QR CodeQR Code

İmam Hüseyn (ə) məktəbini Uca Allah Özü qoruyur

Deyerler , 23 Oct 2017 08:00

İslamtimes - “Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından)Biz Özümüz qoruyarıq”.


Deyerler.org: İnsanların bəzisi Allahı dərk etmirlər və ya hətta Onu inkar edirlər. Onlar üçün çoxlu dəlil və sübutlar gətirmək lazımdır ki, Allahın varlığına və tək olmasına inansınlar. Ancaq bəzən də elə olur ki, bir kamil insan başqaları üçün o qədər örnək olur ki, bu dəlil və sübutlara ehtiyac qalmır. İmam Hüseyn (ə) – bu kamil insanlardan biridir. O, rəftar və danışığı ilə insanları tövhidə dəvət edir. Həzrət (ə) deyən zaman ki, “Allahım!”, bir çoxları Pərvərdigarın yeganə olmasını dərk edirlər. Çünki dedikləri İlahi qəlbdən mənbələnmişdi. O danışıq ki, İlahi qəlbdən mənbələnər, oyaq qəlblərin üzərinə hopar və elə həmin an Allahı qəbul edib, dindar olarlar. (Erfan)

Ancaq Kufə əhli bu dəyərli gövhərin dəyərini bilmədi. Onun qəlbi əvəzinə yezidin (lən) şeytan qəlbinə tərəf yürüş etdilər. Həzrətin (ə) İlahi qəlbinə hücum edib, nizərlərlə onu hədəfə aldılar. Bu qəlb – o qəlbdir ki, yəqin məqamına çatmışdı.

İmam Hüseyn (ə) Kərbəla səhnəsində insanları haqqa dəvət etdi və tövhidi dirçəltdi və öz şəhadəti ilə tövhid ağacını yetişdirdi.

Aşura ziyarətində İmam Hüseyni (ə) Sarəllah adlandırırlar. Həzrət Hüseyn (ə) – “Allahın qanı”dır, yəni Allahın intiqamçısıdır və Allahın Özü onun məktəbini hifz edəcəyini zamin olmuşdur. Əgər bütün Əhli-beyt (ə) davamçıları İmam Hüseyn (ə) əzasını boş buraxsalar da belə, Həzrətin (ə) qurduğu tövhid məktəbinə heç bir ziyan dəyməyəcəkdir. Çünki Həkim Allah bu məktəbi söndürməyi heç kəsə icazə verməz. Hər kim bu əzanı tərk edər, əslində özünü bu bəhrədən məhrum etmiş olar. Qiyamət günü məyus və başıaşağı olar.

Hədislərimiz buyurur ki, İmam Hüseyn (ə) – Allahın zikridir ki, Allah onu insanlar üçün nazil etmişdir.

“Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından)Biz Özümüz qoruyarıq”. (“Hicr” 9).

Həzrət İmam Hüseyn (ə) canlı Quran olduğu üçün, İmamı (ə) zikr adlandırmaq olar. Allah Təala buyurur ki, Biz Özümüz bu zikri qoruyarıq. Yəni, İmam Hüseyn (ə) məktəbini qorumaq Allahın səlahiyyətinə aiddir. Əgər insan İmam (ə) üçün göz yaşı tökürsə, Allahın tofiqatı ilə tökür, nəinki öz iradəsilə. O, Müqəllibəl-qulubdur. Qəlbləri dəyişdirmək Onun əlindədir.


Story Code: 678505

News Link :
https://www.islamtimes.com/az/article/678505/imam-hüseyn-ə-məktəbini-uca-allah-özü-qoruyur

Islam Times
  https://www.islamtimes.com