QR CodeQR Code

Tağut güclərə zərbə vurmaq

Nur-az.com , 7 Oct 2017 09:00

Islamtimes - Əgər kimsə fəsad və zülmün mərkəzini görüb laqeyd otursa, Allah-Taala yanında zalımla bir taledə olacaq


İmam Hüseynin (ə) hərəkəti belə bir hərəkət idi. Buyurdu ki, yalnız babamın ümmətinin işlərini düzəltmək üçün qiyam edirəm. Həmçinin belə buyurdu: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbər (s) sünnəsinə qarşı çıxan, Allahın bəndələrinə qarşı günah, fəsad və düşmənçilik edən zalım bir hökmdarla üzləşsə, əməli və ya sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin". Yəni əgər kimsə fəsad və zülmün mərkəzini görüb laqeyd otursa, Allah-Taala yanında onunla bir taledə olacaq. Buyurdu ki, mən təkəbbürlülük, fironluq üçün hərəkət etmirəm. İmam Hüseynin (ə) İraq xalqının dəvətini qəbul etməsi tağut güclərə zərbə vurmaq üçün idi; istər hökuməti almaqla olsun, istər şəhidliklə və qan verməklə.

Haqq və ədalətin bərpası
İmam Hüseynin (ə) hərəkəti haqq və ədalətin bərpası üçün idi: “Mən yalnız babamın ümmətini islah, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək istəyirəm“. Ən yaxşı ziyarətnamələrdən olan Ərbəin ziyarətnaməsində oxuyuruq ki, o həzrət Allahın bəndələrini cəhalətdən xilas etməyə çalışıb, Allah yolunda canını verdi. O həzrət yolda Peyğəmbərdən (s) nəql etdiyi məşhur hədisini bəyan edir: "Ey insanlar! Allahın Peyğəmbəri buyurmuşdur: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbər (s) sünnəsinə qarşı çıxan, Allahın bəndələrinə qarşı günah, fəsad və düşmənçilik edən zalım bir hökmdarla üzləşsə, əməli və ya sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin".

Ayətullah Seyid Əli Xamenei


Story Code: 674734

News Link :
https://www.islamtimes.com/az/article/674734/tağut-güclərə-zərbə-vurmaq

Islam Times
  https://www.islamtimes.com