Rəhbərin cümə namazında dillə demədiyi mesajları
SaharTV , 6 Oct 2024 14:28
İslamtimes - Tehranda müəzzəm rəhbər Həzrət Ayətullah Xameneinin imamlığı ilə qılınan cümə namazında bir sıra gizli mesajlar mediaların diqqətini çəkib.
Medialar Həzrət Ayətullah Xameneinin bu cümə namazını keçmiş namazları ilə müqayisə edərək, bu dəfəni rəhbərin ən uzun müddətdə namazda iştirakı olduğunu yazıblar.
Həmişə yalnız xütbə deyib cümə namazını qılıb, məkanı tərk edən müəzzəm rəhbər, İsrail rejiminin İranı təhdid etdiyi gündə müsəllada həm müqavimət seyyidi üçün namazdan öncə anım mərasimi keçirib və həm əsr namazını da özü iqamə edib.
Namazdan sonra da, bir müddət müsəllada qalaraq, ölkənin yüksək səviyyəli məsul şəxsləri ilə danışıq aparıb.
Üstəlin namazda bir sıra tanınmış simaların olmaması da diqqət çəkib; Prezident Pezeşkiyandan tutmuş, nazirlər və deputatların iştirak etdiyi bu önəmli cümə namazında sərdar Səlami kimi Sepahın baş komandirləri iştirak etməyiblər və bu yalnız bir məna daşıyır...
“Hətta bu kimi önəmli toplantıda belə İsrailə qarşı mərkəzi əməliyyat qərargahı boş qalmır!”
Story Code: 1164718