QR CodeQR Code

Şeytanın qulağının kar olduğu kənd

Nur.az.com , 22 Aug 2017 14:08

Islamtimes - Gərək bu kənddən də ehtyatlı olaq. Yoxsa şeytan hər an pusqudadır.


"Nur-az" saytında dərc olunan bir məlumatı görə Astaranın Təngərüd kəndində 16-dır ki, spirtli içki satılmır, hətta toy edəndə belə spirtli içkilər süfrəyə verilmir. Bu ənənəni kənd məscidinin əvvəlki axundu bərpa edib. Mübarək hədisdə buyurulur ki, insan öləndən sonra onun əməl dəftəri bağlanar, amma üç şey insana öləndən sonra da mənfəət gətirər ki, biri də davamlı olan yaxşı əməldir. Bu işin baiskarı olan molla yaxşı adət gətirib kəndə. Bu işindən ötrü onun dünya ilə əlaqəsi kəsilsə də vəfatından sonra da onun üçün savab yazılar. Kəndin mağaza sahibi isə bu gözəl adəti öz sözləriylə bir az da bəzəyib. O deyir biz araq satmırıq, xeyri də bizə lazım deyil. Quran buyurur ki, spirtli içkilərdə mənfəətlər və günah var. Əlbəttə, dükan sahibinin "xeyir" sözündən məqsədi arağın mənfəətidir. Əslində xeyir sözü ərəb sözü olub ancaq Allah bəyənən işlərə deyərlər. Onun müqbilində şərr dayanır. Dükan sahibinin "xeyir" sözünü işlətməsindən bilinir ki, məqsədi Quranın buyurduğu dnyəvi mənfəətdir. Amma bu dünyəvi mənfəətin yanında bir də günah var ki, axirətə aiddir. İnsan isə ağlını işə salıb axirətini dünyasına qurban verməməlidir.
Bu hadisə yadıma mərhum Ayətullahul-üzma Burucerdini (r) saldı. Ondna əvvəlki mərcənin vəfatındna sonra ağaya müraciət edirlər. Ağa Qumdan kənarda yaşayırmış. Ağanı şiənin və Əhli-beyt (ə) elminin mərkəzi olan Quma dəvət etmək istəyirlər. Ağa deyir Qumda dükanlarda məstedici içkilər satılır, gərək onlar yığılsın. İnsanlar qayıdıb dükan sahiblriylə danışıb spirtli içkiləri yığışdırmaq istəyirlər. Amma sahiblər razı olmadıqdan sonra camaat dükanlara girib araq şüşələrini götürüb yerə çırparaq zay edirlər. Sonra gəlib mərhum Burucerdi ağaya məsələnin həll olduğunu deyirlər. Ağa təəccüblə bunun necə həll olduğunu soruşduqda qəziyyəni olduğu kimi nəql edirlər. Ağa bərk narahat olur və deyir ki, gərək gedib sındırdığınız şüşələrin (içkilərin yox, fəqət şüşələrinin) pulunu sahiblərinə qaytarasınız. Onlar qayıdıb bu işi də əncam verirlər. Dükan sahibləri isə İslamın bu cür buyuruşundna xoşlandıqları üçün könüllü olaraq araq satışındna imtina edirlər. Sonra həzrət Burucerdi ağa Quma gəlir və camaat namazlarına imamlıq edərkən həmin dükan sahibləri camaat namazlarının ön səflərində görünürlər. Mərhum ağanın sınmış şüşənin pulunu ödəmələrini onlara bildirməsi insanların dükan sahiblərinin xoşuna gəlib və İslama onlarda rəğbət oyanıb.
Amma gərək bilinsin ki, divarın da qulağı var. Düzdür ki, bu mənada şeytanın qulağı Astaranın Təngərüd kəndində kardır. Amma gərək ehtiyatlı olaq. Çünki şeytan hər an paklıq olan, ən azından hansısa günahdan, pis əməldən çəkinən nəinki bir kənd əhlini, hətta bir insanı belə vəsvəsə edib yoldan çıxartmağa çalışır. Xüsusən də indilərdə Bakının mərkəzi dükanları "şərab evləri" başqa sözlə şeytan nəcisi ilə doludur. Məlum olduğu kimi Bakının Nardaran kəndində illər uzunu İmam Hüseyn (ə) bayraqları asılır, dini şüarlar divarlara yazılır, insanların dilindən düşmürdü. Amma bu axırlarda şeytan planı əsasında orada tərbiyəsiz insanların konserti, müsabiqəsi baş tutdu. Gərək bu kənddən də ehtyatlı olaq. Yoxsa şeytan hər an pusqudadır.


Story Code: 663314

News Link :
https://www.islamtimes.com/az/article/663314/şeytanın-qulağının-kar-olduğu-kənd

Islam Times
  https://www.islamtimes.com