“Hacı Qasim Süleymani bir məktəbdir”
SaharTV , 4 Jan 2023 11:20
İslamtimes - İran İslam İnqilabının Aliməqamlı Rəhbəri şəhid Süleymanini məktəb olaraq xarakterizə etmişdir. “Hacı Qasim Süleymani bir məktəbdir”.
SəhərAzəri-nin məlumatına əsasən, Bu cümlə İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin 17 yanvar 2020 tarixli cümə xütbəsindən sonra dillərə düşdü. O həzrət buyurmuşdur: "Biz əziz şəhidimiz Hacı Qasim Süleymaniyə bir fərd kimi deyil, bir məktəb kimi baxmalıyıq. Bu əziz şəhidimizi dərs dolu bir məktəb, bir yol kimi görməliyik".
İslam İnqilabının Böyük Rəhbəri 2022-ci il yanvardın 1-də isə Şəhid Süleymaninin ailə üzvləri və bir neçə silahdaşı ilə görüşündə “sədaqət” və “ixlas” prinsiplərinin Süleymani məktəbinin məğzi, rəmzi və göstəricisi olduğunu vurğulamışdır.
İnqilab Rəhbəri general Süleymaninin Rəbbi ilə bağladığı əhdə vəfadırlığını, habelə İmam Xomeyni (r.ə) məktəbinə, İslamın və İnqilabın amallarına sədaqətini onun fəaliyyətlərinin uğur amili hesab edərək, sözünə belə davam etmişdir: “İran xalqının əziz komandanı amallar uğrunda mübarəzənin əziyyətlərinə sinə gərdi, İran xalqı və İslam ümməti qarşısında vəzifələrini ömrü boyu tam diqqətlə yerinə yetirdi. Hacı Qasim sübut etdi ki, millətə faydalı bir insan olmaqla yanaşı, ümmətə də faydalı bir insan olmaq mümkündür.”
Aliməqamlı Rəhbər Sərdar Süleymaninin dəfn mərasimində milyonlarla insanın iştirakını xatırladaraq bildirmişdir: “Bu həqiqət onu göstərir ki, Hacı Qasim xalqın parlaq simasıdır. Xalqın Sərdar Süleymaninin şücaətini alqışlaması onun ilahi əhdə vəfadarlığının və sədaqətinin səmərələrindəndir. Milyonlarla insanın onu axirət mənzilinə yola salması və onun adının dünyada məşhurlaşması Allahın onun ixlasına bu dünyada verdiyi ilk mükafat idi.”
O, Şəhid Süleymaninin İslam dünyası və region gənclərinin örnəyinə və qəhrəmanına çevrildiyini vurğulayaraq demişdir: “Bu gün Süleymani bizim regionda ümid, özünəgüvən, rəşadət, dönməzlik və qələbə rəmzidir”.
İnqilab Rəhbəri sosial şəbəkələrdə Şəhid Süleymaniyə aid məlumatların axtarışının əngəllənməsini hegemon dövlətlərin Şəhid Süleymaninin hətta adından belə qorxduqlarının, o qiymətli örnəyin yaylmasından nigaran olduqlarının sübutu kimi qeyd etmişdir.
Story Code: 1033600