QR CodeQR Code

İran xalqı seçkilərin qalibidir

SaharTV , 2 Mar 2024 16:12

İslamtimes - İran xalqının ölkədə keçirilən seçkilərdə izdihamla iştirakı düşmənlərin seçkiləri boykot etmək cəhdini bir daha məhkum etdi və ölkəyə dayanıqlı siyasi mühitin yaradılmasına bir daha zəmin yaratmış oldu.


İslam Şurasının 12-ci parlamentinə dörd illik müddətə 290 nümayəndənin seçiləcəyi və Rəhbərlik Ekspertlər Məclisinin 6-cı seçkilərinə 88 nümayəndənin səkkiz illik müddətə seçkiləri baş tutdu
 Cümə günü keçirilən bu seçkiləri mənfur xarici düşmənlər və bəzi ölkədaxilindəki şəxslərin çoxdan bu seçkiləri boykot etmək məqsədi ilə geniş təbliğata başlamışdı.
Buna baxmayaraq, xalqın seçki qutularında izdiham dolu iştirakı bir daha sübut etdi ki, xalq İran İslam Respublikası hakimiyyətində öz həll edici roluna inanır və seçkilərdə 25 milyon seçicinin iştirakı ölkəyə böyük dəstək dayanmış oldu.
İslam Nizamına zidd mətbuat orqanları xüsusilə insanların seçkilərdə iştirakını 20%-dən aşağı iştirakına çalışsalar da, indiyədək elan edilmiş nəticələr göstərir ki, bu seçkilərdə seçicilərin 40%-dən çoxu iştirak edib.
  Demokratiya iddiasında olan ölkələrdə parlamentdə hər yer üçün maksimum 10 nəfər mübarizə aparırsa da, İranda bu rəqabət 50-nəfəri ötüb. 
Əslində İranda xalqın ölkənin müqəddəratının təyin olunmasında və idarəçiliyində iştirak həvəsi yüksəkdir və ölkəyə hakim siyasi atmosfer xalqın maksimum iştirakını iqtidar və milli maraqların həlledici nöqtəsi hesab etmişdir.
Keçirilən seçkilərlə bağlı diqqət çəkən mühüm məqamlardan biri də bu seçkilərin uzun illərdir haqsız iqtisadi sanksiyaların tətbiq olunması ilə yanaşı tam təhlükəsizlik və sağlamlıq şəraitində keçirilməsidir ki, bu da İran xalqının və İslam hakimiyyətinin siaysi, ictiami səhnədə növbəti qələbəsi hesab olunur.
 Heç şübhəsiz, ölkədəki iqtisadi problemləri daha da qabardan mənfur niyyətli media orqanları insanları seçkidən çəkindirmək üçün istifadə etdiyi təbliğat vasitələri arasında idi.
Seçkilərdə 25 milyon seçicinin iştirakı sübut etdi ki, siyasi çəkişmələrdən və düşmənlərin şantajından asılı olmayaraq, xalq iqtisadi problemləri seçkilərdə iştirak etməmək üçün bəhanə kimi istifadə etməmiş və sözün əsl mənasında İran xalqı seçkilərdə tam qalibiyyətlə özünü bir daha mübarizə meydanında göstərmişdir.
 


Story Code: 1119808

News Link :
https://www.islamtimes.com/az/article/1119808/iran-xalqı-seçkilərin-qalibidir

Islam Times
  https://www.islamtimes.com