0
Thursday 18 January 2018 - 00:35

Sanki Qarabağı İran işğal edib

Story Code : 697915
Sanki Qarabağı İran işğal edib
İranda fitnəkarların çıxartdığı oyunlar İran xalqından əlavə həm də Azərbaycanda yaşayanlar üçün bir imtahan oldu. Dost, qardaş, qonşu ölkənin uğurlarına sevinib, xəsarətində kədərlənən insanlar bir daha İran xalqına dəstək oldu. Amma "maskası" cırılanların birinci dəfə deyildi ki, "maskası" cırılırdı.
Ölkəmizdə bir para pantürk, İslama nifrət edən, şovnist başladı İran əleyhinə danışmağa. Məsələyə şərh verən kim, İranı "dağıdan" kim, "alıb türklərə verən" kim, "Böyük Azərbaycan" quran kim, Qüdrət Həsənquliyev kimi Bütöv Azərbaycan qurmaq xəyallarıyla yaşayan kim. (Adam partiyasına bəlkə 100 nəfər üzv edə bilmir, bütöv Azərbaycandan danışır)

İran iğtişaşları zamanı bəzi vətənşüvənlər heç fürsəti fövtə verməyib Qarabağı tez-tez xatırladılar. İran ermənilərə yardım edir, Qarabağın açarı İranın əlindədir, o istəsə Qarabağı alıb bizə verər, İran Ermənistanla əlaqələri kəssə Ermənistan çökər və s. və i.a. İşin ən pis tərəfi budur ki, bir dəstə insanımız özünü çox ağıllı hesab edir. Bunların başında Hüseynbala Səlimov kimi adamlar dayanır. Deməli bu insanlar düşünür ki, İran Ermənistanla əlaqələri kəsəcək, Ermənistan iqtisadiyyatından tutmuş, siyasətinə qədər iflasa uğrayacaq, sonda təslim olub Qarabağı qaytaracaq, şərəfsiz Zori Balayan damarlarını doğrayacaq, Sarkisyanın ürəyi partlayacaq, Terpetrasyan intahar edəcək və s. Dəhşətlisi budur: bütün bunlardan sonra Hüseynbala Səlimovlar yenə başlayacaq İranın əleyhinə danışmağa.

Əlbəttə, İran regionda söz sahibi ölkələrdən biridir. Amma görünür nə Ermənistan nə də Azərbaycan tərəfi Qarabağın həllini İrana tapşırmaq istəmir. Çünki belə olmasaydı indi ATƏT ölkələri (Rusiya, Fransa, Amerika) deyil, İran məsələni həll etmək, torpaqları almaq üçün dəvət edilərdi. Ermənistan cəhənnəm, Azərbaycanda da İranın vasitəçi olmasını istəməyən qüvvələr var.

Yenə köhnə sözlər, fikirlər, təkliflər, "alimlər", ekspertlər gündəmdədir. Yenə başlayırlar ki, ay nə bilim erməni diasporası güclüdür, ABŞ-ın özünü belə ermənilər idarə edir, azərbaycanlıların həmrəyliyi yoxdur, BMT satqındır, NATO alçaqdır, Avropa şurası "maşşennikdir" və s. Amma danılmaz bir həqiqət var. O həqiqət bundan ibarətdir ki, biz Qarabağı almaq üçün nə ATƏT-ə, nə BMT-yə bel bağlamalı deyil idik. Bəyənmədiyimiz İran bu mövzuda bizə nümunədir. Nə ABŞ-ı, nə İsraili, nə BMT-i, nə NATO-nu, nə də Avropa şurasını vecinə almır, it yerinə qoymur.

Ola bilər bizim pantürklər, anti-islamçılar, kommunistlər İslamı bəyənməsin. Amma vicdan, insaf yaxşı şeydir. Gərək düşmən kimi görsələr belə kişi kimi düşmənçilik etsinlər. Kişi kimi düşmənçilik edənlərin bir xüsusiyyəti budur ki, onlar düşmənin yaxşı xüsusiyyətini dəyərləndirə bilirlər. İran Hüseynbala Səlimovun, Xalid Kazımlının, Xaliq Bahadırın, Həsənquliyev, Arif Hacılının düşməni ola bilər, onlara heç kim İrana "dost de" söyləmir. Amma həqiqətən torpaq almaq istəyən vicdanlı insanlar igidlik, mərdlik, kişilik kimdə varsa baxıb ibrət almalıdır.

Bəs biz İrandan necə ibrət ala bilərik? İran dövləti İslam İnqilabından sonra İraqla 8 illik müharibə şəraitində yaşadı. Bizim kimi zahirdə yox, sözün həqiqi mənasında. Gündə ölü, yaralı, partlayış, əsir düşmək, dövləti, vətəni itirmək təhlükəsi gördülər. Beynəlxalq şər güclərin "tırkasına" gedən Səddam İranın İraqa yaxın olan məntəqələrini işğal etmişdi. BMT araya girib sülh bağlamaq istədi, amma İran nə dedi? Dedi bir şərtlə sülhə razı olarıq, işğal olunmuş torpaqlarımızı Səddam qaytarmalı, sərhədlərimiz yenə əvvəlki yerdən təyin edilməlidir. Vəssalam. Buna deyərlər vətən qədri bilmək, "itə atıb yada satmamaq". Elə də oldu, beynəlxalq şər güclərin maşası olan Səddamın qulağını necə burdularsa müharibədən əl çəkdi, sərhədlər də əvvəlki vəziyyətinə qaytarıldı. Bundan ibrət götürmək lazımdır. Çünki bir insan toraplarına qanı bahasıyla sahib çıxan bir xalqı alqışlamır, ondan ibrət almırsa, onun vətənşüvənliyi həyasızlıq etməkdən savay bir şey deyil.

Amma bizimkilər nə edir? Beynəlxalq şər güclərin dağıda bilmədiyi İran sərhədlərini Naxçıvan tərəfdən dağıdır, həmin günü "Dünya azərbaycanlılarının həmrəylik günü" elan edib bayram edirlər. Halbuki dünya azərbaycanlıları həmrəy olsaydılar Qarabağ əlimizdə olardı. Kişi kimi İranın gücünü etiraf etmək və ibrət almaq lazımdır.
Source : Nur.az.com
Comment