Trampın qumarı onun ərəb müttəfiqlərini yalqızlaşdırdı
Nur.az.com , 15 Dec 2017 22:11
İslamtimes - “Rəy əl-Yovm” beynəlxalq qəzetinin redaktoru tanınmış ərəb yazıçısı Əbdülbari Ətəvan “Tramp tayfaçılıq fitnəsinə və şiə-sünni müharibəsi layihəsinə güllə atdı” başlıqlı yazısında yazır ki, İran və Türkiyə hər ikisi qeyri-ərəb ölkəsi idi və Amerika prezidentinin Qüdsü İsrailin paytaxtı tanıtması məkirli planında qazanan tərəflər oldular.
Məqalədə deyilir: “Amerika prezidenti D. Trampın Qüds şəhərini işğalçı İsrail rejimin paytaxtı kimi tanıması onun Fars Körfəzindəki sünni ərəb dövlətlərindən olan müttəfiqlərini, habelə ərəblərin mötədili adlanan Misiri zəiflətdi, intifadə (sionist rejimə qarşı mübarizə) fitilini yandırdı. Bu mübarizə neçə ay, yaxud da neçə il davam edər və regionda böyük bir müharibə üçün müqəddimə ola bilər.”.
Ə. Ətəvan vurğulayır: “Ərəbistan İranın və şiələrin nüfuzunu qarşısında dayanmaq üçün sünni ərəb ölkələri ilə koalisiyaya ümid edirdi. Amma Qüdsün hazırkı məsələsi və onun gözlənilən nəticələri Ərəbistanın bu tamahına güclü zərbə endirdi və göstərdi ki, regionun iki böyük İslam ölkəsi İsrail və onun müttəfiqi olan Tramla mübarizə aparmaq üçün qeyri-məzhəbçilik bir sahədə vahid islami cəbhə yaratmışdır. Bu iki güc: sünni Türkiyə və şiə İrandır. Qardaş xristian ölkələri də onları dəstəkləyir, belə ki, regionda münaqişənin mahiyyətini öz həqiqi əsilliyinə qaytara bilsinlər və o münaqişə, İsrailin millətçi rejimi ilə mübarizə etmək üçün davamlı münaqişədir. Türkiyə və İranın bu zəminədə vahid cəbhə yaratması böyük hadisə və dəyişiklikdir. İsrail və onun müttəfiqləri bunu gözləmirdilər”.
Siyasi məsələlər üzrə ekspert daha sonra Ərəbistanın İstanbulda keçirilən İƏT iclasına qatılmamasına toxunaraq yazır: “Diqqəti çəkən mövzulardan biri də Ərəbistanın İstanbul iclasına qatılmaması və onun fəaliyyətlərindən özünü təcrid etməsidir. Ərəbistan fəqflər və islami işlər nazirini göndərməklə bu iclasda ən aşağı səviyyədə iştirak etdi. Misir də xarici işlər naziri Samih Şükrini göndərməklə kifayətləndi. Bu məsələ İslam dünyasının diqqətini özünə cəlb etmiş Qüdsi-şərifin yəhudiləşdirilməsi və Amerikanın əli ilə onun ərəb və islami mahiyyətinin məhv edilməsi kimi çox mühüm bir məsələdə Misir və Ərəbistan dövlətlərinin rolunun azalmasını göstərir”.
Story Code: 690225