0
Sunday 5 March 2023 - 15:36

Rəsmi Tehrandan terror dövlətinə xəbərdarlıq; İran sionist rejimdən gələn təhdidlərə göz yummayacaq - TƏHLİL

Story Code : 1044983
Rəsmi Tehrandan terror dövlətinə xəbərdarlıq; İran sionist rejimdən gələn təhdidlərə göz yummayacaq - TƏHLİL
İsrail rejiminin baş naziri Benyamin Netanyahu fevralın 21-də İsrail ordusu və kəşfiyyat komandirləri ilə keçirdiyi bir sıra gizli görüşlərdən sonra İranın nüvə obyektlərinə mümkün hücumlara hazır olduqlarını bildirib. Bunun ardınca İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının baş katibinə ünvanladığı məktubda yazıb: “İran beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsaslanan öz vətəndaşlarını, maraqlarını və milli təhlükəsizliyini müdafiə etmək üçün sionist rejimin hər hansı təhdid və ya yanlış hərəkətlərinə lazım bildiyi hər yerdə və hər zaman qəti şəkildə cavab vermək haqqını özündə saxlayır”.
Məlum olduğu kimi İran İslam Respublikasının hərbi sahədə siyasəti həmişə müdafiə xarakterli olub və İran son 44 ildə heç vaxt heç bir ölkəyə hərbi hücum etməyib, əksinə, hərbi əməliyyatlara cavab olaraq ölkənin ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə edib və Yaxın Şərqdə terrorizmə qarşı mübarizədə fəal rol oynayıb.
İranın əksinə olaraq, sionist rejim Amerika və Avropa ölkələrinin daimi və qeyri-məhdud dəstəyi, habelə BMT-nin bu rejimin cinayətləri qarşısında susması fonunda regionda nizam və təhlükəsizliyi pozan ən böyük təhdiddir. Bu günlərdə isə Netanyahunun ifratçı kabinetinin yaradılması həm işğal olunmuş ərazilərdə və həm də onun xaricində gərginliyin kəskin şəkildə artmasına səbəb olub.
Bu kontekstdə qondarma rejimin İrana qarşı yeni təhdidləri ciddiyə alınaraq BMT məsuliyyət daşıyır, çünki bu təşkilat beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün sionist rejimin avantüralarını məhdudlaşdırmağa borcludur.
İran İslam Respublikası isə istər ölkə daxilində, istərsə də İrandan kənarda sionist rejimin hər hansı hərəkətinə qarşı qətiyyətli cavab verməyə hazırdır və bunun üçün lazımi imkanlara malikdir.
 
Source : Sahartv
Tagged
Iran israil
Comment