Azərbaycan hakimiyyəti sionistlərin büdcəsini doldurur
SaharTV , 15 Nov 2023 11:20
İslamtimes -Xunta rejimindən 1,2 milyardlıq havadan müdafiə sistemləri alınacaq - AKTUAL
Azərbaycan hakimiyyəti Qəzzədə qan tökən işğalçı İsrailin büdcəsini doldurmağa kömək edir. Sionist rejimdən 1,2 milyard dollar dəyərində əlavə “Barak MX” hava hücumundan müdafiə sistemiləri alınacaq.
Bu barədə “Defense Industry Europe” yazıb.
Bildirilir ki, bir neçə ay öncə İsrail şirkəti Azərbaycanda “Barak MX” sistemlərinin nümayişini həyata keçirib.
Məlumatda qeyd edilir: “İsrail istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri artıq bir neçə ildir ki, Azərbaycanda istifadə olunur. Lakin son nümayiş modernləşdirilmiş versiyaya aiddir”.
“Barak MX” modul tipli hava hücumundan müdafiə sistemidir, raket və təyyarə təhlükələrini aradan qaldırmaq üçün nəzərdə tutulub. Lakin maraqlıdır ki, sözü gedən sistem Yəmən Ənsarallahının atdığı ballistik raket və dronların qarşısını ala bilmir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2018-2022-ci illərdə Azərbaycan İsraildən əsas silah idxalçılarından biri olub və İsrailin silah ixracında Azərbaycanın payı 9,1% təşkil edir.
Digər tərəfdən Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq haqqında imzalanmış sazişə əsasən Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri, zirehli hərbi texnika, digər hərbi sursat və ləvazimatlar yollamağa başlayıb. Erməni mediası həmin silahların bir hissəsinin artıq çatdırıldığını bildirir.
Beləliklə də, sürətli silahlanma bölgədə yeni müharibə riskini artırır.
Bu fonda Azərbaycan-Ermənistan sülh müqaviləsinin tezliklə imzalanacağı inandırıcı görünmür.
Story Code: 1095832