Sputnik.az “Sadiq Vəd-II” dən yazdı
SaharTV , 5 Oct 2024 10:34
İslamtimes - Sputnik.az İranın sionist rejimə qarşı son raket hücumu ilə bağlı Aleksandr Xrolenkonun məqaləsini dərc edib. Məqalədə deyilir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraili təkcə "cilovlamayıb", həm də onun hərbi-texnoloji üstünlüyünü və bir sıra Yaxın Şərq dövlətlərinin iştirakı ilə ehtimal olunan silahlı münaqişənin miqyasını nümayiş etdirib.
Məqalədə deyilir: İranın İsraildəki TSAXAL obyektlərinə iri uzaqmənzilli raketlə kütləvi hücumu ən yeni "Dəmir qübbə" hava hücumundan müdafiə sistemini vuraraq hərbi bazaları və "Mossad"ın Tel-Əvivdəki kəşfiyyat qərargahını məhv edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraili təkcə "cilovlamayıb", həm də onun hərbi-texnoloji üstünlüyünü və bir sıra Yaxın Şərq dövlətlərinin iştirakı ilə ehtimal olunan silahlı münaqişənin miqyasını nümayiş etdirib.
HƏMAS-ın liderinin terror edilməsi və sonra "Hizbullah"ın liderləri, SEPAH-ın generalının da sionist rejim tərəfindən hədəfə alınmasından sonra Tehranın strateji səbri oktyabrın 1-i axşam sona çatıb. Yüzlərlə İran raketi mühüm hədəflərə uçub. "Fəttah" hipersəs raketləri (uçuş məsafəsi 1400 km-ə qədərdir) bir neçə dəqiqə ərzində 1000 km-dən çox məsafəni qət edərək, İsrail və ABŞ mütəxəssislərinin birgə hazırladığı "Arrow-2" və "Arrow-3" raketdən müdafiə sistemlərini darmadağın edib.
Məqalədə ABŞ-ın "Military Watch" jurnalının məlumatına da istinad olunub. Həmin məlumatda deyilir ki, zərbə nəticəsində "Nevatim" aviabazası və İsrail Hərbi Hava Qüvvələrinin "20-dən çox F-35 qırıcısı" "tamamilə məhv edilib. "Hod-ha-Şaron" hərbi bazası (Tel-Əvivdən 17 km şimalda), Qəzza zolağının şimal və cənub hissələrinə bölünən 4 km-lik Netsarim dəhlizində TSAXAL hərbçiləri və tankları vurulub. İsrail, gözlənildiyi kimi, bütün İran raketlərinin qarşısının alındığını və ya onların səhraya düşdüyünü açıqlayaraq heç bir itkinin olmadığını qeyd edib. Lakin raketlər Təl-Əvivə çatıb və demək olar ki, bütün şəhərdə partlayışlar müşahidə edilib və videoya çəkilib.
Məqalənin davamında İranın gücünə də toxunulub: “Kütləvi raket zərbəsi Tehranın hərbi-texnoloji üstünlüyünü və İsrailin "Dəmir qübbə" raketdən müdafiə sisteminin ciddi çatışmazlıqlarını nümayiş etdirib”,- Məqalədə deyilir.
Story Code: 1164446