QR CodeQR Code

Kərbəla şəhidlərinin bədənini kim dəfn etmişdir?

Deyerler , 8 Oct 2017 22:50

İslamtimes - İmam Sadiq (ə) buyurur: “Bir gün Ümmi-Sələmə ağlar şəkildə yuxudan qalxdı və ondan soruşdular ki, niyə ağlayırsan.


Kərbəla şəhidlərinin dəfn olunması ilə bağlı tarixdə iki nəzər mövcuddur.

Birinci nəzərə görə İmam Səccad (ə) qeyri-adi bir şəkildə Kərbəlaya gəlmiş və Kərbəla şəhidlərini, xüsusilə də İmam Hüseynin (ə) mübarək bədənini dəfn etmişdir. Həzrət Peyğəmbər (s), Məsumlar (ə) və mələklər də orada olmuşdur.

İmam Sadiq (ə) buyurur: “Bir gün Ümmi-Sələmə ağlar şəkildə yuxudan qalxdı və ondan soruşdular ki, niyə ağlayırsan. Dedi: “Övladım Hüseyn (ə) dünən qətl edilmişdir. Çünki Peyğəmbəri (s) vəfatından dünən gecəyə qədər yuxuda görməmişdim. Dünən gecə onu rəngi qaçmış və qəmgin gördüm. Səbəbini soruşdum, buyurdu: “Bu gecə Hüseyn (ə) və tərəfdaşları üçün qəbirlər qazmışam””.

Əhli-Beyt (ə) davamçılarından biri nəql edir ki, İmam Rzanın (ə) yanında idim və bu zaman Əli ibni Əbi Həmzə, İbni Sərrac daxil oldular. Əli İmama (ə) dedi: “Bizə atalarınızdan nəql edilmişdir ki, İmamın (dəfn) məsələlərini ancaq onun kimi İmam öhdəsinə götürə bilər”. İmam Rza (ə) buyurur: “Mənə Hüseyn ibni Əlidən (ə) xəbər ver, görüm, İmam idi, yoxsa yox?”. Deyir: “İmam idi”. Buyurur: “Kimlər onun işini öhdəsinə götürürdülər?”. Deyir: “Əli ibni Hüseyn (ə)”. Buyurur: “Əli ibni Hüseyn (ə) harada idi?”. Deyir: “Kufədə, Ubeydullah ibni Ziyadın əlində. Əli ibni Hüseyn (ə) heç kəs başa düşmədən bayıra çıxır və atasının işlərini görüb, sonra geri qayıdır”. İmam Rza (ə) buyurur: “O kəs ki, Əli ibni Hüseynə (ə) Kərbəlaya gəlib, atasının işlərini öhdəsinə götürməyə imkan vermişdir, həmin Odur ki, bu Əmr Sahibinə (ə) imkan vermişdir ki, Bağdada gəlsin və atasının işlərini öhdəsinə götürsün, halbuki bənddə və əsarətdə deyildir”.

İkinci nəzər isə budur ki, İmam Hüseyn (ə) və tərəfdaşları Ğazəriyə sakinləri tərəfindən dəfn olunmuşdur. Bu insanlar Bəni-Əsəd qəbiləsindən olub, şəhidləri dəfn etmək üçün Kərbəlaya gəlirlər.

Şeyx Mufid nəql edir: “O zaman ki, ibni Səd gedir, Bəni-Əsədin bir dəstəsi Hüseynə (ə) və tərəfdaşlarına tərəf gəldilər. Onlara namaz qıldılar və Hüseyni (ə) indi olduğu məkanda dəfn etdilər. Əli Əsğəri (ə) isə ayaqlarının yanında dəfn etdilər. Qalan şəhildər üçün isə İmamın (ə) ayaqlarının yanında qəbir qazdılar və onların hamısını birlikdə dəfn etdilər. Həzrət Abbası isə şəhid olduğu yerdə dəfn etdilər”.

İbni Şəhri Aşub nəql edir: “Bəni-Əsəd qəbiləsindən olan Ğazəriyə sakinləri Hüseynin (ə) və şəhidlərin cənazələrini şəhadətlərindən bir gün sonra dəfn etdilər və onların çoxu üçün hazır qəbirlər gördülər və ağ quşları müşahidə etdilər”.

Seyyid ibni Tavus nəql edir: “O zaman ki, ibni Səd Kərbəladan uzaqlaşır, Bəni-Əsəddən bir dəstə gəldi və qana boyanmış şəhildər üçün namaz qıldılar və onları indi olduqları yerdə torpağa tapşırdılar”.

Əhməd ibni Yəhya nəql edir: “Bəni-Əsəddən olan Ğazəriyə sakinləri Hüseynin (ə) bədənini torpağa tapşırdılar və tərəfdaşlarının cəsədlərini isə şəhadətlərindən bir gün sonra basdırdılar”.

Əllamə Məclisi buyurur: “İmam Hüseynin (ə) dəfni ilə bağlı yazırlar ki, Bəni-Əsəd özü İmamın (ə) bədənini dəfn etmişdir. Ancaq həqiqətdə İmamı (ə), İmamdan (ə) qeyrisi dəfn edə bilməz. Həzrət İmam Səccad (ə) möcüzəvi şəkildə gəlir və Həzrətin (ə) mübarək cənazəsini və başqa şəhidləri dəfn edir”.

Ancaq əgər mötəbər hədislərə nəzər salsaq görərik ki, İmam Səccad (ə) Bəni-Əsəd qəbiləsi ilə birlikdə şəhidləri dəfn etmişdir. Özü isə İmam Hüseyni (ə) dəfn etmişdir. Bəni-Əsəd qəbiləsi elə bir tayfa idi ki, döyüş meydanında iştirak etmirdilər. Ona görə də şəhidlərin kim olduğunu da ayırd edə bilmirdilər, bu bədənlərin başları kəsilmişdi. İmam Səccad (ə) onlara hansı bədənin kimə aid olduğunu söyləyir və onları necə basdıracaqları ilə bağlı nəsihətlər verir və yardım edir.


Story Code: 675165

News Link :
https://www.islamtimes.com/az/article/675165/kərbəla-şəhidlərinin-bədənini-kim-dəfn-etmişdir

Islam Times
  https://www.islamtimes.com