İkinci teledebat necə keçdi?
SaharTV , 22 Jun 2024 10:38
İslamtimes - İran İslam Respublikasında 14-cü prezident seçkilərinə 6 namizədin ikinci teledebatı dünən gecə Tehran vaxtı ilə saat 20:00-dan 24:00-dək birinci kanaldan canlı yayımlanıb.
14-cü prezident seçkilərinə 8 gün qalmış prezidetliyə 6 namizədin iştirakı ilə ikinci teledebat keçirilib.
Namizədlər məğrib və işa namazlarını qıldıqdan sonra iqtisadi mövzular barədə teledebata başlayıblar.
Puşkatmadan sonra sıra ilə çıxış imkanı əldə edən ilk namizəd Əmir Hüseyn Qazizadə Haşimi teledebatın ilk mövzusu olan subsidiyalar və aztəminatlı təbəqənin vəziyyətinin yaxşılaşdırılması yolları ilə bağlı suala cavab olaraq hökumətin nəzarətində olan əmlakın xalqa köçürülməsindən danışıb. O yeni iş yerlərinin yaradılması və beləliklə də cəmiyyətin gəlir əldə etmək durumunu yaxşılaşdırmağın vaciblyini vurğulayıb.
Digər namizəd Məhəmmədbağır Qalibaf yeni hökumətdə subsidiyaların məqsədyönümlü olmasına diqqət çəkib və xalqın adi həyat deyil yaxşı həyat yaşamağa layiq olduğunu vurğulayıb. O prezidentin bu öhdəliyini yerinə yetirməli olduğunu deyib.
Mikrofon alan üçüncü namizəd Mustafa Pur Məhəmmədi də subsidiyaların bu günkü vəziyyətini qənaətməxş hesab etməyib və bildirib ki, hal hazırda subsidiyaların paylaşılması yoxsul təbəqəni qane etmir və iqtisadi problemlərin həllinə töhfə vermir.
Prezidentliyə digər namizə Əlirza Zakani isə İranın varlı ölkə olduğunu bildirib və ölkənin sərvətinin doğru-düzgün bölüşdürülməli olduğunu vurğulayıb. O öz proqramı ilə yoxsulluğun aradan qaldırılacağını və bütün xalqın rifahda yaşayacağını bildirib.
Prezidentliyə namizəd Məsud Pezeşkian isə subsidiyaların düzgün bölüşdürülmədiyindən gileylənib. Hökumətin infrasturukturları düzətməli olduğunu deyib. O bildirib ki, iqtisadi inkişaf artırılmasa və infliyasiya durdurulmasa yoxsulluğun yayılmasına şərait yaranacaq.
Digər namizəd Səid Cəlili subsidiyaların hamıya bərabər şəkildə verilməsinin əleyhinə olduğunu deyib. O enerjinin ədalətli şəkildə xalqa verilməsinə təkid edib. O öz proqramına əsasən xalqın məişət vəziyyətinin yaxşılaşdırılması üçün vətəndaşlara iqtisadi kartların veriləcəyini deyib.
Namizədlərə verilən növbəti vaxtda onlar bu sahədə özlərinin proqramlarını daha təfərrüatlı şəkildə açıqlayıblar və mövzu ilə bağlı biri birinə irad tutmaq və debata keçmək imkanı əldə ediblər. Debatın növbəti mərhələsində səhiyyə və sağlamlıq sisteminin daha da ayxşılaşdırılması yolları barədə namizədlərin proqramları müzakirə edilib.
Qeyd edək ki, prezidentliyə 6 namizəd üçün təşviqat məqsədi ilə milli teleradiodan verilən ayrı ayrı tribunalardan əlavə onların hamısının iştirakı ilə 5 canlı teledebat da nəzərdə tutulub. Hər teledebat üçün 4 saatlıq vaxt ayrılır. Birinci telekanalla bərabər namizədlərin teledebatı İran və seçim radioları eləcə də eşitmək qabiliyyəti olmayanlar üçün nəzərdə tutulan sağlamlıq televiziyasından da canlı yayımlanır.
Story Code: 1143111