QR CodeQR Code

Böyük müharibə başlamaqla Qüds etirazlarını dayandırmaq istəyirlər

Nur.az.com , 19 Dec 2017 00:25

Islamtimes - Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsi və Amerika səfirliyini Qüdsə köçürməsi ilə bağlı qərar verməsinin ardınca fələstinlilərin bu qərara etirazları səngimək bilmir.


Sionist rejim qırıcıları da Qəzzədən sionist şəhərciklərinə raket atılmasını bəhanə gətirərək, Qəzzənin bir sıra bölgələrini bombaladılar.
Həmasa bağlı Əl-Qassam briqadaları bəyanat yaydılar ki, işğalçıların bu təcavüzlərinin cavabı veriləcək.
Qəzzə və Təl-Əviv arasında yaranmış gərginliyə və İsrailin qarşıda tutduğu senariyə toxunan israilli ekspert Yusi Yehuşe qeyd edir ki, İsrailin Qəzzəyə son hücumundan üç il ötür. Bu müddət ərzində işğal edilmiş ərazilərə Qəzzədən 40 raket atılmışdır və bu rəqəmin yalnız 15-i son bir həftəyə aiddir. Belə çıxır ki, İsrail Həmasın qarşısını ala bilməkdə acizdir və çox zəifləyib. Bunun müqabilində isə Həmas raket hücumunu dayandırmaq niyyətində deyil.
İsrailin “dəmir günbəz” raketdən müdafiə sisteminə malik olmasına baxmayaraq Təl-Əvivin Həmasın raket hücumlarına reaksiyası çox məhdud və az olmuşdur. Bu da Təl-Əvivin Həmasa qarşı cəbhə açmaq istəmədiyini ortaya qoyur.
Ekspert vurğulayır: “Yeni bir müharibəyə girmək nə İsrail, nə də Həmas üçün maraqlı olmasa da, İsrail təhlükəsizlik baxımından müharibənin olmamasına daha çox maraq göstərir. Belə bir şəraitdə lazımdır ki, Təl-Əviv Həmasın raketləri qarşısında daha çox dözüm göstərsin. Lakin indiyə kimi belə olmayıb”.
Ekspert əlavə edib: “Belə çıxır ki, Təl-Əviv 2014-cü il iyun müharibəsini hələ də düzgün araşdırmayıb. Ona görə də keçmiş olayları diqqətlə araşdırması, ondan ibrət alaraq Həmasla yenidən müharibəyə girməməsi tövsiyə olunur”.
Digər tərəfdən Fələstinin siyasi məsələlər üzrə eksperti Hani Albasos belə düşünür ki, iki mühüm amil: biri Benyamin Netanyahunun öz siyasi həyatını təhdid edən korrupsiya işinə görə irəli qaçmaq istəməsi, digəri isə Qüds işğalına görə gərginlik və qarşıdurmanın Qəzzəyə çəkməyə cəhd edilməsi– sionist rejim kabinetinin Qəzzədə Həmasla müharibəyə girmək üçün bəhanə axtardığını göstərir.
Ona görə də qarşıdakı gün və həftələrdə Təl-Əvivin Qəzzədə müqavimət əleyhinə hava hücumlarının artacağının şahidi olacağımız gözlənilir.


Story Code: 690918

News Link :
https://www.islamtimes.com/az/article/690918/böyük-müharibə-başlamaqla-qüds-etirazlarını-dayandırmaq-istəyirlər

Islam Times
  https://www.islamtimes.com