Bakı sionistlərin cövlangahına çevrilib
Sahartv , 11 Mar 2023 12:14
İslamtimes - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün işğalçı sionist rejimin kəşfiyyat naziri Gila Gamlieli qəbul edib. Dünən isə qəsbkar rejimin sabiq baş naziri Ehud Olmertlə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Bakıdan verilən rəsmi məlumatda deyilir ki, İlham Əliyevin sionist rejimin kəşfiyyat naziri ilə görüşündə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu və burada dünyanın nüfuzlu siyasətçilərinin, xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi, aktual məsələlərinin müzakirəsi üçün Forumun yaxşı imkan yaratdığı vurğulanıb.
Azərbaycan ilə İsrail rejimi arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə “uğurla” inkişaf etdiyi bildirilərək Azərbaycanın Fələstinin işğal olunmuş torpaqlarında səfirliyinin açılmasının önəmi, eyni zamanda, bu ilin fevralında İlham Əliyevin Münxendə sionist rejimin müharibə naziri Yoav Qallant ilə görüşü qeyd edilib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev dünən də qəsbkar sionist rejimin sabiq baş naziri Ehud Olmerti qəbul edib.
Azərbaycanın verdiyi rəsmi məlumatda bildirilir ki, görüşdə işğal olunmuş Fələstin torpaqlarında Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulanıb.
Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.
Sionistlərin bu günlər Bakıda cövlan etməsi martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun işə başlaması ilə bağlıdır.
2013-cü ildən keçirilməyə başlayan Qlobal Bakı Forumunun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədinin dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə vermək olduğu iddia edilsə də görünən odur ki, dünyada sülh, dinc birgəyaşayış və ədaləti 70 ildən çoxdur ciddi təhdid edən işğalçı sionist rejimin nümayəndələri bu mərkəzdə və onun keçirdiyi tədbirlərdə fəal iştiraka və destabillik yaradan xəbis fəaliyyətlərə malikdirlər.
Azərbaycan Respublikası prezidentinin Bakıda sionist rejimin keçmiş baş naziri ilə eləcə də hazırkı casuslar başçısı ilə görüşləri elə bir şəraitdə baş tutur ki, son günlər sionist Haarets qəzeti, Azərbaycanın öz torpaqlarını İrana qarşı sionist rejimin ixtiyarına verdiyini bildirmişdi və bu iddiaya hələ də Bakıdan yüksək səviyyədə münasibət yoxdur.
Digər tərəfdən İlham Əliyev Bakıda sionist rejimin keçmiş baş naziri ilə gürüşərkən bu rejimin fəaliyyətdə olan baş naziri Benyamin Netanyahu Pentaqon rəhbəri Loyed Austin ilə görüşündə İrana qarşı yeni təhdidlər səsləndirib.
Doğrudur Netanyahunun İrana qarşı hərbi təhdidləri onun dünyanın dörd bir güşəsindən işğal edilmiş Fələstin torpaqlarına köçürülən yəhudilərin geniş etirazları fonunda yaranmış böhrandan yaxa qurtarmaq cəhdləridir ancaq belə bir durumda Azərbaycan Respublikasının şərayiti düzgün qiymətləndirə bilməməsi ciddi mənfi nəticələrə gətirib çıxara bilər.
Sionist rejimin Azərbaycan Respublikası üzərindən İrana qarşı terrorçu və casusluq əməliyyatlarının keçmişi barədə sionist və qərb mediyalarının vaxtaşırı araşdırma materiallarını eləcə də İranın təhlükəsizlik orqanlarındakı faktları nəzərə alaraq rəsmi Bakı daha diqqətli olmalı və ölkəsini işğalçıların cövlangahına çevirməyin çox təhlükəli nəticələrini düşünməlidir.
Story Code: 1046100