QR CodeQR Code

Niyə İmam Səccad (ə) Kərbəlada vuruşmadı?

Deyerler , 7 Oct 2017 11:23

İslamtimes - “Əmaliyəl-şəcəri” kitabında oxuyuruq: “İmam Səccad (ə) xəstə idi və döyüşdə bir qədər iştirak edə bildi. Ancaq o qədər zəif idi ki, döyüş meydanından çıxardırlar. Allah ölümü ondan uzaqlaşdırdı. O, əsir oldu”.


Şeyx Mufid Həmid ibni Müslimdən nəql edir: “Sonra Əli ibni Hüseynə (ə) çatdım ki, yatağa yıxılmış və çox xəstə idi. Bir dəstə piyada qılıncla gəlib çatdı. Onlar Şimrə (lən) dedilər ki, bu xəstəni öldürməyək. Mən dedim: “Sübhənallah, xəstəliyi onun işini görəcəkdir. (Yəni, xəstəlikdən öləcəkdir)”. Bu sözləri deyərək, onu öldürməkdən çəkindirdim”. (Tebyan)

Təbəri İmam Səccaddan (ə) nəql edir: “O gecənin səhəri ki, atam şəhid olmuşdu, əyləşmişdim. Bibim Zeynəb mənə qulluq edirdi”.

Tarixdə oxuyuruq: “İmam Zeynəlabidinin (ə) o əyyamda xəstəliyin şiddətinə görə vuruşmaq imkanı yox idi idi”.

“Əmaliyəl-şəcəri” kitabında oxuyuruq: “İmam Səccad (ə) xəstə idi və döyüşdə bir qədər iştirak edə bildi. Ancaq o qədər zəif idi ki, döyüş meydanından çıxardırlar. Allah ölümü ondan uzaqlaşdırdı. O, əsir oldu”.

Həzrət Səccadın (ə) Kərbəlada belə bir şiddətli xəstəliyə düçar olmasının səbəbi İlahi təqdirə görə idi ki, ölümdən amanda qala bilsin. O, bu hadisədən sonra şəfa tapdı. Onu xəstə abid adlandırmaq heç də münasib deyildir. Çünki, İmam (ə) ancaq o dönəmdə xəstələnmişdi ki, Allah Təala bu yolla onu xilas etmək qərarını vermişdi. Bu yolla İmam Səccad (ə) həm Kərbəla vaqiəsində iştirak edərək, dini müdafiə etmiş və canını Allah yolunda verməyə hazır olmuşdu, həm də şiddətli xəstəlik səbəbindən düşmənlərin qətl təhlükəsindən qurtulmuşdu.


Story Code: 674774

News Link :
https://www.islamtimes.com/az/article/674774/niyə-imam-səccad-ə-kərbəlada-vuruşmadı

Islam Times
  https://www.islamtimes.com