimiyyətdən biabırçı şəkildə qaçdı və Heydər Əliyev xalqın boynuna minnət qoya-qoya hakimiyyətə gətirildi.
Heydər Əliyevin hakimiyyətə gələndən sonra atdığı ilk ən böyük addım – Azərbayan xalqının sərvətlərinin “Əsrin Kontraktı” adı altında sionizmə tebe edilməsindən ibarət oldu. Hazırda İsrailin neftə olan tələbatının 40%-nin Azərbaycan xalqının nefti ilə təmin edilməsi və Azərbaycan neftinin ən böyük alıcısının məhz İsrail olması yuxarıda dediklərimizin əyani sübutudur.
Bəli, dünyəvi siyasət bu cür iyrəncliklərdən ibarətdir: “20 Yanvar”la başlayan xalqın əzəmətli mübarizəsi, İsrailin neft ehtiyyacının təmin edilməsi ilə nəticələnir…